№ 71
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 328, № 9, maddə 1090; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 fevral tarixli 19 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin 1.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. birinci abzasın dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin və həmin abzasa aşağıdakı məzmunda beşinci və altıncı cümlələr əlavə edilsin:
“Xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirliyin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan, forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”;
1.2. ikinci abzasın ikinci cümləsi aşağıdakı redaksiyada verilsin və həmin abzasa aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
“Hazırlıq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli
22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145 (Cild I); 2024, № 1, maddə 111, 5 (II kitab), maddə 612; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 30 yanvar tarixli 16 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 2.1-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Əhalisinin sayı üç yüz min nəfərədək olan yaşayış məntəqələrində bir, əhalisinin sayı üç yüz min nəfərdən çox olan yaşayış məntəqələrində iki və ya daha çox avtovağzal (avtostansiya) təşkil oluna bilər.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 270 (Cild I); 2024, № 1, maddə 111) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. Bu Qaydanın 1.2-2-ci bəndində qeyd edilən hal istisna olmaqla Azərbaycan Respublikasının ərazisində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının (bundan sonra - müntəzəm sərnişin daşımaları) dövlət sifarişçisi qismində müsabiqə təşkilatçısı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir.”;
3.2. 1.2-1-ci bənddə “sürücüsü (sürücüləri)” sözləri “operatorun sürücüləri” sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 1.2-2-ci bənd əlavə edilsin:
“1.2-2. Şuşa şəhərinin inzibati ərazisində şəhərdaxili müntəzəm sərnişin daşımalarının dövlət sifarişçisi qismində müsabiqə təşkilatçısı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.”;
3.4. 1.8-ci bənddə “müvafiq müqavilə yalnız onun müsabiqə tələblərinə uyğun olduğu təqdirdə” sözləri “müqavilə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
3.5. aşağıdakı məzmunda 1.10-cu və 1.11-ci bəndlər əlavə edilsin:
“1.10. Müsabiqədə iştiraka görə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə ödəniş edilir.
1.11. Müsabiqədə iştirak etmək istəyən şəxslər Qanunun 15.5-ci maddəsində və bu Qaydada qeyd olunan tələblərə cavab verməlidirlər.”;
3.6. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.2. Müsabiqədə iştirak etmək üçün mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, istənilən hüquqi şəxs və fərdi sahibkar müraciət edə bilər.”;
3.7. 2.3-cü bəndə “ərizə ilə” sözlərindən sonra “(Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsi ilə müəyyən edilmiş sənədləri əlavə etməklə)” sözləri əlavə edilsin;
3.8. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. Qanunun 14.5-ci maddəsinə uyğun olaraq Qanunun 14.3-cü maddəsində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.”;
3.9. 2.4.5-ci yarımbənddən “üzrə” sözündən sonra “sərnişindaşıma xidmətlərinin göstərilməsinə dair” sözləri çıxarılsın;
3.10. 4.6-cı bəndin dördüncü cümləsində “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin” sözləri “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Şuşa şəhəri ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri ilə əvəz edilsin;
3.11. həmin Qaydaya 1 nömrəli əlavədə “Sifarişçi” sözündən sonra “(Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti)” sözləri “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhəri ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin;
3.12. həmin Qaydaya 2 nömrəli əlavəyə “ərizə” sözündən sonra “(Qanunun 14.3-cü maddəsi ilə müəyyən edilmiş sənədləri əlavə etməklə)” sözləri əlavə edilsin;
3.13. həmin Qaydaya 7 nömrəli əlavə üzrə:
3.13.1. adında “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə” sözləri “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə” sözləri ilə əvəz edilsin;
3.13.2. “adlandırılacaq” sözündən sonra “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə müvafiq olaraq Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Azərbaycan Respublikasının digər ərazilərində isə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli qurumu” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhəri ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin;
3.13.3. 2.5-1-ci bənddən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745 (Cild I); 2024, № 1, maddə 111, № 5 (II kitab), maddə 574) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.1-ci bəndə “Qanununa” sözündən sonra “(bundan sonra - Qanun)” sözləri əlavə edilsin;
4.2. 1.2.7-1-ci yarımbənddə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən uçota alınan” sözləri “müvafiq icazəsi olan” sözləri ilə əvəz edilsin;
4.3. 1.2.11-ci, 3.5.5-ci, 3.5.6-cı yarımbəndlər və 2.4-cü, 2.7-ci, 2.14-cü və 2.15-ci bəndlər ləğv edilsin;
4.4. 1.2.22-ci və 1.2.26-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“1.2.22. taksometr – taksi minik avtomobilinin qət etdiyi məsafənin və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını təmin edən, taksi minik avtomobili üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi ölçü cihazı və ya proqram təminatı;”;
“1.2.26. analoq taxoqraf – Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;”;
4.5. aşağıdakı məzmunda 1.2.27–1.2.31-ci yarımbəndlər əlavə edilsin:
“1.2.27. rəqəmsal taxoqraf – Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla avtomatik rejimdə avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektron nəzarət cihazı;
1.2.28. formulyar – qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər barədə məlumatı əks etdirən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) informasiya sistemində elektron qaydada doldurulan sənəd;
1.2.29. bilet-uçot vərəqi – şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında satılmış biletlərin uçotunun aparıldığı Agentliyin informasiya sistemində elektron qaydada doldurulan sənəd;
1.2.30. buraxılış vəsiqəsi – Qanunun 13-cü maddəsinə uyğun olaraq hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazə;
1.2.31. buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kart.”;
4.6. 1.3.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.3.6-cı yarımbənd əlavə edilsin:
“1.3.6. ölkədaxili sifarişli daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları.”;
4.7. 2.2-ci, 2.3-1-ci, 3.3-1-ci, 8.4-cü, 9.1-ci və 14.8-1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.2. Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya ləğv edilir.”;
“2.3-1. Operatorlar beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər.”;
“3.3-1. Operatorun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidirlər. Hazırlıq Agentlik, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”;
“8.4. Qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilə rəsmiləşdirilir. Formulyarın formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasının həyata keçirilməsinə yol verilmir.”;
“9.1. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi, həmçinin taksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi qadağandır.”;
“14.8-1. Operatorlar və beynəlxalq sərnişin daşımaları yerinə yetirən sürücülər tərəfindən müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə yol verilmir.”;
4.8. 3.3-cü bəndin dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda beşinci və altıncı cümlələr əlavə edilsin:
“Xüsusi hazırlığın təşkili və keçirilməsi Agentlik, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirliyin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan, forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”;
4.9. 3.4-cü bəndə “yol vərəqəsində” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;
4.10. 3.5.2-1-ci yarımbənddən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
4.11. 3.6.4-cü yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 3.6.5-ci yarımbənd ləğv edilsin;
4.12. 4.1-ci, 4.19-cu, 4.21-ci və 6.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“4.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları Qanunun 13-cü maddəsinə uyğun olaraq müvafiq icazəyə malik hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən yerinə yetirilə bilər.”;
“4.19. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.”;
“4.21. Beynəlxalq müntəzəm marşrutların Azərbaycan Respublikasının ərazisində yerləşən, şəhərlərarası (rayonlararası) müntəzəm marşrutların isə şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır.”;
“6.7. Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi Agentliyin informasiya sistemi üzərindən elektron qaydada doldurulur.”;
4.13. 4.2-ci, 4.22-ci, 6.14-cü, 7.2-ci, 8.5-ci, 8.13-cü və 8.14-cü bəndlər ləğv edilsin;
4.14. 4.6-cı bəndin ikinci cümləsində “daşıyıcı ilə müvafiq müqavilə bağlayır” sözləri “daşıyıcıya müvafiq icazəni verir,” sözləri ilə əvəz edilsin, “və” sözü çıxarılsın, “pasportunu” sözündən sonra “və müntəzəm sərnişin daşımalarında istifadə olunması nəzərdə tutulan avtonəqliyyat vasitələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə cavab verdikdə buraxılış kartını” sözləri əlavə edilsin;
4.15. 7.6-cı bəndin ikinci cümləsi çıxarılsın;
4.16. 9.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə cavab verməlidir.”;
4.17. 9.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“9.4. Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyən etməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz ilə təchiz edilməlidir. Taksi minik avtomobilinin sifarişçiyə təqdim edilməsinə görə gediş haqqının qiyməti sərnişin daşınmasını yerinə yetirən daşıyıcı və ya taksi sifarişi operatoru tərəfindən elan edilir.”;
4.18. 9.10.13-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.10.14-cü, 9.10.15-ci yarımbəndlər əlavə edilsin:
“9.10.14. Qanunun 13-cü maddəsinə uyğun olaraq taksi minik avtomobilləri ilə sərnişin daşımalarına icazə verən buraxılış vəsiqəsinə malik olmaq;
9.10.15. buraxılış vəsiqəsinə malik olduqdan sonra mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan buraxılış kartını əldə etmək.”;
4.19. 11.3.2-ci yarımbənddən “yol vərəqəsi,” sözləri çıxarılsın;
4.20. 13.2-ci bənd ləğv edilsin;
4.21. 16.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“16.9. İcazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınmasına, eləcə də icazə şərtlərinin pozulmasına görə daşıyıcılar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746 (Cild I); 2024, № 1, maddələr 81, 111, 112) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.1-ci bəndə “Qanununa” sözündən sonra “(bundan sonra - Qanun)” sözləri əlavə edilsin;
5.2. 1.8-ci bənddə “Azərbaycan Respublikasının “Avtomobil nəqliyyatı haqqında” Qanununun” sözləri “Qanunun” sözü ilə əvəz edilsin;
5.3. 2.1.3-1-ci yarımbənddə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən uçota alınan” sözləri “müvafiq icazəsi olan” sözləri ilə əvəz edilsin;
5.4. 2.1.4-cü, 42.1.14-cü yarımbəndlər və 47.17-1-ci bənd ləğv edilsin;
5.5. 2.1.19-cu yarımbənd və 35.2-ci, 35.3-cü, 35.5-ci, 48.3-1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1.19. analoq taxoqraf – Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;”;
“35.2. İcazə sistemi tətbiq edən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq yük daşımaları Qanunun 50-ci maddəsinə uyğun olaraq verilən “İcazə” blankları (jurnalları) əsasında yerinə yetirilir.
35.3. Xarici dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə ölkədaxili yük daşımalarının həyata keçirilməsi qadağandır.”;
“35.5. Operatorun məsul şəxsləri, habelə beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidirlər. Hazırlıq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”;
“48.3-1. Operatorlar və beynəlxalq yük daşımaları yerinə yetirən sürücülər tərəfindən müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə yol verilmir.”;
5.6. aşağıdakı məzmunda 2.1.20-ci yarımbənd əlavə edilsin:
“2.1.20. rəqəmsal taxoqraf – Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla avtomatik rejimdə avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektron nəzarət cihazı.”;
5.7. 48.3-cü bənddə “həmin icazədən düzgün istifadəyə, onun lazımi vəziyyətdə saxlanılmasına və vaxtında təhvil verilməsinə görə məsuliyyət daşıyırlar” sözləri “həmin “İcazə blankını (jurnalını) düzgün istifadə etməli, lazımi vəziyyətdə saxlamalı və vaxtında təhvil verməlidirlər” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 751 (Cild I); 2024, № 1, maddələr 80, 111) ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3-cü, 11-ci və 12-ci hissələr aşağıdakı redaksiyada verilsin:
“3. Hazırlığın təşkili və keçirilməsi bu Proqramın 3 və 4 nömrəli əlavələri olan tədris proqramları əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.”;
“11. Proqrama əsasən hazırlıq üzrə məşğələlərdə iştirak etmiş sürücülərin hazırlıq səviyyəsi hazırlığın yekununda daşıyıcılarla və ya sürücülərlə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) arasında bağlanılmış müqavilə əsasında test üsulu ilə qiymətləndirilir.
12. Hazırlıq keçmiş şəxslər barədə aşağıdakı məlumatlar Proqramın 3-cü hissəsində qeyd olunan qurumlar tərəfindən hazırlığın başa çatmasından sonra 2 (iki) iş günü müddətində Mərkəzə təqdim edilir:
12.1. soyadı, adı, atasının adı və şəxsiyyət vəsiqəsinin FİN kodu;
12.2. hazırlıq keçdiyi proqram və hazırlıq materialları;
12.3. sürücülük vəsiqəsinin nömrəsi, etibarlılıq müddəti və kateqoriyası.”;
6.2. aşağıdakı məzmunda 12-1–12-14-cü hissələr əlavə edilsin:
“12-1. Proqramın 12-ci hissəsində nəzərdə tutulmuş məlumatlar təqdim edildikdən sonra Mərkəz tərəfindən Proqramın 12-3.4-cü bəndinə uyğun olaraq sənəd qəbuluna dair elan verilir. Qiymətləndirmə təqvim ili ərzində 4 (dörd) dəfədən çox olmamaqla keçirilir.
12-2. Qiymətləndirmədə iştirak etmək üçün hazırlıq keçmiş şəxs sənəd qəbulunun həyata keçirildiyi müddət ərzində Mərkəzin rəsmi internet saytı (bundan sonra - sayt) vasitəsilə onlayn qeydiyyatdan keçir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə ödəniş edir və ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və qiymətləndirmə qaydaları barədə məlumatların əks olunduğu yaddaş kitabçası göndərilir.
12-3. Qiymətləndirmənin təşkili ilə əlaqədar Mərkəz:
12-3.1. qiymətləndirmənin keçiriləcəyi tarixi, yeri və aparılma texnologiyasını müəyyən edir;
12-3.2. test tapşırıqlarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;
12-3.3. qiymətləndirmədə iştirak edəcək nəzarətçiləri müəyyən edir;
12-3.4. qiymətləndirmənin keçirilmə tarixindən ən azı 1 (bir) ay əvvəl sənəd qəbuluna dair elan verir;
12-3.5. qiymətləndirmənin qrafikini saytı vasitəsilə yayır;
12-3.6. qiymətləndirmənin keçirilməsinə 7 (yeddi) iş günü qalmış hazırlıq keçmiş şəxslərin qiymətləndirməyə buraxılış vərəqəsini sayta yerləşdirir;
12-3.7. qiymətləndirmədə iştirak edəcək hər bir hazırlıq keçmiş şəxsə eyniləşdirmə kodu verir;
12-3.8. qiymətləndirmənin təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar ərizə, şikayətlərə, təkliflərə baxır və həll edir;
12-3.9. qiymətləndirmənin nəticəsi haqqında məlumatları sayta yerləşdirir;
12-3.10. qiymətləndirmənin nəticəsinin elan edildiyi gündən 15 (on beş) iş günü müddətində Proqramın 12-14-cü hissəsi ilə müəyyən edilmiş sənədi (şəhadətnaməni) verir.
12-4. Qiymətləndirmə qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.
12-5. Hazırlıq keçmiş şəxslər şəxsiyyətini təsdiq edən sənədi və buraxılış vərəqəsini təqdim etməklə qiymətləndirmədə iştirak edirlər.
12-6. Qiymətləndirmə zamanı hazırlıq keçmiş şəxslərin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
12-6.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, qiymətləndirməyə öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
12-6.2. qiymətləndirməyə mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
12-6.3. qiymətləndirmənin keçirildiyi binaya yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla daxil olmaq, özü ilə tütün məmulatı gətirmək;
12-6.4. səbəbindən asılı olmayaraq qiymətləndirmə başlandığı andan yerini dəyişmək, gəzişmək, yerindən durmaq və qiymətləndirmənin gedişinə mane olmaq;
12-6.5. başqasının qiymətləndirmə nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
12-6.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
12-6.7. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən qiymətləndirmənin keçirildiyi zalı tərk etmək.
12-7. Mərkəz tərəfindən hazırlıq keçmiş şəxs Proqramın 12-6-cı hissəsində qeyd olunan hərəkətlərə yol verməsi halları aşkar edildikdə onun qiymətləndirmə nəticələri ləğv edilir.
12-8. Texniki səbəblərdən qiymətləndirmənin aparılması mümkün olmadıqda Mərkəzin qərarı əsasında qiymətləndirmə davam etdirilir və ya yenidən aparılır.
12-9. Qiymətləndirmə zamanı hazırlığı bitirmiş şəxslərə proqram üzrə 20 (iyirmi) test tapşırığı təqdim edilir. Qiymətləndirmə müddəti 60 (altmış) dəqiqədir.
12-10. Qiymətləndirmədə təqdim edilən test tapşırıqlarının 50 faizini və daha çox hissəsini doğru cavablandıran şəxslər hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər.
12-11. Qiymətləndirmənin nəticələri qiymətləndirmə başa çatdıqdan sonra ən geci 5 (beş) iş günü müddətində elan edilir. İmtahanın nəticələri haqqında məlumat saytda yerləşdirilir.
12-12. Qiymətləndirmənin nəticəsindən narazı qalan hazırlıq keçmiş şəxs bu barədə nəticənin ona elan olunduğu tarixdən 3 (üç) iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına müraciət edə bilər.
12-13. Müraciətə 14 (on dörd) iş günü müddətində aidiyyəti mütəxəssislər tərəfindən baxılır və hazırlıq keçmiş şəxsə Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Hazırlıq keçmiş şəxslərin qiymətləndirmə nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablama aparılır və onların nəticələri yenilənir.
12-14. Hazırlığı müvəffəqiyyətlə bitirmiş şəxslərə Mərkəz tərəfindən etibarlılıq müddəti 7 (yeddi) il olan və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş sənəd (şəhadətnamə) təqdim edilir.”;
6.3. 15-ci hissə ləğv edilsin;
6.4. 16-cı hissədə “Şəhadətnamə” sözü “Sənəd (şəhadətnamə)” sözləri ilə əvəz edilsin və həmin hissəyə “hallarda” sözündən sonra “şəxsin müraciəti əsasında 5 (beş) iş günü müddətində Mərkəz tərəfindən eyni hüquqi qüvvəyə malik sənəd (şəhadətnamə) verilməklə,” sözləri əlavə edilsin;
6.5. 16.2-ci bənddə “şəhadətnamədə” sözü “sənəddə (şəhadətnamədə)” sözləri ilə əvəz edilsin;
6.6. 16.3-cü bənddə “şəhadətnamə” sözü “sənəd (şəhadətnamə)” sözləri ilə əvəz edilsin;
6.7. 17-ci hissə aşağıdakı redaksiyada verilsin:
“17. Verilmiş sənəd (şəhadətnamə) itirildikdə Mərkəz tərəfindən müraciətin daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində onun etibarlılıq müddəti göstərilməklə dublikatı verilir.”;
6.8. 19-cu hissənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “şəhadətnamələr” sözü ismin müvafiq hallarında “sənədlər (şəhadətnamələr)” sözləri ilə əvəz edilsin;
6.9. Xüsusi Proqrama 3 nömrəli əlavə - “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Tədris Proqramı”nın 8-ci hissəsindən “taxoqraflar vasitəsilə ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarət” sözləri çıxarılsın;
6.10. Xüsusi Proqrama 4 nömrəli əlavə - “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Tədris Proqramı” üzrə:
6.10.1. 6-cı hissədən “yük daşımalarını həyata keçirən sürücülərə taxoqraf vasitəsilə nəzarət” sözləri çıxarılsın;
6.10.2. 10-cu hissədən “taxoqraflar vasitəsilə ölkədaxili (şəhərlərarası və rayonlararası) daşımaları yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarət” sözləri çıxarılsın.
7. “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 507 (Cild I); 2024, № 11, maddə 1246) aşağıdakı dəyişikliklər edilsin:
7.1. adında və ikinci abzasda “avtobuslara və taksi minik avtomobillərinə, onların” sözləri “avtobusların və taksi minik avtomobillərinin” sözləri ilə əvəz edilsin;
7.2. həmin Qərarla təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” üzrə:
7.2.1. adında, 1.1-ci və 1.2-ci bəndlərdə “avtobuslara və taksi minik avtomobillərinə, onların” sözləri “avtobusların və taksi minik avtomobillərinin” sözləri ilə əvəz edilsin;
7.2.2. 2-ci, 3-cü, 8-ci hissələr və 6.12-ci bənd ləğv edilsin;
7.2.3. 6.1-ci və 6.14-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“6.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq müvafiq icazəyə malik hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən yerinə yetirilə bilərlər.”;
“6.14. Daşıyıcı sürücü qismində işə qəbul etdiyi hər bir şəxsin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələri, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla xüsusi hazırlıq keçməsini təmin etməli və belə xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan, forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənədi əldə etməyən sürücünü avtobusun və taksinin idarə olunmasına buraxmamalıdır.”;
7.2.4. 6.8-ci bənddən “rübdə bir dəfə texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılmasını (taksi minik avtomobilləri istisna olmaqla),” sözləri çıxarılsın;
7.2.5. 6.10-cu bənddən “(müvafiq proqram təminatı ilə)” sözləri çıxarılsın;
7.2.6. 7.3-cü bənddə “Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələri tərəfindən” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələri, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla” sözləri ilə əvəz edilsin;
7.2.7. Tələblərə 1-8 nömrəli əlavələr ləğv edilsin;
7.2.8. Tələblərə 9–20 nömrəli əlavələrin yuxarı sağ küncündə “avtobuslara və taksi minik avtomobillərinə, onların” sözləri “avtobusların və taksi minik avtomobillərinin” sözləri ilə əvəz edilsin.
8. “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2010-cu il 24 dekabr tarixli 244 nömrəli və “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 10 mart tarixli 118 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli 249 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 982 (Cild I); 2024, № 1, maddə 111, № 5 (II kitab), maddə 611) aşağıdakı dəyişikliklər edilsin:
8.1. adından və birinci hissədən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2. həmin Qərarla təsdiq edilmiş “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası” üzrə:
8.2.1. 1.2-ci bənddə “sərnişin və yük daşımalarını təşkil edən hüquqi və fiziki şəxslərin (bundan sonra – daşıyıcı), yerinə yetirən” sözləri “beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun (bundan sonra - operator),” sözləri ilə, “daşıyıcılara” sözü “operatorlara” sözü ilə əvəz edilsin və həmin bənddən (hər iki halda) “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2.2. 1.3-cü bəndə “Nəqliyyat” sözündən sonra “Nazirliyi” sözü əlavə edilsin;
8.2.3. 1.5-ci və 1.6-cı bəndlər, 1.10.22-ci yarımbənd və 3-cü hissə ləğv edilsin;
8.2.4. 1.7-ci və 1.8-ci bəndlər, 1.10.21-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.7. Operatorlar beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər.
1.8. Sürücü, operator, emalatxana və ya nəzarətçi taxoqraf kartlarının verilməsi və ya yenilənməsi müvafiq olaraq sürücünün, operatorun, emalatxananın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) vəsaiti hesabına Nazirliyin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik), habelə bu sahədə fəaliyyət göstərən digər fiziki və ya hüquqi şəxslərlə bağlanılmış müqavilə əsasında həyata keçirilir.”;
“1.10.21. operator – avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icazəsi olan hüquqi və ya fiziki şəxs;”;
8.2.5. aşağıdakı məzmunda 1.8-1-ci bənd əlavə edilsin:
“1.8-1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 57-1-ci maddəsinə uyğun olaraq operatorlar, emalatxanaların texniki heyət üzvləri, operatorların məsul şəxsləri və sürücüləri, o cümlədən DİN əməkdaşı taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi proqram üzrə hazırlıq (bundan sonra - hazırlıq) keçməlidirlər. Hazırlıq Agentlik, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə əsasında həyata keçirilir.”;
8.2.6. 1.9-cu bənddə “daşıyıcılar” sözü “operatorlar” sözü ilə, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra – DİN)” sözləri “DİN” akronimi ilə əvəz edilsin;
8.2.7. 1.10.5-ci, 6.17.13-cü, 6.18.4-cü yarımbəndlərdə, 4-cü hissənin adında, 5.5-ci, 6.12-ci, 6.19-cu, 9.10-cu, 9.16-cı bəndlərdə ismin müvafiq hallarında “daşıyıcı” sözü ismin müvafiq hallarında “operator” sözü ilə əvəz edilsin;
8.2.8. 1.10.23-cü yarımbənddən “(elektromexaniki)” sözü, “ölçmək və ya” sözləri çıxarılsın və həmin yarımbəndə “avtonəqliyyat vasitəsinin” sözlərindən əvvəl “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
8.2.9. 1.10.24-cü, 5.7.1-ci, 6.18.2-ci, 6.18.4-cü, 6.18.5-ci, 6.19.2-ci yarımbəndlərdən və 5.12-ci, 6.10-cu, 6.11-ci (hər üç halda) bəndlərdən “(elektromexaniki)” sözü çıxarılsın;
8.2.10. 1.10.25-ci yarımbəndə “avtomatik rejimdə” sözlərindən əvvəl “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin və həmin yarımbənddən “ölçmək və ya” sözləri çıxarılsın;
8.2.11. 1.10.27-ci yarımbənddə “sürücü kartı” sözləri “sürücünün taxoqraf kartı (bundan sonra - sürücü kartı)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “istifadə edilən” sözlərindən sonra “rəqəmsal” sözü əlavə edilsin;
8.2.12. 1.10.28-ci yarımbənddə “daşıyıcı kartı” sözləri “operatorun taxoqraf kartı (bundan sonra - operator kartı)” sözləri ilə, “daşıyıcıya məxsus” sözləri “operatora məxsus rəqəmsal” sözləri ilə əvəz edilsin;
8.2.13. 1.10.29-cu yarımbənddə “emalatxana kartı” sözləri “emalatxana taxoqraf kartı (bundan sonra - emalatxana kartı)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “istifadə edilən” sözlərindən sonra “rəqəmsal” sözü əlavə edilsin;
8.2.14. 1.10.30-cu yarımbənddə “nəzarətçi kartı” sözləri “nəzarətçi taxoqraf kartı (bundan sonra - nəzarətçi kartı)” sözləri ilə, “nəzarət edən dövlət orqanlarının səlahiyyətli işçilərinə” sözləri “DİN-in əməkdaşlarına” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “məxsus” sözündən sonra “rəqəmsal” sözü əlavə edilsin;
8.2.15. 4.1-ci və 4.2-ci bəndlərdə “Daşıyıcı” sözü “Operator” sözü ilə əvəz edilsin;
8.2.16. 4.4-cü, 5.1-ci və 5.5-ci bəndlərdə “daşıyıcılar” sözü “operatorlar” sözü ilə əvəz edilsin;
8.2.17. 5-ci hissənin adından, 5.1-ci, 5.13-cü, 5.14-cü, 8.4-cü, 9.14-cü bəndlərdən, 8.1.1-ci və 9.3.3-cü yarımbəndlərdən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2.18. 5.10-cu bənddə “Daşıyıcının” sözü “Operatorun” sözü ilə, “daşıyıcının kartı” sözləri “operatorun kartı” sözləri ilə əvəz edilsin;
8.2.19. 6.2-ci bənddə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (bundan sonra - Agentlik)” sözləri “Agentlikdə” sözü ilə əvəz edilsin;
8.2.20. 6.8-ci bənddən “(elektrome-xaniki)” sözü çıxarılsın;
8.2.21. 8.2-ci bənddə “Rəqəmsal taxoqrafın daşıyıcı kartı mülkiyyət növündən asılı olmayaraq, avtonəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən, Azərbaycan Respublikasının ərazisində vergi uçotuna alınmış fiziki şəxslərə (fərdi sahibkarlara) və ya hüquqi şəxslərə (onların sərəncamında xüsusi təlim keçmiş mütəxəssislər olduğu halda)” sözləri “Operator kartı” sözləri ilə əvəz edilsin;
8.2.22. 8.3-cü və 9.13-cü bəndlərdə “Rəqəmsal taxoqrafın servis emalatxanasının” sözləri “Emalatxana” sözü ilə əvəz edilsin;
8.2.23. 8.4-cü bənddə “Rəqəmsal taxoqrafın nəzarətçi” sözləri “Nəzarətçi” sözü ilə, “xüsusi təlim” sözləri “hazırlıq” sözü ilə əvəz edilsin;
8.2.24. 9-cu hissənin adında “ilk dəfə verilməsi və təzələnməsi” sözləri “verilməsi və yenilənməsi” sözləri ilə əvəz edilsin;
8.2.25. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“9.1. Rəqəmsal taxoqraf kartını almaq üçün ərizəçi Agentliyə “AYNA” informasiya sistemi (bundan sonra - informasiya sistemi) vasitəsilə elektron qaydada müraciət edir.”;
8.2.26. 9.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“9.2. Ərizəçi rəqəmsal taxoqraf kartlarını almaq üçün informasiya sistemi vasitəsilə elektron qaydada ərizənin və həmin ərizədə göstərilən digər aidiyyəti sənədlərin skan olunmuş nüsxələrini əlavə edərək Agentliyə göndərir.”;
8.2.27. 9.4-cü bənd ləğv edilsin;
8.2.28. 9.5-ci bənddə “təqdim etdiyi ərizə xüsusi kitabda qeydiyyata alınır və ərizədəki” sözləri “informasiya sistemi üzərindən elektron qaydada müraciətinə əlavə edilən” sözləri ilə, “Agentlikdə” sözü “Agentlik tərəfindən” sözləri ilə əvəz edilsin;
8.2.29. 9.7-ci bəndin birinci cümləsinə “ərizəçiyə” sözündən sonra “Agentliklə bağlanılmış müqavilə əsasında” sözləri əlavə edilsin;
8.2.30. 9.8-ci bənddə “ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə ona” sözləri “ərizəçinin informasiya sistemində yaradılmış elektron kabinetinə” sözləri ilə əvəz edilsin;
8.2.31. 9.9-cu bəndin üçüncü cümləsinə “qəbul edir və” sözlərindən sonra “ərizəçiyə bu barədə məlumat” sözləri əlavə edilsin və “ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə ona göndərir” sözləri “bu Qaydanın 9.8-ci bəndində qeyd edilən qaydada verilir” sözləri ilə əvəz edilsin;
8.2.32. 9.11-ci bəndin birinci cümləsində “Rəqəmsal taxoqrafın daşıyıcı” sözləri “Operator” sözü ilə, həmin bəndin ikinci cümləsində “Daşıyıcı” sözü “Operator” sözü ilə və “xüsusi təlim” sözləri “hazırlıq” sözü ilə əvəz edilsin;
8.2.33. 9.14-cü bəndin birinci cümləsində “dövlət orqanlarının səlahiyyətli işçilərinə” sözləri “DİN-in əməkdaşlarına” sözləri ilə, ikinci cümləsində “Rəqəmsal taxoqrafın” sözləri “Nəzarətçi” sözü ilə əvəz edilsin;
8.2.34. 9.15-ci bəndə “ərizə ilə” sözlərindən sonra “bu Qaydanın 9.1-ci və 9.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada” sözləri əlavə edilsin və həmin bənddə “təzələnməsi” sözü “yenilənməsi” sözü ilə əvəz edilsin;
8.2.35. 9.16-cı bənddə (hər üç halda) “təzələnməsi” sözü “yenilənməsi” sözü ilə, həmin bəndin ikinci cümləsində “nəzarət və servis emalatxanasının” sözləri “nəzarətçi və emalatxana” sözləri ilə əvəz edilsin;
8.2.36. 9.17-ci bənddə “Sürücü kartının, daşıyıcı kartının, emalatxana kartının və nəzarətçi kartının ilk dəfə verilməsi və təzələnməsi” sözləri “Sürücü, operator, emalatxana və ya nəzarətçi kartlarının verilməsi və yenilənməsi” sözləri ilə əvəz edilsin və həmin bəndə “üçün” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilsin;
8.2.37. 10.3-cü bənddən “ərizə” sözü çıxarılsın və həmin bənddə “təqdim edilir” sözləri “informasiya sistemi üzərindən müraciət edilir” sözləri ilə əvəz edilsin;
8.2.38. 10.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“10.5. Bu Qaydanın 10.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda taxoqraf kartının əvəz olunması barədə ərizə ilə kartın sahibi tərəfindən müvafiq fəaliyyətin (daşınmanın, nəzarət tədbirlərinin və s.) başlanılmasına ən azı 15 gün qalmış informasiya sistemi vasitəsilə Agentliyə müraciət edir.”;
8.2.39. 10.6-cı və 10.12-ci bəndlərə “Agentliyə” sözündən sonra “informasiya sistemi üzərindən” sözləri əlavə edilsin;
8.2.40. 11.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Rəqəmsal taxoqraf kartının ləğv edilməsi barədə məlumat kartın sahibinin informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.”;
8.2.41. 12.4-cü bəndin ikinci cümləsi çıxarılsın;
8.2.42. həmin Qaydaya - 1 nömrəli Əlavə üzrə:
8.2.42.1. yuxarı sağ küncdən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2.42.2. “Sürücü kartının ilk dəfə” sözləri “Sürücünün taxoqraf kartının” sözləri ilə əvəz edilsin;
8.2.42.3. 1-ci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin, ikinci və üçüncü abzaslar çıxarılsın:
“1. Xahiş edirəm mənə beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə ediləcək sürücünün taxoqraf kartını verəsiniz.”;
8.2.42.4. 2-ci və 6-cı hissələrdə “Sürücü kartının” sözləri “Sürücünün taxoqraf kartının” sözləri ilə əvəz edilsin;
8.2.42.5. 2.9-cu və 7.3-cü bəndlərdə “xüsusi təlim” sözləri “hazırlıq” sözü ilə əvəz edilsin;
8.2.42.6. 3-cü və 4-cü hissələrdə ismin müvafiq hallarında “sürücü kartı” sözləri ismin müvafiq hallarında “sürücünün taxoqraf kartı” sözləri ilə əvəz edilsin;
8.2.42.7. 5-ci hissə və Qeydlər hissəsi ləğv edilsin;
8.2.42.8. 7.4-cü bənddən “(tarix)”, “(ərizəçinin imzası)”, “(soyadı, adı, atasının adı)” və “M.Y.” sözləri çıxarılsın;
8.2.43. həmin Qaydaya - 2 nömrəli Əlavə üzrə:
8.2.43.1. yuxarı sağ küncdən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2.43.2. adında “Sürücü kartının təzələnməsi üçün” sözləri “Sürücünün taxoqraf kartının yenilənməsi üçün” sözləri ilə əvəz edilsin;
8.2.43.3. 1-ci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin, ikinci və üçüncü abzaslar çıxarılsın:
“1. Xahiş edirəm mənə istifadə müddətinin bitməsi ilə əlaqədar beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə ediləcək sürücünün taxoqraf kartını verəsiniz.”;
8.2.43.4. 4-cü və 5-ci hissələrdə ismin müvafiq hallarında “sürücü kartı” sözləri ismin müvafiq hallarında “sürücünün taxoqraf kartı” sözləri ilə əvəz edilsin;
8.2.43.5. 6-cı hissə və Qeydlər hissəsi ləğv edilsin;
8.2.43.6. 7-ci hissədə “Sürücü kartının təzələnməsi” sözləri “Sürücünün taxoqraf kartının yenilənməsi” sözləri ilə əvəz edilsin;
8.2.43.7. 8.2-ci bənddən “(tarix)”, “(ərizəçinin imzası)”, “(soyadı, adı, atasının adı)” və “M.Y.” sözləri çıxarılsın;
8.2.44. həmin Qaydaya - 3 nömrəli Əlavə üzrə:
8.2.44.1. yuxarı sağ küncdən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2.44.2. “Daşıyıcı kartının ilk dəfə verilməsi və təzələnməsi” sözləri “Operatorun taxoqraf kartının verilməsi və yenilənməsi” sözləri ilə əvəz edilsin;
8.2.44.3. 1-ci hissədə “daşıyıcı kartının” sözləri “operatorun taxoqraf kartının” sözləri ilə əvəz edilsin, “avtomobil” sözündən əvvəl “beynəlxalq” sözü əlavə edilsin və həmin hissədən ikinci və üçüncü abzaslar çıxarılsın;
8.2.44.4. 2.1-ci, 2.2-ci, 9.3-cü bəndlərdə və 3-cü, 4-cü, 9-cu hissələrdə ismin müvafiq hallarında “daşıyıcı kartı” sözləri ismin müvafiq hallarında “operatorun taxoqraf kartı” sözləri ilə əvəz edilsin;
8.2.44.5. 5-ci hissə və Qeydlər hissəsi ləğv edilsin;
8.2.44.6. 6-cı, 7-ci və 8-ci hissələrdə ismin müvafiq hallarında “Daşıyıcı kartı” sözləri ismin müvafiq hallarında “Operatorun taxoqraf kartı” sözləri ilə əvəz edilsin;
8.2.44.7. 8.4-cü və 10.4-cü bəndlərdə “xüsusi təlim” sözləri “hazırlıq” sözü ilə əvəz edilsin;
8.2.44.8. 10.5-ci bənddə “təzələnməsi” sözü “yenilənməsi” sözü ilə əvəz edilsin və həmin bənddən “(tarix)”, “(ərizəçinin imzası)”, “(soyadı, adı, atasının adı)” və “M.Y.” sözləri çıxarılsın;
8.2.45. həmin Qaydaya - 4 nömrəli Əlavə üzrə:
8.2.45.1. yuxarı sağ küncdən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2.45.2. “Emalatxana kartının ilk dəfə verilməsi və təzələnməsi” sözləri “Emalatxana taxoqraf kartının verilməsi və yenilənməsi” sözləri ilə əvəz edilsin;
8.2.45.3. 1-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci (birinci halda), 9-cu hissələrə, 2.1-ci və 2.2-ci bəndlərə ismin müvafiq hallarında “kartı” sözündən əvvəl “taxoqraf” sözü əlavə edilsin;
8.2.45.4. 4.4-cü və 10.5-ci bəndlərdə “xüsusi təlim” sözləri “hazırlıq” sözü ilə əvəz edilsin;
8.2.45.5. 8-ci hissə və Qeydlər hissəsi ləğv edilsin;
8.2.45.6. 10.6-cı bənddə “təzələnməsi” sözü “yenilənməsi” sözü ilə əvəz edilsin və həmin bənddən “(tarix)”, “(ərizəçinin imzası)”, “(soyadı, adı, atasının adı)” və “M.Y.” sözləri çıxarılsın;
8.2.46. həmin Qaydaya - 5 nömrəli Əlavə üzrə:
8.2.46.1. yuxarı sağ küncdən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2.46.2. “Nəzarətçi kartının ilk dəfə verilməsi və təzələnməsi” sözləri “Nəzarətçi taxoqraf kartının verilməsi və yenilənməsi” sözləri ilə əvəz edilsin;
8.2.46.3. 1-ci hissədən “Ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın və “nəzarətçi” sözündən sonra “taxoqraf” sözü əlavə edilsin;
8.2.46.4. 2-ci, 3-cü, 4-cü, 5-ci (birinci halda), 7-ci hissələrə və 8.1-ci bəndə ismin müvafiq hallarında “kartı” sözündən əvvəl “taxoqraf” sözü əlavə edilsin;
8.2.46.5. 3.4-cü və 8.3-cü bəndlərdə “xüsusi təlim” sözləri “hazırlıq” sözü ilə əvəz edilsin;
8.2.46.6. 6-cı hissə və Qeydlər hissəsi ləğv edilsin;
8.2.46.7. 8-ci hissədən “(tarix)”, “(ərizəçinin imzası)”, “(soyadı, adı, atasının adı)” və “M.Y” sözləri çıxarılsın;
8.2.47. həmin Qaydaya - 6 nömrəli Əlavə üzrə:
8.2.47.1. yuxarı sağ küncdən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2.47.2. 3-cü hissədən “(tarix)”, “(ərizəçinin imzası)”, “(soyadı, adı, atasının adı)” və “M.Y.” sözləri çıxarılsın;
8.2.48. həmin Qaydaya - 7 nömrəli Əlavə üzrə:
8.2.48.1. yuxarı sağ küncdən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2.48.2. “Rəhbər”, “Baş mühasib”, “(imza)” (hər iki halda), “(soyadı, adı, atasının adı)” (hər iki halda) və “M.Y.” sözləri çıxarılsın;
8.2.49. həmin Qaydaya - 8 nömrəli Əlavə üzrə:
8.2.49.1. yuxarı sağ küncdən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
8.2.49.2. 2-ci hissədə “Xüsusi təlim” sözləri “Hazırlıq” sözü ilə əvəz edilsin;
8.2.50. həmin Qaydaya - 9 nömrəli Əlavənin yuxarı sağ küncündən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 397 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 351) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.1-ci bənddə “50.6-cı” sözləri “50.3-cü” sözləri ilə əvəz edilsin;
9.2. 1.3.1-ci yarımbənddən məsul şəxsi (şəxsləri) və” sözləri çıxarılsın və həmin yarımbənddə “Agentlik tərəfindən uçota alınan hüquqi şəxs (o cümlədən xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs” sözləri “müvafiq icazəsi olan hüquqi və ya fiziki şəxs” sözləri ilə əvəz edilsin;
9.3. 2.1-ci bənd və 4–7-ci hissələr ləğv edilsin;
9.4. 2.2.1-ci yarımbəndin 2-ci abzasında “fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (rəhbərlərinin)” sözləri “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni almaq istəyən hüquqi şəxsin, o cümlədən xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyinin (bundan sonra - hüquqi şəxs) idarəetmə orqanının rəhbərinin (rəhbərlərinin) və ya fiziki şəxsin (bundan sonra - fərdi sahibkar)” sözləri ilə əvəz edilsin;
9.5. 2.2.1-ci yarımbəndin 3-cü abzasında “operator kimi uçota alınmaq” sözləri “müvafiq icazənin alınması” sözləri ilə əvəz edilsin;
9.6. 2.2.3-cü yarımbəndin 3-cü abzası aşağıdakı redaksiyada verilsin:
“3. operatorun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirəcək sürücünün (sürücülərin) peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq və ya yenidən hazırlıq keçməsi və hazırlıq və ya yenidən hazırlığın yekununda aparılmış qiymətləndirmənin nəticələrinə dair sənədə malik olması.”;
9.7. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Operatorların uçotunun aparılması
Operatorların uçotu “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün onlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi əsasında Agentlik tərəfindən “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir.”;
9.8. 1 və 2 nömrəli Əlavələr ləğv edilsin.
10. “Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 20 may tarixli 82 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 390 (Cild I) ləğv edilsin.
11. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 977 (Cild I); 2024, № 1, maddələr 111, 113, № 5 (II kitab), maddə 611) ləğv edilsin.
12. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədlərin formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 248 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 978 (Cild I) ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 12 ” “ mart ” 2025-ci il
Prezidentin Mətbuat Xidmətinin məlumatı
CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir
XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb
Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB
Bugünkü iməcilikdə Bakının 551 küçəsi yuyulub
Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Praqa Kiyev ilə Moskva arasında atəşkəs səylərini dəstəkləyib
XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
Avropa komissarı: Trans-Xəzər dəhlizi Asiyadan Avropaya yükdaşımaların müddətini 15 günə qədər azaldacaq
"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO
İsmail Serageldin: Bu gün teletibb və süni intellektlə əvvəllər mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var
Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib
Teymur Musayev: Saxta sertifikatlı plastik cərrahlarla bağlı yaradılmış təftiş komissiyası apreldə rəsmi açıqlama verəcək
Türkiyə XİN: İslamofobiya qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükədir
Viktor Orban: Bizə keçmişdə qaldığımızı dedilər, amma sizə bildirirəm ki, gələcək bizimdir
Nazir: Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur
İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir
Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə etiraz məktubu ünvanlayıb
Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!