Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, Direktorlar Şurasının üzvü, Fortescue Ltd, EksonMobil Şirkətinin sabiq vitse-prezidenti, İnsan Alverinə Qarşı Qlobal Kampaniyanın rəhbəri Cin Baderşnayderin moderatorluğu ilə keçirilən “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” adlı panel iclasına əvvəlcə Birləşmiş Krallığın və Şimali İrlandiyanın Birləşmiş Krallığının sabiq Baş naziri Boris Conson video formatında qoşularaq çıxış edib. O qeyd edib ki, Qlobal Bakı Forumunda bütün dünyanı narahat edən məsələlər müzakirə olunur. “Hər birimizin öhdəliyi gələcək barədə düşünmək və töhfə verməkdir. Biz daha yaxşı Yer kürəsində yaşamaq istəyiriksə, bunun üçün lazımı işləri də görməliyik”,- deyə Boris Conson bildirib.
Kuala-Lumpur şəhərinin meri Maimuna Mohd Şərif sosial həll yollarının gələcəyi dəyişdirə biləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, yanacaq istifadəsinin böyük hissəsi şəhərlərdə müşahidə olunur: “Bu, şəhərləri sosial müzakirələrə daxil etməyin vacibliyini göstərir. Sosial həlləri müzakirə edərkən bunları nəzərə almalıyıq”.
BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri, Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernando Espinoza qeyd edib ki, əsas məqsəd hər bir ölkə üçün detallı yol xəritələri hazırlamaqdır. Onun sözlərinə görə, bu xəritənin düzgün formalaşdırılması 2050-ci ilə qədər həmin ölkəni və onun iqtisadi sektorlarını mövcud vəziyyətdən iqlim neytrallığı və iqlim davamlılığına aparacaq.
Milli Məclisin deputatı, COP29-un İqlim üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai COP29-un uğurlu nəticələri barəsində danışmaqdan qürur duyduğunu vurğulayıb: “Biz COP29-da müxtəlif tərəfləri bir araya gətirdik və razılığa gəlməyin vacibliyini göstərdik.
Azərbaycanın bu sahədə olduqca geniş potensialı var. Külək və günəş enerjilərindən başqa geotermal enerji kimi digər mənbələri də araşdırırıq”.
Tonqanın Qanunvericilik Assambleyasının sədri Lord Fakafanua iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində davamlı həll yollarının vacib olduğunu bildirib. İqlim probleminin bütün dünya üçün qlobal olduğuna diqqət çəkən Lord Fakafanua əlavə edib ki, iqlim dəyişikliyinə qarşı mübarizəni gecikdirmək bir növ intihara bənzəyir.
Dünya Ətraf Mühit və Resurs İqtisadçıları Assosiasiyasının prezidenti, BMT SDSN Qlobal İqlim Mərkəzinin sədri, AE4RIA-nın direktoru Foebe Koundouri iqlim dəyişikliyi ilə mübarizənin bütün dünya üçün qlobal məsələ olduğuna diqqət çəkib: “Burada müzakirə edilən mövzular hər kəs üçün çağırışdır. İqlim dəyişikliyi bütün sahələri məhvə doğru aparır. Xüsusilə iqtisadi baxımdan iqlimlə mübarizə üçün ayrılan maliyyə kifayət qədər olmalıdır”.
Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi, Tacikistanın sabiq xarici işlər naziri Rəşid Əlimov COP29-un uğurlu yekunları ilə bağlı Azərbaycanı təbrik edib. Əlavə edib ki, COP29 bütün dünya üçün iqlimlə mübarizə istiqamətində böyük yeniliklər yaradıb. “İqlim dəyişikliyi ilə mübarizə sahəsində bir çox ölkə öz üzərinə öhdəlik götürsə də, reallıqların çox sürətlə dəyişdiyini bilmək lazımdır. Çünki iqlim dəyişmələrinin tezliyi artıb və bu, fövqəladə hallar yaradır. Hər il Mərkəzi Asiya ölkələri fərqli formada təbii fəlakətlə üzləşirlər. Təəssüf ki, təbii fəlakətlərin sayının artması maliyyələşmədə də boşluqlar yaradır”.
“Liberal International” təşkilatının prezidenti, COP21-in vitse-prezidenti, Mərakeş Krallığının iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, COP29-un İqlim üzrə yüksəksəviyyəli çempionu Hakima El Haite yeni dünyada iqlim dəyişikliyi məsələsinin prioritet olduğunu deyib. Onun sözlərinə görə, dünyanın bir çox yerində hər il 100 minlərlə insan iqlim böhranının qurbanı olur. Əgər qarşısı alınmasa, bu səbəbdən həyatını itirən insanların sayı getdikcə artacaq”.
WWF-nin İqlim və Enerji Təcrübəsinin rəhbəri, COP20-nin prezidenti, Perunun sabiq ekologiya naziri Manuel Pulqar Vidal COP tədbirləri çərçivəsində yeni addımlar atmağın vacibliyinə diqqət çəkib. O qeyd edib ki, yeni həll yolları ancaq birgə fəaliyyətlə əldə oluna bilər.
Panel mövzu ətrafında müzakirələrlə davam edib.
Prezidentin Mətbuat Xidmətinin məlumatı
CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir
XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb
Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB
Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub
Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib
XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq
"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO
İsmail Serageldin: Bu gün teletibb və süni intellektlə əvvəllər mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var
Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib
Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək
Türkiyə XİN: İslamofobiya qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükədir
Viktor Orban: Bizə keçmişdə qaldığımızı dedilər, amma sizə bildirirəm ki, gələcək bizimdir
Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur
İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir
Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə etiraz məktubu ünvanlayıb
Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!