14 Mart 2025 09:30
229
İQTİSADİYYAT
A- A+
Bu il mart Boz aya bənzəmir

Bu il mart Boz aya bənzəmir


Belə bir vaxtda tərtərli əkinçini harada axtarsan, çöldə taparsan


44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə və 24 saatdan az davam edən antiterror tədbirlərindən sonra Tərtər rayonunun da tarixində yeni dövr başladı. İllərdir düşmənlə üz-üzə dayanan, nankor qonşuların hər cür əməllərinə mərdliklə sinə gərən tərtərlilər nəhayət ki, rahat nəfəs aldılar. 

Əlbəttə, bu rahatlıqla bərabər, qəlblərdə şəhid yarası, ömrünün bahar çağında gözünün nurunu, sağlamlığını itirən oğulların dərdi də var idi. Amma bu dərd Tərtər camaatını əymədi, əksinə, onları Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşdirdi, ölkəmizin, dövlətimizin xoş gələcəyi naminə səfərbər etdi. Nəticələr göz qabağındadır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə ilk növbədə müharibənin rayonun infrastrukturuna, yaşayış evlərinə vurduğu ziyanlar aradan qaldırıldı. 

Ötən il bu istiqamətdə Tərtər şəhərində tikinti və abadlıq-quruculuq işləri davam etmişdir. Bu gün şəhərin küçələri müasir memarlığın tələblərinə uyğun yenidən qurulur. Bir sıra işlər, o cümlədən Tərtər Peşə Məktəbinin əsaslı təmiri, bir sıra küçələrin abadlaşdırılması yekunlaşmış, yeni yaşıllıq zolaqları salınmış, işıq, qaz, telekommunikasiya xətləri təmir edilmiş, ehtiyac olan ərazilərdə  divarlar aqlay və bəzək daşları ilə üzlənmişdir. Bunlardan əlavə, respublika və yerli əhəmiyyətli avtomobil yollarında cari təmir işləri görülmüşdür.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən tədbirlərdə hər bir tərtərli böyük həvəslə iştirak etmişdir. Bu çərçivədə rayon üzrə iməciliklərlə yanaşı, maarifləndirmə işləri də önə çəkilmiş, xüsusən məktəblilərdə ekologiyanın qorunmasına maraq oyatmaq üçün tədbirlər həyata keçirilmişdir. Konkret faktlara gəldikdə "Yaşıl dünya naminə həmrəylik ili"ndə ekoloji tarazlığın qorunması məqsədi ilə Bərdə-Ağdam magistral yolunun kənarlarına 11,2 min, Tərtər-Goranboy, Tərtər-Bərdə yolları istiqamətində yol kənarlarına və rayonun digər yaşayış məntəqələrinə 21 min olmaqla ümumilikdə 32 min ağac və gül kolu əkilmişdir. Onu da qeyd edək ki, Tərtər təbiətinə, iqliminə görə həmişə seçilən rayonlardan olub. Bu yaşıllığı, səliqə-sahmanı qorumaq üçün rayonda keçirilən tədbirlər kampaniya xarakteri daşımır, davamlıdır və hər kəs yaşadığı kəndin, küçənin, həyətin özünəməxsusluğunu qorumaq üçün ümumi işə töhfə verir.

Rayonda görülən abadlıq, tikinti-quruculuq işləri ilə yanaşı, iqtisadiyyatın, o sıradan  aqrar sektorun inkişafı da diqqətdə saxlanılır. Konkret rəqəmlərə keçək: 2024-cü il ərzində rayon üzrə istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 112,3 milyon manatdan çox olmuşdur ki, onun da 61,1 milyon manatlığı bitkiçilik, 51,2 milyon manatlığı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. Ötən il kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 23136,2 hektar olmuşdur. Onun 7978 hektarını (34,5 faizini) dənli və dənli paxlalı, 4611,7 hektarını (20 faizini) texniki bitkilər, 1466 hektarını (6,3 faizini) kartof, bostan və tərəvəz, 9080,5 hektarını (39,2 faizini) yem bitkiləri təşkil etmişdir. 2024-cü ildə sahələrdən qarğıdalı da nəzərə alınmaqla ilkin çəkidə 24752,9 ton dənli və dənli paxlalı bitkilər  toplanmışdır. Həmin dövr ərzində 7797 hektar taxıl sahəsindən 23676 ton məhsul biçilmiş, orta məhsuldarlıq 30,4 sentner olmuşdur. 3712 hektardan 11628,7 ton buğda, 4085 hektardan 12047,3 ton arpa götürülmüşdür ki, bu da buğda üzrə 31,3, arpa üzrə 29,5 sentner məhsuldarlıq deməkdir. Məhsuldarlığa görə buğda üzrə ən yüksək nəticə Mamırlı (49 sentner), Borsunlu (43 sentner), Seydimli (40 sentner), arpa üzrə Mamırlı (50 sentner), Borsunlu (41 sentner), Sarov (40 sentner) kəndlərində olmuşdur. 

Pambıqçılıq Tərtərdə kənd təsərüfatının ənənəvi sahələrindən sayılır. Hələ sovet dönəmində tərtərlilər bu sahədə zəngin təcrübə toplamışlar. Yaşlı insanlar Ulu Öndər Heydər Əliyevin pambıqçılarla görüşlərini, onlara verdiyi tövsiyələri bu gün də minnətdarlıq hissi ilə xatırlayırlar. Ötən mövsüm rayon üzrə 2306,5 hektarda pambıq əkilmişdir ki, bu da 2023-cü ilə nisbətən 2,9 faiz çox idi. Tarlalardan 6696,8 ton pambıq toplanmış, orta məhsuldarlıq inişilki göstəriciyə nisbətən 4,6 faiz artaraq 29,5 sentnerə çatmışdır. Pambıqçılıqla yanaşı, rayonda çuğundur, günəbaxan, tərəvəz, meyvə istehsalı da yeni texnologiyaların tətbiqi hesabına artır.

Son illər Tərtərdə tingçilik sürətlə inkişaf edir. 2024-cü ildə rayonun təsərrüfatlarında 2468 min meyvə və 844 min dekorativ bitki tingləri yetişdirilmişdir. Paralel olaraq baramaçılıq sahəsində irəliləyiş var. Keçən il kümçülər 370 qutu baramaqurdu saxlamış və 9271 kiloqram barama tədarük etmişlər. Hər qutudan orta hesabla 39,4 kiloqram barama istehsal olunmuşdur ki, bu da 2023-cü ildəkindən 8,6 kiloqram və ya 27,9 faiz çoxdur. 

Müstəqilliyimizin ilk illərində baramaçılıq unudulmuşdu. Amma son illər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər insanlarda bu xeyirli və vacib sahəyə marağı artırmışdır. İlk növbədə kəndlərdə ipəkçiliyin yem bazası yaradılmışdır ki, bu da kənd əməkçilərinə az müddət ərzində yüksək gəlir əldə etməyə kömək edir. Söz düşmüşkən qeyd edək ki, ötən il baramaçılara 54,3 min manat subsidiya verilmişdir. 

Ölkəmizdə ət məhsullarına artan tələbat təsərrüfatlarda mal-qara və qoyun-keçilərin baş sayının artırılması üçün yeni üsullar axtarılmasını tələb edir. Tərtər rayonunda bu məqsədlə süni mayalanmaya diqqət artırılmışdır. 2024-cü il ərzində rayonda süni mayalanma yolu ilə 1161 baş buzov doğulmuşdur. Bu cür üsulla doğulmuş 1311 baş buzova görə 131,1 min manat subsidiya verilmişdir. Həmçinin baytarlıq xidmətinin daha yüksək, müasir səviyyəyə qaldırılması üçün tədbirlər görülmüşdür. 

Bol kənd təsərrüfatı məhsulları istehsalında suvarmanın düzgün təşkili həmişə vacib məsələlərdən olub. Bu sahədə tərtərlilər uzun müddət ciddi çətinliklərlə üzləşmişlər. Sərsəng və Suqovuşan su anbarları işğaldan azad edildikdən sonra isə əkinçilərin üzü gülür. Prezident İlham Əliyevin sərəncamları ilə yeni subartezian quyularının vurulması, mövcud quyuların təmir edilərək istismara verilməsi də fermerlərin su sarıdan  problemlərini həll edib. 

Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin müdiri Murad Zeynalov deyir ki, rayonda mövcud olan 599 subartezian quyusundan 37-si içməli, 562-si kommunal, məişət və suvarma məqsədi ilə istismar olunur: "591 subartezian quyusu saz və işlək vəziyyətdədir. Qalan 8 quyu təmir olunur. Keçən il 274 subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 27 subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəz edilmişdir. Ötən il həmçinin kəndlərdə 8 yeni subartezian quyusu qazılmışdır. Yaxın günlərdə onların istismara verilməsi nəzərdə tutulur". Fermerlər də suvarma işçilərinin onların problemlərinə operativ və həssas yanaşdıqlarını deyirlər. 

Bu bahar günlərində tərtərliləri harada axtarsan, sahələrdə taparsan. Həmişə Boz ay kimi gördüyümüz mart da bu il sanki həmin ay deyil, özünün istisi ilə kəndlini çölə çağırır. Belə bir vaxtda Tərtər əkinçisi evdə otura bilərmi?!


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

01:19
15 Mart

Azercell abunəçilərinin nəzərinə

01:17
15 Mart

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

23:57
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər  

23:53
14 Mart

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır  

23:50
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

23:47
14 Mart

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

21:16
14 Mart

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ  

21:11
14 Mart

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

21:07
14 Mart

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

21:05
14 Mart

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib  

21:04
14 Mart

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib  

21:02
14 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib  

20:59
14 Mart

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb  

20:55
14 Mart

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

20:54
14 Mart

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

19:47
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib  

19:19
14 Mart

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq

19:15
14 Mart

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

19:11
14 Mart

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir  

19:10
14 Mart

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

19:09
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!