Bunlar ADY-nin keçənilki fəaliyyətinin əsas göstəriciləridir
Azərbaycanın Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşməsi tranzit daşımaların multimodal strukturunu, yəni dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı vasitəsilə həyata keçirilməsini zəruri edir. Məhz həmin zərurətdən doğan uzunmüddətli strateji addımlar artıq öz bəhrəsini verir.
Tranzit daşımaların əsas "onurğa sütunu" olan dəmir yolları ilə daşımaların həcmi keçən il əhəmiyyətli dərəcədə artıb. İl ərzində Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7 faiz artaraq 7,3 milyon, idxal yükləri isə 10 faiz artaraq 5,2 milyon ton olub.
Məlumdur ki, tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək üçün Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti inşa edilib. Orta dəhlizin əsas komponentlərindən biri olan BTQ-nin imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ilin may ayından dəmir yolunun Gürcüstan hissəsində aparılmış modernləşdirmə işləri 2024-cü ilin mayında tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatıb.
Ötən il həmçinin Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib ki, bu da Orta dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. Əsas tranzit istiqaməti olan "Şərq-Qərb" marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Orta dəhlizin təkcə "Şərq-Qərb" marşrutu kimi yox, həm də nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək üçün 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib.
ADY "Şimal-Cənub" dəhlizi üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının bərpa işlərini başa çatdırıb. Sentyabr ayında Asiya İnkişaf Bankı ilə "Şimal-Cənub" dəhlizinin bir hissəsi olan Sumqayıt-Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb.
Ötən il ADY-nin sərnişinlərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət də qeyd olunmalıdır. Həmin xidmətin əsasını təbii ki, komfortlu sərnişin vaqonları təşkil edir. Söhbət "Stadler" markalı müasir dizel və elektrik qatarları, eləcə də "Alstom" istehsalı olan lokomotivlərdən gedir. Abşeron dairəvi dəmir yolu, həmçinin Bakı-Balakən xətləri boyunca stansiya, vağzal və dayanacaqlar əsaslı təmir olunub. Bütün bunlar vətəndaşların rahat və təhlükəsiz nəqliyyat xidmətinə olan ehtiyacını qarşılamaqda mühüm rol oynayıb, onların dəmir yollarına inam və etibarını artırıb. Nəticədə ADY 2024-cü ildə 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edərək yeni rekorda imza atıb.
2024-cü ildə xidmət həcminin artmasının əsas səbəblərindən biri də yeni alınmış qatarların xəttə buraxılması, Ləki və Ucar kimi yeni dayanacaqların istifadəyə verilməsi və ümumilikdə müştəri məmnuniyyətinin yüksəldilməsidir. ADY-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin sayı həmin qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb. Sərnişinlərə modern xidmətin bir növü də yolboyu sürətli və maneəsiz internetdən istifadədir. ADY ötən ilin sentyabr ayından Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Ağstafa stansiya və dayanacaqlarında, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı marşrutları ilə hərəkət edən qatarlarda pulsuz Wi-Fi xidməti göstərir.
Sirr deyil ki, bu gün Azərbaycanda əldə edilən uğur zəncirinin bir halqası rəqəmsallaşmadır. Müasir innovativ yeniliklər, necə deyərlər, ADY-nin də "əlindən tutaraq" əməliyyat səmərəliliyinin və ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir. ADY son illər beynəlxalq dəhlizlər üzrə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində fəaliyyətini artırıb, onlayn tarif kalkulyatoru və "ADY Smart" platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və "bir pəncərə" sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Bu nəqliyyatın rəqəmsallaşma səyləri 2024-cü ilin oktyabr ayında Asiya İnkişaf Bankı tərəfindən maliyyə dəstəyi alıb. Bank Azərbaycanda dəmir yolu sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmiryol şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına dəstək məqsədilə 47 milyon dollarlıq krediti təsdiqləyib.
ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını iki il əvvəl təkmilləşdirib. Ötən il isə ilk olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı təqdim edilib. "Yaşıl enerji"ni təşviq etmək və karbon qazı tullantılarını azaltmaq məqsədilə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının yenilənməsi zamanı ətraf binaların enerji təminatı üçün dam örtüyündə 650-dən çox günəş paneli quraşdırılıb.
2030-cu il Strategiya sənədinə əsasən, ADY əməliyyatların səmərəliliyi, kommersiya imkanlarının artırılması, rəqəmsallaşma və təhlükəsizlik kimi məsələlərin həlli istiqamətində işini qarşıdakı illərdə də davam etdirəcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə isti olacaq - PROQNOZ
Bolqarıstan xarici işlər naziri: Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır
Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər”
Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb
Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir
Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik
Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir
Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb
Miroslav Layçak: Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub
İşğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib
Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır – Baş nazir
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği 8 faizdən çox artıb
Annalena Berbok: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir
“Politico” nəşri: Avropa Parlamenti yenidən korrupsiya ittihamı ilə çalxalanır
Əli Əsədov: Ötən il sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası müzakirə olunub
Əli Əsədov: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir
Baş nazir: 2024-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb
Sabiq Prezident: Bakı Forumu böhranların mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!