29 Avqust 2026 09:40
825
İQTİSADİYYAT
A- A+
İki ölkə, bir yol: Özbəkistandan Azərbaycan üzərindən Avropaya çıxış

İki ölkə, bir yol: Özbəkistandan Azərbaycan üzərindən Avropaya çıxış


Bu gün nəqliyyat-kommunikasiya əlaqələri dövlətlərarası iqtisadi münasibətlərin inkişafında və regional əməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynayır. Xüsusilə Avropa ilə Asiya arasında alternativ və etibarlı marşrutların şaxələndirilməsi fonunda Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən nəqliyyat dəhlizlərinin əhəmiyyəti getdikcə artır. Bu baxımdan, Azərbaycanla Özbəkistan arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlığın genişlənməsi diqqət çəkir.

Əvvəlcə qeyd edək ki, Azərbaycanla Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən birləşdirən nəqliyyat marşrutları çox mühüm əhəmiyyət daşıyır. Xüsusilə Orta dəhliz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycanın müasir liman, dəmir yolu və avtomobil yolları Özbəkistanın nəqliyyat imkanları ilə birləşərək, iki ölkə arasında tranzit əlaqələrinin inkişafını genişləndirir. Bu əməkdaşlıq yükdaşımaların artmasına və ticarət əlaqələrinin möhkəmlənməsinə kömək edir. Əslində, Azərbaycan-Özbəkistan nəqliyyat əlaqələri yalnız iki ölkə arasında yük və sərnişin daşımalarının inkişafı məsələsi deyil, həm də Şərq-Qərb nəqliyyat bağlantılarının gücləndirilməsi və Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından strateji xarakter daşıyır.

Danılmaz faktdır ki, Azərbaycan-Özbəkistan münasibətləri indi yeni məzmun qazanaraq daha geniş əməkdaşlıq müstəvisinə keçib. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafında nəqliyyat və tranzit əməkdaşlığı da mühüm yer tutur. Nəqliyyat bağlantıları ölkələr arasında ticarət və iqtisadi münasibətlərin inkişafına, eləcə də regionlararası əlaqələrin genişlənməsinə xidmət edir. Məhz bu kontekstdə  hər iki ölkə arasında logistika və tranzit əlaqələrinin inkişafı  bütövlükdə regionun iqtisadi və geosiyasi inteqrasiyasından dolayı mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır".

Nəqliyyat əlaqələrinin genişlənməsi iki ölkə arasında yükdaşımaların həcminin artmasına səbəb olub. Bunun nəticələrini artıq real rəqəmlərdə də görmək mümkündür. 2024-cü ildə Azərbaycan-Özbəkistan arasında tranzit daşımalarının həcmi əvvəlki illə müqayisədə 18 faizdən çox artaraq, 1,3 milyon tonu keçib. 2025-ci ildə də bu istiqamətdə müsbət dinamika davam edib və tranzit daşımaların həcmində təxminən 6,7 faiz artım qeydə alınıb. Bu faktlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında nəqliyyat əməkdaşlığı real yük axınlarına çevrilib. Üstəlik də nəqliyyat-tranzit-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi iki ölkənin coğrafi mövqeyi və dəyişən qlobal nəqliyyat reallıqları baxımından xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də bu istiqamətin əhəmiyyətini vurğulayaraq bildirib: "Əməkdaşlığın daha bir mühüm istiqaməti nəqliyyat-tranzit sahəsidir. Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirəcək, logistika infrastrukturunun səmərəliliyini artıracaq, daşımaları stimullaşdıracağıq". Bu yanaşma göstərir ki, nəqliyyat və tranzit əlaqələrinin inkişafı Bakı ilə Daşkənd arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığının əsas istiqamətlərindən biri hər iki ölkənin Orta dəhlizdə fəal iştirakıdır. Bu marşrut iki ölkəni sadəcə xəritə üzərində deyil, həm də yeni iqtisadi imkanlar üzərindən bir-birinə daha çox yaxınlaşdırır. Xəzərin sahilində yerləşən Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat körpüsü rolunu oynayır. Özbəkistan isə Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biri kimi bu dəhlizin imkanlarından yararlanaraq dünya bazarlarına çıxışını genişləndirir. Xüsusilə dənizə birbaşa çıxışı olmayan Özbəkistan üçün Orta dəhliz yeni ticarət yollarına açılan mühüm qapıdır. Qeyd edək ki, 2025-ci ilin yanvarında Azərbaycan, Özbəkistan və Türkiyə arasında keçirilən üçtərəfli görüşün Ankara Bəyannaməsində də Orta dəhlizin inkişafına xüsusi diqqət ayrılıb. Tərəflər nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal həllərin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd keçidlərinin sürətləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Unutmaq olmaz ki, Orta dəhlizin gücü yalnız onun keçdiyi coğrafiya ilə deyil, bu coğrafiyanı birləşdirən nəqliyyat xətləri ilə ölçülür. Bu baxımdan, dəmir yolu əlaqələri qarşıdakı dövrdə Azərbaycan-Özbəkistan əməkdaşlığının əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilər. Məhz bu istiqamətdə mövcud imkanları və gələcək perspektivləri  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Ələsgərov belə dəyərləndirir: "Müasir çağırışlara uyğun olaraq, Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığında rəqəmsallaşma, elektronlaşdırma xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, rəqəmsallaşma xərcləri azaldır, intensivliyi artırır, məlumat mübadiləsini və icazələrin verilməsini sürətləndirir, daşıyıcılar üçün inzibati yükü azaldır, tranzit proseslərinin şəffaflığını artırır. 2025-ci ildə Azərbaycan-Özbəkistan beynəlxalq avtomobil yükdaşımalarında elektron "İcazə" blanklarına tam keçid barədə razılığa gəliblər. İlk sınaq daşımaları 2025-ci ildə həyata keçirilib və elektron icazələrin mübadiləsi üzrə texniki imkanlar formalaşdırılıb. Üçtərəfli Azərbaycan-Türkiyə-Özbəkistan əməkdaşlığı çərçivəsində isə e-CMR və e-Permit kimi rəqəmsal həllərin tətbiqi təmin edilməkdədir ki, bu da regional nəqliyyat sistemlərinin inteqrasiyası baxımından mühüm addımdır".

Birgə logistika mərkəzlərinin yaradılması Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığında gələcəyə hesablanan mühüm istiqamətlərdəndir. Son zamanlar  imzalanan sənədlər, artan qarşılıqlı investisiyalar və yükdaşımaların dinamikası belə layihələr üçün möhkəm zəmin formalaşdırır. Təbii ki, logistika mərkəzləri sadəcə yüklərin  saxlanıldığı və çeşidləndiyi məkanlarla məhdudlaşmamalıdır. Onlar gömrük, sığorta, ekspeditorluq, yük konsolidasiyası, elektron sənədləşmə və multimodal daşımaların idarə edildiyi müasir logistika qovşağı kimi ticarətin və iqtisadi əlaqələrin hərəkətverici halqası ola bilər. Belə bir addım iki ölkənin biznesi üçün yeni imkanlara yol açacaq mühüm imkan kimi qiymətləndirilməlidir. 

Logistika mərkəzinin yaradılması hər iki ölkəyə açılan yeni qapılar  deməkdir. Daha doğrusu, Özbəkistan şirkətlərinin Azərbaycan və Avropa bazarlarına çıxışını asanlaşdırmaq, eləcə də Azərbaycan biznesinin  Mərkəzi Asiyanın geniş bazarlara yolunu qısaltmaq üçün vaxtında atılmış addımdır. Bu gün qurulan hər bir logistika bağlantısı sabahın daha sürətli ticarətinə, daha geniş bazarlarına və daha möhkəm iqtisadi tərəfdaşlığına aparan yollardan biridir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

10:27
29 Avqust

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

10:26
29 Avqust

Əsərlərinin mövzusu bu gün də aktualdır

10:20
29 Avqust

Böyük ədəbiyyat yolunda öz cığırı vardı

10:10
29 Avqust

Günay Əfəndiyeva Qazaxıstanın Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

10:01
29 Avqust

AÇG tezliklə sönməyəcək

10:00
29 Avqust

Ağstafalı fermerlər istehsalı məhsuldarlıq hesabına artırırlar

09:50
29 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb

09:47
29 Avqust

İki ölkə, bir yol: Özbəkistandan Azərbaycan üzərindən Avropaya çıxış

09:40
29 Avqust

"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

09:30
29 Avqust

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

09:22
29 Avqust

Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

09:20
29 Avqust

Köhnə texnologiya etibarlıdırmı?

09:10
29 Avqust

ABŞ-də sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı mübarizə sərtləşir

09:00
29 Avqust

Dezinformasiya və süni intellekt: həqiqətin müdafiəsi uğrunda yeni mübarizə

08:50
29 Avqust

Kayrat Osmonaliyev: "Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir"  

08:40
29 Avqust

ŞƏT-in növbəti sammitində hansı məsələlər müzakirə olunacaq

08:30
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!