29 Avqust 2026 09:30
825
CƏMİYYƏT
A- A+
"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub


AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) yaratdığı "DataRace" platformasının ilk yarışının nəticələri rəsmi mükafatlandırma mərasimində açıqlanıb.

AZƏRTAC xəbər verir ki, "Apar"ın tərəfdaşlığı ilə keçirilən yarışda real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub və ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb.

"DataRace" Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş "Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi" istiqamətinin icrasına töhfə vermək məqsədilə yaradılıb. Platforma Süni İntellekt (Sİ) və data sahəsində istedadları real sektor çağırışları ilə bir araya gətirərək onların bilik və bacarıqlarının praktik problemlərin həllinə yönəldilməsi üçün mühit formalaşdırır.

"DataRace" modeli çərçivəsində biznes və dövlət qurumlarının real çağırışları Sİ və data istedadlarına təqdim olunur. İştirakçılar həmin problemlər üzrə müxtəlif yanaşmalar hazırlayır, çağırış sahibi isə fərqli həlləri müqayisə etmək və perspektivli yanaşmaları müəyyənləşdirmək imkanı əldə edir.

İlk yarış "Apar"ın real biznes ehtiyacı əsasında müəyyən edilmiş "İstifadəçi Rəylərinin Təsnifatı" (User Feedback Classification) mövzusuna həsr olunub.

İştirakçılar böyük həcmdə istifadəçi rəylərinin avtomatik təhlili və kateqoriyalaşdırılması üzrə süni intellekt yanaşmaları hazırlayıblar. Yarışa ümumilikdə 600 nəfər maraq göstərib, 300-dən çox iştirakçı isə öz yanaşmasını təqdim edib.

Mükafatlandırma mərasimində dövlət və özəl sektorun nümayəndələri, innovasiya, süni intellekt, texnologiya, İKT və rəqəmsal transformasiya üzrə rəhbərlər, insan resursları liderləri, eləcə də Sİ və data mütəxəssisləri iştirak ediblər. Tədbirdə istedadların real sektor ehtiyacları ilə əlaqələndirilməsi və biznes, dövlət və texnologiya ekosistemi arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Yarışın yekun nəticələrinə əsasən Əli Məhərrəmli birinci yeri tutaraq 3000 manat, Elnur Mirzəzadə ikinci yeri tutaraq 2000 manat, Nural Şükürlü isə üçüncü yeri tutaraq 1000 manat pul mükafatı qazanıb.

"DataRace"in növbəti mərhələsində müxtəlif sektorların real çağırışları əsasında yeni yarışların elan olunması və tərəfdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Platforma bununla Sİ istedadlarının praktik bacarıqlarının inkişafına və real sektor problemləri üzrə yeni yanaşmaların formalaşmasına töhfə verməyə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

10:27
29 Avqust

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

10:26
29 Avqust

Əsərlərinin mövzusu bu gün də aktualdır

10:20
29 Avqust

Böyük ədəbiyyat yolunda öz cığırı vardı

10:10
29 Avqust

Günay Əfəndiyeva Qazaxıstanın Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

10:01
29 Avqust

AÇG tezliklə sönməyəcək

10:00
29 Avqust

Ağstafalı fermerlər istehsalı məhsuldarlıq hesabına artırırlar

09:50
29 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb

09:47
29 Avqust

İki ölkə, bir yol: Özbəkistandan Azərbaycan üzərindən Avropaya çıxış

09:40
29 Avqust

"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

09:30
29 Avqust

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

09:22
29 Avqust

Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

09:20
29 Avqust

Köhnə texnologiya etibarlıdırmı?

09:10
29 Avqust

ABŞ-də sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı mübarizə sərtləşir

09:00
29 Avqust

Dezinformasiya və süni intellekt: həqiqətin müdafiəsi uğrunda yeni mübarizə

08:50
29 Avqust

Kayrat Osmonaliyev: "Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir"  

08:40
29 Avqust

ŞƏT-in növbəti sammitində hansı məsələlər müzakirə olunacaq

08:30
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!