24 Yanvar 2025 09:48
300
İDMAN
A- A+
Avropa Liqası: “Fənərbağça” Fransa klubu ilə qolsuz heç-heçə edib

Avropa Liqası: “Fənərbağça” Fransa klubu ilə qolsuz heç-heçə edib


UEFA Avropa Liqasının əsas mərhələsində VII turun daha 8 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Fənərbağça" Türkiyədə Fransanın "Lion" klubunu sınağa çəkib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 14-ə çatdıran qonaqlar 3-cü pilləyə yüksəliblər. Meydan sahibləri isə 9 xalla 19-cu sırada yer alıblar.

Gecənin digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:


UEFA Avropa Liqası

Liqa mərhələsi, VII tur


23 yanvar


21:45. “Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa) - 0:0

21:45. “Qarabağ” (Azərbaycan) – FKSB (Rumıniya) - 2:3

21:45. “Malmö” (İsveç) - “Tvente” (Niderland) - 2:3

21:45. “Budyo Qlimt” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail) - 3:1

21:45. “Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) - 0:1

21:45. “AZ Alkmaar” (Niderland) - “Roma” (İtaliya) - 1:0

21:45. “Viktoriya” (Çexiya) - “Anderlext” (Belçika) - 2:0

21:45. “Hoffenhaym” (Almaniya) - “Tottenhem” (İngiltərə) - 2:3


Qeyd edək ki, VII turun son 8 oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!