29 Yanvar 2025 08:20
188
SİYASƏT
A- A+
Paşinyanın Qərb sevgisi Ermənistanı uçuruma aparır

Paşinyanın Qərb sevgisi Ermənistanı uçuruma aparır


Ermənistan və Rusiya arasında münasibətlər son bir il ərzində xeyli pisləşib.  Bütün bunların kökündə dayanan başlıca amil isə baş nazir Nikol Paşinyanın komandasında Moskva əleyhinə olan şəxslərin çoxluq təşkil etməsidir. Daha çox narahatlıq doğuran məsələlərdən biri də anti-Rusiya əhvali-ruhiyyəli kadrlara yüksək vəzifələrin verilməsi və paralel olaraq Ermənistanda Rusiyanın dayaqlarının laxladılmasıdır. 

Hər iki məqamla bağlı Rusiya tərəfi bir neçə dəfə mövqeyini bildirib və N.Paşinyan hakimiyyətinə xəbərdarlığını edib. Buna baxmayaraq, N.Paşinyan Kremlə tərs gələn siyasətini davam etdirməkdədir. Ancaq Paşinyanın Rusiyanı bölgədən sıxışdırmaq cəhdi Ermənistan üçün uğurlu heç nə vəd etmir. 

"4rd.am" nəşri yazıb ki, Paşinyan və onun komandası siyasi cəhətdən Qərb kosmopolitizmi ilə rusofobiya ideologiyası əsasında formalaşıb və öz elektoratına da bunu aşılaya bilib: "Sələflərinə qarşı nifrət və Rusiyanı lənətləməklə siyasi intihara doğru getdiklərini belə anlamırlar. Siyasət sevgi və nifrətlə deyil, soyuq başla idarə olunur. Ən azı, böyük geosiyasi alova odun olmamaq üçün Gürcüstan və Ukrayna nümunələri bizə dərs olmalıdır. Qərb və ya başqası bizdən ötrü döyüşmək üçün öz qoşunlarını gətirəcəkmi? Gürcüstan və Ukraynanın nümunələri göstərdi ki, Qərb öz oyununu ustalıqla oynayır və nəticə acınacaqlı olur".

Bildirilib ki, erməni xalqı elə vəziyyətlə üzləşib ki, heç bir milli hökumət heç vaxt Ermənistanı xilas edə bilməyəcək. Görünən odur ki, Paşinyan erməni xalqının özünü müdafiə etmək gücündə olduğuna inanmır, üstəlik, milli ruhda yeni yüksəlişin qarşısını almağa çalışır. Bu mənada onun erməni xalqına ilk və ən böyük xəyanəti hərbi və dövlət idarəçiliyi təcrübəsi olmadan faktiki olaraq müharibə vəziyyətindən çıxmamış bir ölkənin rəhbəri olmaq istəyi idi. Məğlubiyyətlə üz-üzə qalan Paşinyan indi Ermənistanı total tarixi, siyasi və diplomatik məğlubiyyətə aparır.

Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü Artak Zakaryan bildirib ki, yanvarın 9-da Nikol Paşinyan hökuməti müvafiq qanun layihəsini təsdiq etməklə, Avropa İttifaqına üzvlük prosesinə rəsmən başlayıb, Ermənistan parlamentinin xarici əlaqələr komissiyası həmin qanun layihəsinə müsbət rəy verib.

Onun sözlərinə görə, Moskva ilə münasibətləri pozmaq və Qərblə müttəfiqliyə ümid etmək yolunda olan Nikol Ermənistan üçün növbəti məğlubiyyəti təmin edir: "O, hakimiyyəti saxlamaq üçün bədnam cəhdlərində Ermənistanın bütün kartlarını bir-bir qurban verib və verməkdə davam edir ki, bu da nəticədə ölkəni heç nəsiz qoyacaq. Ermənistanın Qarabağda məğlub olmasından və onun Azərbaycan tərəfindən nəzarətə götürülməsindən sonra Ermənistan, Gürcüstan və Azərbaycanın regiondakı strateji istiqamətləri əhəmiyyətli dərəcədə dəyişdi. İrəvan Rusiyaya arxa çevirərək, Qərbə üz tutur".

Zakaryan bildirib ki, Paşinyan hökuməti Ermənistanın xarici siyasətdə oynaya biləcəyi bütün "kozırları" tükəndirir, demək olar, bütün "qırmızı xətlər" keçilib və keçilir.

Digər tərəfdən Ermənistan ikili oyun oynayır, Rusiya ilə münasibətdə gərginliyin artması fonunda gündəm formalaşdırır. Çünki Ermənistanın Rusiya ilə iqtisadi-ticari əlaqələri indiyə qədər görünməyən həddə - 12 milyard dollara çatıb.

Beləliklə, Ermənistanda hazırda baş verənlər bu ölkəni daha sürətlə hərtərəfli iflasa doğru aparır. Çünki İrəvan xarici himayədarları olmadan yaşaya biləcək iqtidarında olan ölkə deyil.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən ilin dekabrında bankların kredit portfeli artıb  

11:29
30 Yanvar

Azərbaycan səfiri etimadnaməsini Niderland Kralına təqdim edib  

11:21
30 Yanvar

DİN: Axtarışda olan 37 nəfər saxlanılıb  

10:56
30 Yanvar

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının internet informasiya ehtiyatı istifadəyə verilib  

10:51
30 Yanvar

Azərbaycanın iki universiteti ilk dəfə “Şanxay reytinqi”ndə TOP 500-də yer alıb  

10:48
30 Yanvar

SOCAR Qazaxıstandan hasil edilən xam neftin tranzitinə başlayır  

10:33
30 Yanvar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

10:28
30 Yanvar

Bu gün Azərbaycanda gömrük əməkdaşları peşə bayramını qeyd edir  

10:23
30 Yanvar

Azərbaycan nefti bahalaşıb  

10:18
30 Yanvar

Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək  

10:13
30 Yanvar

Tramp qanunsuz miqrantlar üçün “Quantanamo” həbsxanasında 30 min nəfərlik mərkəz yaradır  

10:08
30 Yanvar

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb  

10:01
30 Yanvar

Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır  

09:56
30 Yanvar

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb  

09:51
30 Yanvar

Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb  

09:46
30 Yanvar

MSK-nın sədri: Seçkilərin nəticələri olaraq 413 bələdiyyə tam formalaşıb

09:41
30 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya heç bir müraciət daxil olmayıb  

09:36
30 Yanvar

Gürcüstan parlament nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb  

09:31
30 Yanvar

Tofiq Bəhramovun xatirəsi yad olunub

09:25
30 Yanvar

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

09:20
30 Yanvar

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!