08 Dekabr 2024 08:45
7457
Hüquq məsləhəti
A- A+
Mənim sualım var

Mənim sualım var


- Babam 5 il əvvəl rəhmətə gedib. Rayonda onun adına ev və pay torpağı var. Nənəm də həyatda deyil. Anam onun yeganə övladı olub və 7 ildir ki, vəfat edib. Bilmək istəyirəm, illər keçməsinə baxmayaq, nəvələri olaraq (bacı-qardaş) vərəsəliklə bağlı iddia qaldıra bilərikmi və bunun üçün nə etməliyik? Hansı sənədlər lazımdır?


Sara Həbibova,

Bakı şəhəri


- Təqdim etdiyiniz məlumatlardan göründüyü kimi, miras qoyanın birinci növbədə vərəsəsi olan ananızın həyatda olmaması səbəbilə qardaşınız və siz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən, miras qoyanın qanun üzrə vərəsələri hesab olunursunuz. Bununla bərabər, qeyd olunmalıdır ki, adıçəkilən məcəllənin 1246-cı maddəsi ilə miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, ananızın özü də sağlığında miras açıldıqdan sonrakı 6 aylıq müddət ərzində mirası qəbul etməmişdir. Lakin baba və nənənizin vəfatından sonra yeganə vərəsə olan ananız həmin əmlaklara faktiki sahiblik etmişsə (torpaq və evin açarları ananızda olmuşsa, mütəmadi olaraq ora gedib-gəlmişsə və s.), o, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, miras əmlakını qəbul etmiş sayılır. Hətta bu hal olmasaydı belə, siz də ananızın vərəsələri olaraq həmin əmlaklara münasibətdə hüquqlarınızı tanıda bilərsiniz. Bunun üçün siz Mülki Məcəllənin 1248.1-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması xahişi ilə bağlı miras açıldığı yerin məhkəməsinə (Qeyd: miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer hesab edilir) müraciət etməlisiniz. Əgər məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa, mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı qərar qəbul edəcəkdir. Bundan sonra həmin qərar əsasında qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün siz mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etməlisiniz. Zəruri sənədlər aşağıdakılardan ibarətdir: a) Miras qoyanın ölümü haqqında şəhadətnamə; b) Miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; 

c) Vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; d) Vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; e) Qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); f) Miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; g) Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış.

Qanun üzrə vərəsəlik şəhadətnaməsini aldıqdan sonra siz daşınmaz əmlakın dövlət reyestrinə müraciət edərək, əmlakın sizin adınıza qeydiyyata alınmasını təmin edə bilərsiniz.


- Zavodda mühəndis işləyirəm. Müharibə veteranı, həm də məcburi köçkünəm. Mənə hansı vergi güzəştləri düşür və əmək məzuniyyəti neçə gün verilməlidir? Qeyd edim ki, yalnız məcburi köçkün kimi vergi güzəşti tətbiq olunur.


Ə.Məmmədov,

Sumqayıt şəhəri


- Vergi Məcəlləsinin gəlir vergisi ilə bağlı tətbiq edilən güzəştlər məsələlərini tənzimləyən 102.2.7-ci maddəsinə əsasən, müharibə veteranı adı almış şəxsin əməkhaqqından vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. O cümlədən həmin məcəllənin 102.4.5-ci maddəsinə uyğun olaraq, eyni qaydada məcburi köçkünlərin əməkhaqqından vergi tutulmalı olan aylıq gəlir 100 manat məbləğində azaldılır. Bununla belə nəzərə almaq lazımdır ki, məcəllənin 102.7-ci maddəsi ilə  işçiyə tətbiq olunan güzəştlərdən biri - məbləğcə ən böyük olanı tətbiq edilməlidir. Belə ki, işəgötürən sizin əməkhaqqınızı məcəllənin 102.2.7-ci maddəsini (müharibə veteranı olmağınız amilini) əsas götürməklə hesablamalı idi. Yəni həm müharibə veteranı, həm də məcburi köçkünlüyə görə güzəştlər cəm halında tətbiq oluna bilməz. Bu baxımdan əgər siz qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almısınızsa, bu statusun müəyyən etdiyi güzəşt daha çox (400 manat) olduğu üçün iş yeriniz sizə münasibətdə məcəllənin 102.2.7-ci maddəsini rəhbər tutmaqla, müharibə veteranına şamil olunan güzəşti tətbiq etməli idi.

Məzuniyyətin müddətləri məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi müharibə veteranı və ya məcburi köçkün statusuna malik olmasına görə hər hansı əlavə məzuniyyət müddəti müəyyən etməmişdir. Sizə yalnız Əmək Məcəlləsinin 116-cı maddəsinə müvafiq qaydada, əmək stajınıza görə əlavə məzuniyyət verilə bilər. Belə ki, qeyd olunan maddəyə əsasən, sizə əmək stajınız 5-10 il aralığındadırsa - 2 təqvim günü, 10-15 il aralığındadırsa - 4 təqvim günü, 15 ildən çoxdursa - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilməlidir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!