12 Yanvar 2025 09:20
11161
Hüquq məsləhəti
A- A+
Mənim sualım var

Mənim sualım var


- Mənim iki sualım var. Birinci sualım belədir: Dörd övladımız var. Sonbeşiyimiz 5 aylıqdır. Həyat yoldaşım uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə cəmi 3 ay oldu, sonra  işə çıxmağa qərar verdi. Hazırda işləyir. Bilmək istəyirəm ki, ehtiyac yaranarsa, yenidən sosial məzuniyyətə çıxa bilər?

- İkinci sualım: Həyat yoldaşımla müddətli əmək müqaviləsi bağlanılıb və müddəti 2025-ci il may ayının 7-də bitəcək. Əgər müdiriyyət müddətli əmək müqaviləsinin müddətinin bitməsinə görə onun əmək müqaviləsinə xitam verərsə, bu, qanunazidd sayıla bilər? Eşitdiyimə görə, üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğv olunması qadağandır.


E.Hacıyev,

Göyçay rayonu


- Birinci sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinin 1-ci hissəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Eyni zamanda adıçəkilən maddənin 2-ci hissəsinə uyğun olaraq, uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, ya da hissə-hissə istifadə edə bilər. Maddənin məzmunundan göründüyü kimi, uşağın anadan olmasından 3 yaşı tamam olan günədək  və həmin dövr üzrə müəyyən edilən 3 illik müddəti aşmamaq şərtilə işçi həmin dövrün istənilən kəsiyində hissə-hissə qismən ödənişli sosial məzuniyyət hüququndan yararlana bilər. 


- İkinci sualınıza gəldikdə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin siyahısında üç yaşınadək uşağı olan qadınlar və üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər göstərilsə də, məcəllənin həmin maddəsinin 2-ci hissəsinə əsasən, bu imtiyaz himayəsində azyaşlı uşağı olmasına baxmayaraq, müddətli əmək müqaviləsi bağlamış işçilərə şamil edilmir. Yəni hətta himayəsində azyaşlı (3 yaşınadək) uşağı olsa da, əgər şəxs müddətli əmək müqaviləsi əsasında əmək münasibətlərindədirsə, işəgötürən Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, işçi ilə arasında olan əmək müqaviləsinin müddətini uzatmamaqla onu ləğv edə bilər. 


- III qrup Qarabağ əliliyəm. 20 il neft şirkətində məsul vəzifədə işləmişəm. İxtisarla əlaqədar işdən çıxarılmışam. 1 ilə yaxındır ki, işsizəm. İşlədiyim müddətdə 10 min manat kredit götürmüşəm. İndi işsiz olduğuma görə krediti ödəyə bilmirəm, üstəlik, hər ay da faiz gəlir. Sosial sığorta hesabımda 96 min manat pul var. Mən həmin kapitaldan necə istifadə edə bilərəm?


Fikrət Quliyev,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, şəxsin əmək fəaliyyəti çərçivəsində onun fərdi şəxsi hesabına sığortaedənin (işəgötürənin) və sığortaolunanın (işçinin) vəsaiti hesabına sığorta haqları ödənilir. Adıçəkilən qanunla həmin vəsaitdən hansı hallarda istifadə oluna bilməsi dəqiq müəyyən edilmişdir. Qanunun 4-cü maddəsinə görə, şəxsin sosial sığorta hesabında toplanmış vəsaitdən yalnız şəxsin pensiya yaşına çatması, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi hallarında istifadə oluna bilər. Gördüyünüz kimi, hər hansı kredit müəssisəsinə olan borcun qarşılanması məqsədilə həmin vəsaitdən istifadə edilməsi halı "Sosial sığorta haqqında" qanunda təsbit olunmadığından kreditinizin ödənilməsi məqsədilə sosial sığorta hesabınızdakı vəsaitdən istifadə edə bilməzsiniz.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!