26 Yanvar 2025 17:37
268
İDMAN
A- A+
Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  


“Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyalarında olan uşaqlar və böyüklər arasında snoubord idman növü üzrə Heydər Əliyev Kuboku təşkil olunub.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünün təbliğini genişləndirmək, insanlar arasında bu idmana olan marağı artırmaq və sağlam həyat tərzini təşviq etməkdir.

Turnirdə öncədən qeydiyyatdan keçən müxtəlif yaş kateqoriyasında olan 40-a yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıb.

Uşaqlar arasında təşkil edilən yarışın nəticələrinə əsasən, 9-12 yaş oğlanlar arasında Kamal Bəşirli l yer, Daniel Belousov ll yer, Mətin Mehdi isə lll yerə sahib olub.

13-17 yaş qızlar arasında Alisa Qarifova, oğlanlar arasında isə Daniel Omelyanyuk yarışın qalibi seçiliblər.

18-22 yaş qadınlar arasında Nuran Musayeva öz kateqoriyasında lider olub.

23-45 yaşda olan qadınlar kateqoriyasında I yerdə Yevgeniya Cavadova, II yerdə Cəmilə Məmmədova, kişilər arasında I yerdə Edik Murtuzayev, II yerdə Rəsul Aslanov, III yerdə İqor Kulakov qərarlaşıb.

46-56 yaş kateqoriyasında qadınlar arasında yarışın qalibi İrina Qarifova olub. Kişilər arasında I yerin sahibi Aydar Qarifov, II yerin sahibi isə Ceyhun Vəzirov olub.

Veteran snoubordçular arasında Azad Kəlbiyev yarışı qalibiyyətlə yekunlaşdırıb.

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Kuboku fevralın 1-2-də müxtəlif yaş kateqoriyalarında olan uşaqlar və böyüklər arasında xizək yarışı üzrə davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrakli Kobaxidze: Aİ-nin vizasız rejimin dayandırılması barədə qərarı simvolik xarakter daşıyan texniki məsələdir  

19:36
27 Yanvar

İqtisadi Şuranın iclası keçirilib

19:35
27 Yanvar

Əlcəzair telekanalında Azərbaycan haqqında növbəti sənədli film nümayiş etdirilib  

19:34
27 Yanvar

Qazaxıstan neft istehsalı üzrə rekordu yeniləyib

19:33
27 Yanvar

Əlcəzair ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını Fransadan tələb edir  

19:30
27 Yanvar

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

18:32
27 Yanvar

Hotellərin gəliri artıb

18:06
27 Yanvar

ANAMA yanında İctimai Şuranın üzvlərinə Agentliyin 25 illiyi yubiley medalı təqdim olunub

17:53
27 Yanvar

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb - FƏRMAN

17:44
27 Yanvar

Avropa İttifaqı Gürcüstanla viza rejiminin sadələşdirilməsinə dair qərara dəyişiklik edib

17:28
27 Yanvar

Lüksemburqla iqtisadi əlaqələrin mövcud vəziyyəti müzakirə olunub

17:26
27 Yanvar

Azərbaycan qılıncoynadanı Estoniyada fəxri kürsüyə qalxıb

17:17
27 Yanvar

Daxili Qoşunların Hərbi İnstitutu 2025-2026-cı tədris ili üçün tələbə qəbulu elan edir

17:13
27 Yanvar

Ötən il Bakı metrosundan istifadə edən sərnişinlərin sayı artıb  

17:10
27 Yanvar

Türkiyənin XİN başçısı Səudiyyə Ərəbistanına səfər edəcək

17:08
27 Yanvar

Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk iclası keçirilib

16:59
27 Yanvar

Ekspertlər: Trampın enerji siyasəti neftin qiymətlərinə ciddi təsir etməyəcək

16:56
27 Yanvar

“ASAN xidmət” gəncləri robototexnika sahəsində bir araya gətirir

16:50
27 Yanvar

Azərbaycan savatçıları beynəlxalq turniri 11 medalla başa vurublar

16:49
27 Yanvar

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

16:45
27 Yanvar

AŞPA-nın yeni prezidenti seçilib

16:44
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!