25 Yanvar 2025 08:20
283
İQTİSADİYYAT
A- A+
"Kənd iqtisadiyyatının sütunu"

"Kənd iqtisadiyyatının sütunu"


Bu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fermer qadınlara verdiyi qiymətdir


Kənd əhalisinin çörəyi əkin-biçindən və mal-qaradan çıxır. Bunun üçün onlar, adətən, kiçik təsərrüfatlar yaradır, ailəliklə həmin təsərrüfatlarda çalışırlar. Buna ödənişli məşğulluq deyil, özünüməşğulluq forması desək, daha doğru olar. Ona görə də kənd təsərrüfatı müəssisələrində çalışanlar arasında qadınlar sayca az olmurlar. Təsadüfi deyil ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) aqrar sahədə çalışan qadınları "kənd iqtisadiyyatının sütunu" adlandırır. 

Bu gün vacib məsələlərdən biri kənd iqtisadiyyatının sütunu olan həmin qadınların iqtisadi və sosial həyatda fəal iştiraklarını təmin etməkdir. O səbəbdən Azərbaycanda əhalinin dörddəbirini təşkil edən kənd qadınlarının sosial və iqtisadi  həyatda iştirakına dövlət tərəfindən böyük önəm verilir. Bunun sayəsində çoxlu sayda fermer qadın var ki, onlar öhdələrinə götürdükləri işin ağırlığını və məsuliyyətini dərk edib yüksək nəticə əldə edirlər. 

Məlum faktdır ki, bir çox hallarda bölgələrdə qadınlar yüksək vəzifələr tuta bilmirlər. Ona görə də kənd təsərrüfatı işləri ilə məşğul olmağa üz tuturlar. Digər sahibkarlıq  forması kimi, fermer təsərrüfatı da yeniliyi və yaradıcılığı özündə birləşdirən bir sahə kimi dəyər yaradır. Həmin  dəyər qadınların əlində olanda isə daha gərəkli olur. 

Kənd qadınlarının fermer təsərrüfatlarını inkişaf etdirmək üçün Azərbaycan dövləti,  QHT-lər və beynəlxalq  təşkilatlar  hər zaman onlara dəstək verirlər.  Fermer qadınlar üçün ilk milli platforma olan Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) kənd qadınlarına təşkilatlanmaq, daha çox məhsul istehsal etmək, onları realizə edərək qazanmaq, fermer təsərrüfatı qurmaq  üçün yardım edir. FAO isə fermer qadınlar üçün dövlət və özəl xidmət təminatçıları arasında vasitəçi rol oynayır. O,  Azərbaycan hökuməti ilə əməkdaşlıq edərək meyvə ağaclarının və tərəvəzlərin becərilməsi, maldarlıq, quşçuluq və digər sahələrdə qadın fermerlərə innovativ texnologiyalar vasitəsilə biliklərini və əkinçilik təcrübələrini təkmilləşdirmək üçün dəstək verir. 

Xatırladaq ki, hələ 2019-cu ildə ölkəmizdə "Aqrar fəaliyyətli Azərbaycan qadınları" (AFAQ) layihəsinə start verilmişdir. Layihə qadınların kənd təsərrüfatına əsaslanan biznes fəaliyyətlərini inkişaf etdirmək üçün informasiya əldə etmələrinə, həm özlərinin, həm də ailələrinin və kənd icmalarının sosial rifahının yaxşılaşmasına imkan yaradır. Dövlət Aqrar Ticarət Şirkətinin layihəsi olan AFAQ "PAŞA Holding"in dəstəyi ilə həyata keçirilir. Bu layihədə AFAQ-ın məqsədi aqrar sahədə qadınların məşğulluğunu və resurs imkanlarını artırmaq, eləcə də satış bazarlarına çıxışını asanlaşdırmaq, bununla da qadınların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına dəstək olmaqdır. Kənd təsərrüfatı sahəsində öz biznesini qurmaq istəyən qadın fermerlərin formalaşdırılması, qadınlar üçün kiçik istehsal müəssisələri və istixanaların yaradılması da AFAQ layihəsinə daxildir. 

Sırf  qadın təşkilatı olan AFAQ-a qoşulan qadın fermerlər peşəkar mütəxəssislərdən faydalı məsləhətlər əldə etməklə öz təsərrüfatlarını yarada və inkişaf etdirə bilərlər. Üstəlik, layihəyə qoşulan qadın fermerlər digər AFAQ-çılarla bilik və təcrübə mübadiləsi etmək imkanı qazanırlar. Bu qazancda dövlətin rolu yetərincədir. Ölkədə bu istiqamətdə həyata keçirilən çoxsaylı layihələr çoxdan özünü doğruldur. 

AFAQ layihəsi çərçivəsində Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə icra olunan dəstək tədbirləri 2024-cü ildə də davam edib. Ötən il 14 rayondan 378 qadın fermerə quşçuluq, heyvandarlıq, tingçilik, qida sahəsində gigiyena, biznes istiqamətləri üzrə təlimlər keçirilib. Təlim kriteriyalarına cavab verən Ağcabədi rayonu üzrə 11, Ağsu rayonu üzrə 6, Bərdə rayonu üzrə 10, Gəncə şəhəri üzrə 10, İsmayıllı rayonu üzrə 8, Kürdəmir rayonu üzrə 9, Şəki rayonu üzrə 5, Tərtər rayonu üzrə 6, Tovuz rayonu üzrə 21, Zəngilan rayonu üzrə 14 qadın olmaqla ümumilikdə 100 fermerə əkinçilik, arıçılıq, heyvandarlıq və quşçuluq istiqamətlərində müvafiq avadanlıqlar və aktivlərlə dəstək verilib.

Ötən il  AFAQ tərəfindən Ağcabədi, Ağsu, Bakı, Lənkəran, Bərdə, Kürdəmir, Zəngilan, Tovuz rayonlarından və Gəncə şəhərindən layihəyə müraciət etmiş 65 fermerin təsərrüfatına baxış da keçirilib. Ağdam, Tərtər, Göygöl, Bərdə, Beyləqanda isə əvvəlki illərdə avadanlıqlarla əvvəl dəstək verilmiş 64 təsərrüfatda monitorinq aparılıb. Ümumilikdə AFAQ layihəsi çərçivəsində 338 təsərrüfatın qiymətləndirilməsi aparılıb, 834 qadın fermerə təlimlər keçirilib, 26 rayon üzrə 286 qadına avadanlıqlar və aktivlər təqdim olunub.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusda prezident seçkilərində seçicilərin 85,70 faizi iştirak edib

23:19
26 Yanvar

Belarusda keçirilən prezident seçkilərində seçicilər arasında exit-poll sorğusunun nəticələrinə yekun vurulub  

23:13
26 Yanvar

Mərakeşdə terror aktına cəhdin qarşısı alınıb  

21:41
26 Yanvar

Misli Premyer Liqası: "Qarabağ" doğma meydanda "Turan Tovuz"a məğlub olub

20:48
26 Yanvar

“AzerGold”un qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub

20:39
26 Yanvar

Britaniya universitetləri son dörd ildə Çindən milyonlarla funt sterlinq məbləğində maliyyə yardımı alıb  

19:11
26 Yanvar

Baş konsul: Türkiyə ilə quru sərhəddə ticarət həcmi artırılmalıdır

18:18
26 Yanvar

Aleksandr Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcək

17:59
26 Yanvar

Qar voleybolu üzrə ilk Azərbaycan çempionatının qalibləri bəlli olub  

17:49
26 Yanvar

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

17:37
26 Yanvar

Ukraynalı ailələr uşaqlarını Böyük Britaniyaya gətirmək üçün qeyri-qanuni yollara əl atmaq məcburiyyətində qalıblar  

17:22
26 Yanvar

Bərdədə keçirilən eksternat imtahanında 374 nəfər iştirak edib

16:57
26 Yanvar

Tramp ilk beynəlxalq səfərini Britaniyaya edə bilər

16:31
26 Yanvar

Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb  

15:58
26 Yanvar

Lukaşenko Belarusda prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı Aİ-nin bəyanatını pisləyib  

15:41
26 Yanvar

Ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyənlər üçün eksternat imtahanı keçirilib

15:14
26 Yanvar

XİN: Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub

14:51
26 Yanvar

Fransada 48 saat ərzində iki polis intihar edib

14:27
26 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib 

14:03
26 Yanvar

Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib

13:59
26 Yanvar

Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6-sı Haftoni meşəsində qətlə yetirilib

13:19
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!