25 Yanvar 2025 08:40
331
İQTİSADİYYAT
A- A+
AYİB Azərbaycanla əməkdaşlığa sadiqdir

AYİB Azərbaycanla əməkdaşlığa sadiqdir


Davosda bankla daha bir layihə üzrə saziş imzalandı


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)   indiyədək  ölkəmizdə onlarla layihəyə investisiya qoyub. Azərbaycan-AYİB əməkdaşlığının imkanları və bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr genişmiqyaslıdır. AYİB-in ölkəmizin enerji və nəqliyyat layihələrinə, xüsusilə "Cənub qaz dəhlizi"nə ayırdığı kreditlərin əhəmiyyəti daim vurğulanır.

Təkcə 2022-ci ildə Azərbaycanda 9 layihəyə 86 milyon avro sərmayə yatırması  bu maliyyə qurumunun ölkəmizin inkişafına əhəmiyyətli töhfələrinə aid  misallardan biridir. 2022-ci ildən söz düşmüşkən xatırladaq ki, həmin ilin yayında Gəncə şəhərinin Azərbaycanda ilk pilot şəhər olaraq AYİB-in "Yaşıl Şəhərlər Proqramı"na qoşulmasını da xatırladaq. Seçilmiş şəhər üçün "Yaşıl Şəhər Fəaliyyət Planı"nın əsas məqsədi "yaşıl gələcəy"ə keçidi dəstəkləmək üçün investisiya qoyuluşu və digər tədbirlər vasitəsilə Gəncənin ekoloji məsələlərinin həllinə kömək göstərilməsidir.

Bu il yanvarın 22-də Prezident İlham Əliyevin Davosda qarşı tərəfin müraciəti əsasında AYİB-in prezidenti Odile Reno-Basso ilə görüşündə də Gəncəyə aid layihə diqqət mərkəzində olub. AYİB-in prezidenti ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirib.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və bankın birinci vitse-prezidenti Yurqen Riqterink respublikamızla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi"ni imzalayıblar.

Elə sözügedən görüşdə AYİB-in prezidenti Azərbaycanın  bank sektoru ilə həyata keçirilən layihələrin, o cümlədən kiçik və orta sahibkarlığın, qadın sahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi üçün ayrılan kredit xətləri barədə  də məlumat verib.

Ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan vacib layihələrdən danışan Prezident İlham Əliyev su təsərrüfatı, nəqliyyat, Bakı şəhərinin inkişafı istiqamətlərində icra olunan işləri qeyd edib. Söhbət zamanı, eləcə də Avropaya "yaşıl enerji"nin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparılıb.

Ümumiyyətlə, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda fəaliyyət istiqamətləri və ölkəmiz üçün prioritet sahələr, xüsusilə bərpaolunan enerji, nəqliyyat, logistika, kiçik və orta biznesin inkişafı sahələrində, Orta dəhliz istiqamətində əməkdaşlıq məsələləri  ikitərəfli görüş və tədbirlərin daimi mövzusudur.  AYİB-lə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi  daim vurğulanır.

Gəncənin  su və kanalizasiya məsələsinə gəldikdə isə, demək olar ki,  bu layihə ilə şəhərin əksər küçə və prospektlərində köhnə su borularının yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub. Bu iş  Gəncə Şəhər Su Kanal İdarəsi tərəfindən yerinə yetirilir.  

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti su təchizatı ilə paralel olaraq kanalizasiya sistemi üzrə işlərin həyata keçirildiyini də bildirib.

Gəncə Şəhər Su Kanal İdarəsinin hələ keçən ilin sentyabr ayına aid    açıqlamasında qeyd edilir  ki,  il ərzində 12 min metr içməli su, 10 min metr kanalizasiya xətti çəkilib. Həmçinin 1500 su sayğacının quraşdırılması nəzərdə tutulub. Həmin vaxtadək su xətlərinin 47 faizi, kanalizasiya xətlərinin 44 faizi çəkilmişdi. Gəncə şəhərinin 71 min 500 abonentinin 40 mini dayanıqlı içməli su ilə təmin olunmuşdu.

Gəncə şəhəri Mirzə Abbas Abbaszadə, Həsən Əliyev, Fərhad Əliyev, Bakı Fəhləsi, Hacı Zeynalabdin Tağıyev, Müseyib Bağırov küçələrində, Yeni Gəncə qəsəbəsində, 38-ci Hərbi şəhərcikdə sıradan çıxmış müxtəlif su boruları polietilen borularla əvəzlənib. Şəhərin istənilən küçəsində baş verən qəza hadisələri qəza xidməti tərəfindən dərhal nəzarətə götürülür və aradan qaldırılır.

Qeyd edək ki, Gəncənin su təchizatı 3 mənbədən - Göygöl-Gəncə, Şəmkir-Gəncə magistral su xətləri və 97 ədəd subartezian quyusu vasitəsilə reallaşdırılır. Su şəbəkəyə ümumi tutumu 41530 kubmetr olan 9 mərkəzi və 18 məhəllədaxili su anbarları vasitəsilə verilir.

Şəhər sakinləri əvvəlki illərlə müqayisədə daimi içməli su ilə təmin olunduqlarından razılıqlarını bildirirlər. Çünki onlar əvvəl suyun verilməsindən əziyyət çəkirdilər. Bəzi  ərazilərə  su iki gündən bir verilirdi. 

Gəncə Şəhər Su  Kanal İdarəsi yerli əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatını, o cümlədən tullantı, yağış sularının axıdıldığı xətlərin bərpası və yenilənməsi istiqamətində işləri intensiv həyata keçirir.

Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparır. Bununla yanaşı, digər şəhər və rayonlarımız da diqqətdən yayınmır. Müdrik Prezidentimiz hələ dörd il əvvəl  -  Qarabağın  və Şərqi Zəngəzurun  yenidən qurulmasına  başlananda bildirmişdi ki, digər bölgələrdə  görüləcək işlər də arxa planda olmayacaq. Bu gün Azərbaycanın hər tərəfində gedən işlər, o cümlədən Davosda AYİB-lə  "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi"nin imzalanması bir daha göstərdi ki, dövlətimizin başçısı nəyi deyirsə, onu yerinə yetirir.  Sözü imzası qədər kəsərli və etibarlıdır!          


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusda prezident seçkilərində seçicilərin 85,70 faizi iştirak edib

23:19
26 Yanvar

Belarusda keçirilən prezident seçkilərində seçicilər arasında exit-poll sorğusunun nəticələrinə yekun vurulub  

23:13
26 Yanvar

Mərakeşdə terror aktına cəhdin qarşısı alınıb  

21:41
26 Yanvar

Misli Premyer Liqası: "Qarabağ" doğma meydanda "Turan Tovuz"a məğlub olub

20:48
26 Yanvar

“AzerGold”un qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub

20:39
26 Yanvar

Britaniya universitetləri son dörd ildə Çindən milyonlarla funt sterlinq məbləğində maliyyə yardımı alıb  

19:11
26 Yanvar

Baş konsul: Türkiyə ilə quru sərhəddə ticarət həcmi artırılmalıdır

18:18
26 Yanvar

Aleksandr Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcək

17:59
26 Yanvar

Qar voleybolu üzrə ilk Azərbaycan çempionatının qalibləri bəlli olub  

17:49
26 Yanvar

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

17:37
26 Yanvar

Ukraynalı ailələr uşaqlarını Böyük Britaniyaya gətirmək üçün qeyri-qanuni yollara əl atmaq məcburiyyətində qalıblar  

17:22
26 Yanvar

Bərdədə keçirilən eksternat imtahanında 374 nəfər iştirak edib

16:57
26 Yanvar

Tramp ilk beynəlxalq səfərini Britaniyaya edə bilər

16:31
26 Yanvar

Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb  

15:58
26 Yanvar

Lukaşenko Belarusda prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı Aİ-nin bəyanatını pisləyib  

15:41
26 Yanvar

Ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyənlər üçün eksternat imtahanı keçirilib

15:14
26 Yanvar

XİN: Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub

14:51
26 Yanvar

Fransada 48 saat ərzində iki polis intihar edib

14:27
26 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib 

14:03
26 Yanvar

Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib

13:59
26 Yanvar

Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6-sı Haftoni meşəsində qətlə yetirilib

13:19
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!