16 İyun 2025 17:18
561
DÜNYA
A- A+
İran-İsrail qarşıdurmasında dördüncü gün

İran-İsrail qarşıdurmasında dördüncü gün


İran-İsrail qarşıdurması artıq dörd gündür davam edir. Tərəflər qarşılıqlı raket zərbələri endirməkdədir. Hər iki tərəfin rəsmi şəxslərinin açıqlamalarından belə aydın olur ki, münaqişə tezliklə yekunlaşmayacaq.

AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bu gün səhər saatlarında İranın Kirmanşah şəhəri raket zərbəsinə məruz qalıb. İsrail tərəfinin yaydığı məlumata görə, bu şəhərdəki hərbi baza və neft anbarı partladılıb. Lakin İran hökumətinin nümayəndəsi Fatimə Mühacirian Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, raketlərdən biri Kirmanşadakı Fərabi xəstəxanasına düşüb, ölən və yaralananlar var. Hökumət nümayəndəsi onu da deyib ki, bu günədək 45 qadın və uşaq həlak olub, 75 qadın və uşaq isə yaralanıb. İranın Qızıl Aypara Cəmiyyəti Tehranı və digər şəhərləri tərk edərək təhlükəsiz yerlərə köçən əhalini ərzaq, su və çadırlarla təmin edir. Bildirilib ki, hökumət təhlükəsizliyi nəzərə alaraq bəzi yerlərdə internetin sürətini zəiflədib. Bu gün Kirmanşahla yanaşı, İranın Məşhəd, Şiraz, Əhvaz, Zəncan Hörmüzgan, Həmədan və Loristan şəhərləri də raket zərbələrinə məruz qalıb. Məşhədin beynəlxalq hava limanının bir hissəsi dağılıb. İran isə öz növbəsində İsrailin Təl-Əviv, Hayfa, Bat-Yam, Yafa şəhərlərini raket atəşinə tutub.

İsrailin baş nazirinin ofisinin yaydığı məlumata əsasən, İran ölkə ərazisinə 370 ballistik raket atıb. Dağıntılarla yanaşı, ümumilikdə 24 nəfər ölüb, 592 nəfər isə yaralanıb. İsrail ordusunun rəsmi nümayəndəsi Efi Defrin mətbuat nümayəndələrinə bildirib ki, İranın 120 raket buraxılış qurğusu məhv edilib və İsrailin hərbi aviasiyası İran səmasını nəzarətdə saxlayır.

Bu gün Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıram İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqai Qərb dövlətlərinin ikiüzlü və riyakar siyasətini qınayaraq vurğulayıb ki, bütün beynəlxalq qanunlar dünya ictimaiyyətinin gözü qarşısında tapdalanır. O qeyd edib ki, ABŞ BMT Təhlükəsiz Şurasının üzvü kimi İsrailin İran ərazisini bombalamasına münasibət bildirməyib. İndiki dövrdə ABŞ-la danışıqları davam etdirmək mənasızdır.

Bu gün, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin Vyanada keçirilən iclasında İranın nüvə obyektlərinin raket zərbəsinə məruz qalması məsələsi müzakirə olunub. AEBA rəhbəri Rafael Qrossi bildirib ki, nüvə obyektlərinin raketlə vurulması BMT-nin Nizamnaməsinə və agentliyin prinsiplərinə, eləcə də digər beynəlxalq normalara ziddir. R, Qrossi diqqətə çatdırıb ki, İranın Natanz nüvə obyekti vurulsa da, radiasiya səviyyəsi normanı aşmayıb.

Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu Tehran sakinlərinə müraciət edərək, onlardan şəhəri tərk etmələrini istəyib. Lakin bu müraciətə baxmayaraq, Tehranda həyat davam edir. İranda çalışan müxtəlif televiziya kanallarının müxbirlərinin verdikləri məlumatlara görə, artıq dördüncü gündür ki, İran raket zərbələrinə məruz qalsa da, əhali ölkəni tərk etmir. İran daxilində insanlar daha təhlükəsiz yerlərə köçür, lakin ölkədən köç müşahidə olunmur.

Eyni zamanda, bu gün Tehranda İsrailə casusluq edən bir nəfər edam edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!