26 Yanvar 2025 09:35
234
CƏMİYYƏT
A- A+
Heç vaxt zirvələrdən enməyək

Heç vaxt zirvələrdən enməyək


Daim zirvələrə, yüksəkliklərə ucalmağa can atırıq. Məqsədimizə, amalımıza yetmək üçün gücümüzə güc qatırıq. Aşağılarda qərar tuta, bir yerdə otura bilmirik. Həsrətli baxışlarla yuxarılara boylanırıq, oralara qalxmağa çalışırıq. Arxamıza baxmadan, heç nədən qorxmadan, heç kimdən çəkinmədən irəli gedirik. 

Çətinliklə mübarizə aparmağı, döyüşməyi, savaşmağı sevirik. Zirvələrə çatanda xeyli rahatlanırıq. Asudə, sakit, rahat nəfəs alırıq. Axı artıq arzumuza, istəyimizə çatmış, sevincimizə sevinc qatmışıq.

Əlçatmaz yüksəklikləri, ucadan-uca zirvələri kim sevmir ki?! Hər işin, hər sənətin, hər peşənin zirvəsi əvəzsizdir. Buna görə də zirvələr bizi özünə çəkir. Niyə sevməyəsən ki?! Axı zirvələr günəşə, aya, ulduzlara, ən önəmlisi isə Tanrıya yaxındır. Bəlkə də elə buna görə yüksəkliklərə qalxmaq istəyirik, dünyaya ucalıqlardan baxmaq istəyirik. Əziyyətlərə qatlaşa-qatlaşa əlçatmaz, səsyetməz zirvələri fəth edib oradan Zəfər bayrağı asırıq.

Qartallar da aşağılarda deyil, zirvələrdə yuva qurur. Həmişə ucalıqlarda uçur, göylərdə qanad çalır, səmanın ənginliklərində dolaşır. Təbiətin övladı olan insan da zirvələrdən zövq, qayalardan güc alır, dağlarla baş-başa verib yaşayır, xeyirxah əməlləri, bacarığı, istedadı ilə dünyanı heyrətə gətirir, həmişə insanlara xoş müjdələr yetirir.

Fikrin, düşüncənin də zirvəsi dağın, yüksəkliyin zirvəsinə bənzəyir. Buna görə də təkcə dağların deyil, fikrin, düşüncənin, sözün, insanlığın, təfəkkürün, ağlın, zəkanın və mənəvi dünyamızın başqa önəmli dəyərlərinin zirvəsini fəth edəndə də çox sevinirik. Sanki başdan-ayağa sevincdən don geyirik. Arzumuza çatdığımıza görə ürəyimiz açılır. Geniş açılan ürəyimizdə daim cövlan edən qığılcımlardan qəlbimizə alov saçılır. Çöhrəmizə nur ələnir, dünyanı görən gözlərimiz işığa bələnir. Bu anlarda istəklərimizə qovuşuruq, sevinc içində uğurlarımızla pıçıldaşırıq. Sanki bütün çətin sədləri, keçilməz bəndləri aşırıq. Daim zirvələrdə dolaşırıq. Dağlara çıxanda fiziki rahatlıq tapırıq, fikrin, düşüncənin zirvəsini fəth edəndə isə mənəvi dinclik alırıq.

Hələ qarşıda fəth olunmalı zirvələrimiz çoxdur. Arzulardan arzular doğulan kimi, zirvələrdən də zirvələr doğulur. Bunlar həmişə bizi mübarizəyə, mücadiləyə, döyüşə və sonda zəfərə səsləyir. Böyük əziyyətlərdən sonra onu fəth edəcəyimizə ümidlər bəsləyirik, zirvələrin səsinə səs verə-verə görürük ki, qarşıda mübarizə, döyüş  və ürəkləri fərəhlə dolduran Zəfər var. 

Həm dağların, həm də fikir və düşüncələrin zirvələrinə aparan yollarımızdan heç vaxt  dönməyək. Bu əziyyətli yollarda inamla addımlamaqdan yorulmayaq, ayağımızı ləngidib dayanmayaq. Özümüzü gücsüz, aciz, zəif sanmayaq. Məskən saldığımız zirvələrdən heç vaxt enməyək. Bu yerlərdə əbədi məşəl kimi yandıqca yanaq, heç vaxt sönməyək. Daim yüksəkliklərdə, zirvələrdə qalaq, gələcək nəsillərə yol göstərək, mayak olaq. Çünki dünyamız zirvələrdən, yüksəkliklərdən daha gözəl, daha əsrarəngiz görünür. Həyat getdikcə gözəlləşir, şirinləşir, əlimizdən tutub bizi sabahlara aparır. Sabahlardakı ucadan uca zirvələrə yüksəldir. Daim yüksələk, daim zirvələrə qalxaq, ucaldıqca ucalaq!


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusda prezident seçkilərində seçicilərin 85,70 faizi iştirak edib

23:19
26 Yanvar

Belarusda keçirilən prezident seçkilərində seçicilər arasında exit-poll sorğusunun nəticələrinə yekun vurulub  

23:13
26 Yanvar

Mərakeşdə terror aktına cəhdin qarşısı alınıb  

21:41
26 Yanvar

Misli Premyer Liqası: "Qarabağ" doğma meydanda "Turan Tovuz"a məğlub olub

20:48
26 Yanvar

“AzerGold”un qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub

20:39
26 Yanvar

Britaniya universitetləri son dörd ildə Çindən milyonlarla funt sterlinq məbləğində maliyyə yardımı alıb  

19:11
26 Yanvar

Baş konsul: Türkiyə ilə quru sərhəddə ticarət həcmi artırılmalıdır

18:18
26 Yanvar

Aleksandr Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcək

17:59
26 Yanvar

Qar voleybolu üzrə ilk Azərbaycan çempionatının qalibləri bəlli olub  

17:49
26 Yanvar

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

17:37
26 Yanvar

Ukraynalı ailələr uşaqlarını Böyük Britaniyaya gətirmək üçün qeyri-qanuni yollara əl atmaq məcburiyyətində qalıblar  

17:22
26 Yanvar

Bərdədə keçirilən eksternat imtahanında 374 nəfər iştirak edib

16:57
26 Yanvar

Tramp ilk beynəlxalq səfərini Britaniyaya edə bilər

16:31
26 Yanvar

Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb  

15:58
26 Yanvar

Lukaşenko Belarusda prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı Aİ-nin bəyanatını pisləyib  

15:41
26 Yanvar

Ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyənlər üçün eksternat imtahanı keçirilib

15:14
26 Yanvar

XİN: Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub

14:51
26 Yanvar

Fransada 48 saat ərzində iki polis intihar edib

14:27
26 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib 

14:03
26 Yanvar

Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib

13:59
26 Yanvar

Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6-sı Haftoni meşəsində qətlə yetirilib

13:19
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!