Azərbaycan-Gürcüstan əlaqələrini yalnız belə dəyərləndirmək olar
Azərbaycanın bu gün bölgənin aparıcı ölkə olması çoxları tərəfindən qəbul edilir və bu, təsadüfi deyil. Ölkəmizin region, o cümlədən qonşu dövlətlərlə dostluq əlaqələri, ortaq layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş olması hər zaman nümunə kimi göstərilir. Bu baxımdan, qonşu və dost ölkə Gürcüstan da istisna deyil.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri birləşdirir. Prezident İlham Əliyev bu ilin əvvəlində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qısa zaman ərzində Azərbaycana üçüncü dəfə səfər etməsini iki ölkə arasında əlaqələrin dərinliyinin və strateji xarakterinin göstəricisi kimi dəyərləndirmişdir. Eyni zamanda İrakli Kobaxidze Gürcüstanda keçirilən parlament seçkisindən sonra ilk xarici səfərini Azərbaycana etməklə iki dövlət arasındakı regional əməkdaşlığa və strateji tərəfdaşlığa verilən yüksək önəmi nümayiş etdirmişdir.
Həmin önəmi Prezident İlham Əliyev Baş nazir İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında da səsləndirmişdir: "Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar".
Qeyd edək ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu sərmayə yalnız iqtisadi əlaqələrin güclənməsini deyil, həm də Gürcüstanda müsbət investisiya iqliminin yarandığını və bu ölkənin beynəlxalq investorlar üçün cəlbedici olduğunu nümayiş etdirir. Yeri gəlmişkən, qeyd edək ki, bu günlər Gürcüstanda səfərdə olan Milli Məclisin Sədri Sahibə xanım Qafarova ilə Baş nazir İrakli Kobaxidzenin görüşündə də iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb, bu münasibətlərin qarşılıqlı hörmətə və etimada əsaslandığı, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlər xalqlarımızın əsrlər boyu davam edən dostluq əlaqələrinə söykənir. Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerji, nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaradıb ki, indi həmin layihələr nəinki Cənubi Qafqazda, daha geniş regionda mühüm amilə çevrilib.
Sahibə xanım Qafarovanın Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə görüşündə isə beynəlxalq və regional formatda uğurlu əməkdaşlıq məsələlərindən bəhs olunub. Üçtərəfli formatda uğurlu əməkdaşlıq əlaqələrinin olduğu diqqətə çatdırılaraq Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatının həm ölkələrimizə, həm də regiona qazandırdığı faydalar ifadə edilib. Söhbət zamanı həmçinin regionda vəziyyət barədə fikir mübadiləsi aparılıb. Tərəflər regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayıblar.
Məlumdur ki, Azərbaycan-Gürcüstan münasibətlərində iqtisadi sahə mühüm yer tutur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Gürcüstanın sərmayə cəlb etmə siyasəti azərbaycanlı investorları özünə cəlb edir. Azərbaycanlı iş adamları Gürcüstanda müxtəlif sahələrə investisiya qoyurlar. Bu, iki ölkə arasındakı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etməsinə imkan yaradır.
Azərbaycan və Gürcüstanı bir-birinə Bakı-Supsa, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və TRASEKA kimi qlobal nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bu sırada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT, ATƏT və digər qurumlar çərçivəsində əməkdaşlıqlar da mühüm əhəmiyyət kəsb edir. Əlaqələrin genişlənməsində 1998-ci ildə keçirilmiş tarixi böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın da özünəməxsus rolu olmuşdur. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin işə salınması isə iqtisadi sahədəki irəliləyişlərə təkan vermişdir.
Bu gün Azərbaycan 12 ölkəyə Gürcüstan üzərindən təbii qaz ixrac edir. "Cənub qaz dəhlizi" Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2024-cü ildə Azərbaycan, Gürcüstan vasitəsilə 25 milyard kubmetrə qədər təbii qaz ixrac edib və bu ixracın 10 faizi Gürcüstanın payına düşür. Bu, sadəcə iki ölkə üçün deyil, ümumilikdə Cənubi Qafqaz və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm bir layihədir. Hər iki ölkənin tarixi İpək yolu üzərində yerləşməsi, birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi regionumuzdan keçən yükdaşımaların həcmini xeyli artırıb. Uğurlu regional əməkdaşlıq çərçivəsində qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi Azərbaycanla Gürcüstan arasında həm də regional sülhə və sabitliyə xidmət edir. Daha geniş bir perspektivdən baxdıqda, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri Avropa və Asiyanın enerji ehtiyaclarını təmin edən strateji layihələrdir. "Cənub qaz dəhlizi" və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri kimi mühüm layihələr, həm enerji təhlükəsizliyinin təminatında, həm də iqtisadi əməkdaşlıqda böyük əhəmiyyətə malikdir. Bu layihələr həmçinin hər iki ölkənin enerji sektorunda beynəlxalq müstəvidə mövqeyini gücləndirir.
Bu gün hər iki ölkədə nəqliyyat infrastrukturunun genişləndirilməsi layihələri həyata keçirilir. Azərbaycanın və Gürcüstanın regionun ən böyük logistika mərkəzləri arasında yer alır. Ələt və Batumi limanları tranzit daşımalarının təmin edilməsində mühüm rol oynayır. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu Şərq və Qərb arasında qısa və sərfəli bir əlaqə yaradaraq iki ölkənin iqtisadiyyatına müsbət təsir edir. Birbaşa investisiyaların cəlb edilməsi sahəsindəki etibarlı tərəfdaşlıq bu gün yükdaşımalar və logistika imkanlarının genişləndirilməsində də böyük əhəmiyyətə malikdir. Azərbaycan və Gürcüstan arasında nəqliyyat və logistika sahəsindəki əməkdaşlıq ölkələrimizin Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm rol oynadığını göstərir. Orta dəhliz layihəsi də Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində genişlənir və inkişaf edir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında
Azercell abunəçilərinin nəzərinə
Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb
Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ
ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib
Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir
Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib
Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib
DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb
Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB
Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq
İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib
Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!