26 Yanvar 2025 08:25
275
İQTİSADİYYAT
A- A+
"Gələcək üçün..."

"Gələcək üçün..."


BP və tərəfdaşları istedadlı gənclərə dəstək olurlar


"Gələcək üçün bacarıqlar" layihəsi innovasiya, texnologiya, rəqəmsallıq və sahibkarlığın əlçatan olmasına bir dəstəkdir. Bu layihəni həm də cəsarətlə ölkəmizin startap ekosisteminə töhfə adlandırmaq olar. 

Söhbət Azərbaycanda ən iri neft, qaz və ixrac layihələrinin operatoru olan BP şirkətinin "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, "ExxonMobil", ITOCHU, ONGCVidesh, "Eni", MVM və "TotalEnergies" adından dəstəklədiyi növbəti sosial proqramdan gedir.  Sonuncu mərhələsi uğurla başa çatan bu təhsil layihəsi Azərbaycanda startap mühitinin yaxşılaşdırılması və innovasiya ekosisteminin genişləndirilməsinə yönəlib. 2023-cü ildən başlanan layihə ümumilikdə ölkə ərazisində uğurlu startap ideyalarını potensial investorlarla əlaqələndirmək məqsədli "TUSİ" inkubasiya proqramı kimi tanınan startap təhsili təşəbbüsünün effektivliyinin artırılması fəaliyyətlərinə dəstək vermək üçün nəzərdə tutulmuşdu.

Layihə üzrə iş həcminə startap təşəbbüslərinin, inkubasiya proseslərinin və investisiyadan əvvəl ümumi hazırlıq işlərinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş təlim, mentorluq və digər fəaliyyətlərdən ibarət inkubasiya proqramı daxil idi. Bu, çoxsaylı ərizəçilər arasından seçilmiş təxminən 10 komanda üçün 6 aylıq bir proqramı əhatə edirdi. Proqrama rəhbərliyi Türkiyədən "Bilişim Vadisi" startap mentorluq şirkətinin təcrübəli mentor və ekspertləri həyata keçirirdilər. Proqram həmçinin 8 iştirakçı komandanın layihələrinin təfərrüatlı təqdimatlarından ibarət onlayn televiziya proqramından ibarət idi. Potensial investorların bu proqramlara çıxışı müxtəlif vasitələr və kanallar üzərindən təmin edilib.

Bakıda bu inkubasiya proqramının uğurla başa çatmasını qeyd etmək və 10 iştirakçı komandanın ideya və layihələri ilə təqdimatlar və sərgi stendləri vasitəsilə yaxından tanış olmaq üçün tədbir keçirilib.

Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Bu layihə BP və tərəfdaşlarının ölkənin inkişaf etməkdə olan startap mühiti və innovasiya ekosisteminin dəstəklənməsinə yönəlmiş səylərinin uğurlu davamıdır. Çox məmnunuq ki, inkubasiya təliminin davam etdiyi altı ay ərzində iştirakçılar Türkiyədə təşkil olunmuş "iFest" beynəlxalq innovasiya və texnologiya festivalına qatılmaq fürsəti əldə ediblər və orada komandalardan biri nüfuzlu Qlobal Çempion Mükafatı qazanıb. Bundan əlavə, proqramın daha bir iştirakçısı perspektivli startaplarla potensial investorlar arasında əməkdaşlığı təşviq etməklə milli innovasiya ekosisteminin inkişaf etdirilməsi üçün əsas platforma rolunu oynayan beynəlxalq "İnvest Forum" tədbirində birinci yeri tutub. Ümid edirik ki, bu uğurlar 10 komandanın hər birinin həm ölkə ərazisində, həm də beynəlxalq miqyasda gələcək innovativ sahibkarlıq fəaliyyətinin başlanğıcında olduğunu nümayiş etdirir".

Layihə yerli təhsil təşkilatı olan "İnnovasiyalar Mərkəzi" MMC tərəfindən həyata keçirilib. Altı ay davam etmiş layihənin ümumi dəyəri 91min manatdan artıq olub.

Xatırladaq ki, BP şirkəti Azərbaycanda 30 ildən çoxdur neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Şirkət bu vaxtadək öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. 

BP eləcə də Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürüb. Onun ölkəmizdə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirib.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon dollardan çox vəsait xərcləyib. 

Onu da əlavə edək ki, ölkəmizdə BP şirkətində təxminən 2401 Azərbaycan vətəndaşı çalışır və bu da şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusda prezident seçkilərində seçicilərin 85,70 faizi iştirak edib

23:19
26 Yanvar

Belarusda keçirilən prezident seçkilərində seçicilər arasında exit-poll sorğusunun nəticələrinə yekun vurulub  

23:13
26 Yanvar

Mərakeşdə terror aktına cəhdin qarşısı alınıb  

21:41
26 Yanvar

Misli Premyer Liqası: "Qarabağ" doğma meydanda "Turan Tovuz"a məğlub olub

20:48
26 Yanvar

“AzerGold”un qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub

20:39
26 Yanvar

Britaniya universitetləri son dörd ildə Çindən milyonlarla funt sterlinq məbləğində maliyyə yardımı alıb  

19:11
26 Yanvar

Baş konsul: Türkiyə ilə quru sərhəddə ticarət həcmi artırılmalıdır

18:18
26 Yanvar

Aleksandr Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcək

17:59
26 Yanvar

Qar voleybolu üzrə ilk Azərbaycan çempionatının qalibləri bəlli olub  

17:49
26 Yanvar

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

17:37
26 Yanvar

Ukraynalı ailələr uşaqlarını Böyük Britaniyaya gətirmək üçün qeyri-qanuni yollara əl atmaq məcburiyyətində qalıblar  

17:22
26 Yanvar

Bərdədə keçirilən eksternat imtahanında 374 nəfər iştirak edib

16:57
26 Yanvar

Tramp ilk beynəlxalq səfərini Britaniyaya edə bilər

16:31
26 Yanvar

Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb  

15:58
26 Yanvar

Lukaşenko Belarusda prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı Aİ-nin bəyanatını pisləyib  

15:41
26 Yanvar

Ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyənlər üçün eksternat imtahanı keçirilib

15:14
26 Yanvar

XİN: Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub

14:51
26 Yanvar

Fransada 48 saat ərzində iki polis intihar edib

14:27
26 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib 

14:03
26 Yanvar

Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib

13:59
26 Yanvar

Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6-sı Haftoni meşəsində qətlə yetirilib

13:19
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!