Bəzi Qərb dövlətləri isə məkrli gedişləri ilə özlərini ifşa edirlər
İqtisadi gücü, qüdrəti artdıqca, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı genişləndirdikcə Azərbaycan dünyanın nüfuzlu dövləti, regionun lider ölkəsi kimi tanınır. Bütün bu amillər Prezident İlham Əliyevin dünyada həmişə yüksək olmuş nüfuzunu daha da yüksəldir. Aparılan uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, böyük sərmayə gətirən beynəlxalq əhəmiyyətli layihələr ölkəmizin iştirakı olmadan regionda həyata keçirilmir.
Uzun illər ərzində qurub yaratdığı, daim gücləndirdiyi, ən müasir silahlarla təchiz etdiyi ordusu ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Ölkəmiz qüdrətini göstərərək, sözün həqiqi mənasında tarixin gedişini dəyişdi. Bütün bunlar xalqımıza böyük sevinc və başucalığı gətirdi. Bir milyondan çox məcburi köçkünün doğma ocaqlarına qayıtması üçün tarixi şərait yarandı. Amma təəssüflər olsun ki, xalqımızın qazandığı bu uğurları həzm etməyən bəzi ölkələr Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdilər. Belə ki, Qərbin təsir dairəsində olan bəzi beynəlxalq təşkilatlar da ölkəmizə qarşı xoş olmayan münasibət göstərməyə başladılar. Hansı ki, ölkəmiz BMT Nizamnaməsinə uyğun torpaqlarından işğalçını, Ermənistan silahlı qüvvələrini çıxarmış, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Buna görə Azərbaycana yalnız və yalnız təşəkkür etmək lazım idi. Amma təəssüflər olsun ki, ölkəmiz qərəzli mövqe ilə üzləşdi. Fransa başda olmaqla, erməni lobbisinin təsiri altında olan qüvvələr, beynəlxalq təşkilatlar Azərbaycana qarşı mənasız və reallıqdan uzaq olan bəyanatlar qəbul etməklə iç üzlərini açdılar.
Qəribə idi ki, otuz il Azərbaycan torpaqlarının erməni separatatçılarının işğalında qalmasına, bir milyon soydaşımızın köçkün vəziyyətinə düşməsinə, ev-eşiyindən olmasına, uzun illər əzab-əziyyətlər içində yaşamasına, soyqırımına məruz qalmasına əhəmiyyət verməyən Qərb ölkələri zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra yenidən separatçıların müdafiəsinə qalxdılar. Şübhə yoxdur ki, bütün bunlar xaricdə yaşayan erməni milyonerlərinin pulundan doğan təsirlər idi. Qərb ölkələrinin bu addımları həm də onu göstərirdi ki, onlar İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətini, Azərbaycanınsa qələbəsini həzm edə bilmirlər.
Qərbin bəzi ölkələri çirkin məqsədlərinə çatmaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə çalışırlar. Onlar yeni media resurslarının yaradılması və Azərbaycan ictimaiyyətinə təsir göstərmək üçün mövcud resursların gücləndirilməsi yolu ilə niyyətlərinə çatmaq istəyirlər. Qərb Azərbaycan vətəndaş cəmiyyəti mühitində öz təsir agentlərini saxlamaq üçün belə səylərini artırmağa çalışır. Qərbin və onun təsir dairəsində olan beynəlxalq təşkilatların qeyri-standart və geosiyasi ambisiyalara söykənən maraqları isə təkcə ölkəmizdə deyil, dünyada böyük narazılıqlarla qarşılanır. Narazılıqlara səbəb isə ikili standartlara əsaslanan qərəzli mövqedir.
Azərbaycan həm beynəlxalq təşkilatlarla, həm də nüfuzlu ölkələrlə qarşılıqlı əməkdaşlığa böyük önəm verir. Amma təəssüflər olsun ki, biz Qərb ölkələri tərəfindən bunun qarşılığını görmürük. Biz hər zaman Avropa parlamentarilərinin ikili standartları ilə üzləşmişik. 30 il ərzində Avropa Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədi. Ermənistana işğalçı ölkə demədi. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququnu əlindən almaq mümkün idi. Lakin arxada qalan illərdə biz bunu Avropa Şurasından görmədik. Bu təşkilat nəinki Ermənistanın işğalçı siyasətini tanımadı, əksinə, erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlarda qərəzli qətnamələr qəbul etdi. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Onlar isə meyarlarını erməni separatçılarını müdafiə etməkdə görürlər.
Avropa Şurası COP29-un ölkəmizdə keçirildiyi günlərdə də qərəzli mövqe göstərdi. Qərb dairələri yaxşı bilirdilər ki, Azərbaycan bəşəriyyət üçün əhəmiyyətli olan bu beynəlxalq tədbiri yüksək səviyyədə keçirəcək, dünyaya nümunə olacaq. Bütün bu amillər isə Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq. Belə də oldu. Bundan narahatlıq keçirən Qərb ölkəmizin qazandığı uğurları qısqanclıqla qarşıladı. Buna görə də ölkəmizə qarşı hər addımda ikiüzlü siyasət yürüdür, qərəzli münasibət göstərir. Bəzi ölkələrin əsas istəyi Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək və çirkin siyasətlərini həyata keçirməkdir.
Qərb ölkələrinin hansı siyasət yürütdüyünə, hansı addımlar atdığına əhəmiyyət verməyən Azərbaycan tutduğu düzgün yolu ilə gedir. Uğurlu daxili və xarici siyasəti ilə dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalaq təşkilatları ilə qarşılıqlı əlaqələr qurur, daim öz maraqlarını müdafiə edir. Erməni milyarderlərinin sifarişi əsasında ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən təşkilatlar isə yalnız və yalnız özlərini dünyada hörmətdən və gözdən salırlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" 2008-ci il 23 may tarixli 2834 nömrəli, "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
"Yazın Şanslı Sığortası" tirajlı
Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib
Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb
Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi
Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB
Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub
BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir
İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır
BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir
Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var
Cəbrayılda əmək yarmarkası keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib
Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Departament rəhbəri: Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər
XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!