29 Avqust 2026 10:00
795
İQTİSADİYYAT
A- A+
AÇG tezliklə sönməyəcək

AÇG tezliklə sönməyəcək


Bu yataqlar blokunda kifayət qədər təbii qaz ehtiyatı da var


Bu gün Azərbaycan qazı dedikdə, adətən, ilk növbədə "Şahdəniz" yada düşür. "Şahdəniz"dən sonra ölkəmizin qaz yataqları sırasına yeni qoşulanlar da var ki, onlardan biri perspektivli "Abşeron"dur. Son vaxtlar "Azəri-Çıraq-Günəşli" (AÇG) qazından da çox bəhs olunur.

Söhbət AÇG-nin uzun illərdir neftlə yanaşı verdiyi səmt qazından getmir. İndi bu yataqlar blokunun sərbəst təbii qazı (STQ) da var. Cari ilin birinci yarısında sərbəst təbii qazın çıxarılması ilə AÇG ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə qədəm qoyub. Qeyd edək ki, blokda təxminən 4 trilyon kubfut çıxarıla bilən sərbəst qaz ehtiyatı var.

AÇG-də ilk STQ hasilatı əməliyyatları keçən il qazılmış və hazırda fəaliyyətdə olan neft laylarının altında yerləşən iki prioritet STQ layını - daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksəktəzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar olunub.

İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı, həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir. 

Quyudan hasil edilən qaz və kondensat neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə  AÇG infrastrukturundan istifadə edilməklə Səngəçal terminalına göndərilir. Bu həm də o deməkdir ki, mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaranır.

STQ-dən əlavə, ilk hasilat quyusu Qırmakıaltı Qumlu lay dəstinin dibində, qaz və su laylarının arasında yerləşən neft halqası da aşkar edib. İlk neft halqası quyusu "Dərinsulu Günəşli" platformasından qazılmaq üçün planlaşdırılıb. May ayında burada   qazma işlərinə başlanıb. Bu quyuda isə qazma əməliyyatlarının cari  ilin ikinci yarısında başa çatacağı nəzərdə tutulur. İlk neft halqası quyusundan həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da AÇG sahəsində gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək. Ümumiyyətlə isə iyun ayının sonunda AÇG-də 150 neft hasilatı, 51 su injektor və 11 qaz injektor quyusu istismarda olub.

Xatırladaq ki, hazırda AÇG-də "Çıraq", "Mərkəzi Azəri" , "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ACE  platformalarından hasilat əldə olunur. Birlikdə bu qurğular vasitəsilə gündə orta hesabla 323 min barel neft alınır. AÇG-nin əməliyyatçısı olan BP şirkətinin məlumatına əsaslanaraq deyək ki, bu, cari ilin birinci yarısında ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton neft təşkil edib.

Qaldı ki, səmt qazına, 2026-cı ilin 6 ayında AÇG-dən Azərbaycan dövlətinə, əsasən, Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulub.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

10:27
29 Avqust

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

10:26
29 Avqust

Əsərlərinin mövzusu bu gün də aktualdır

10:20
29 Avqust

Böyük ədəbiyyat yolunda öz cığırı vardı

10:10
29 Avqust

Günay Əfəndiyeva Qazaxıstanın Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

10:01
29 Avqust

AÇG tezliklə sönməyəcək

10:00
29 Avqust

Ağstafalı fermerlər istehsalı məhsuldarlıq hesabına artırırlar

09:50
29 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb

09:47
29 Avqust

İki ölkə, bir yol: Özbəkistandan Azərbaycan üzərindən Avropaya çıxış

09:40
29 Avqust

"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

09:30
29 Avqust

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

09:22
29 Avqust

Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

09:20
29 Avqust

Köhnə texnologiya etibarlıdırmı?

09:10
29 Avqust

ABŞ-də sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı mübarizə sərtləşir

09:00
29 Avqust

Dezinformasiya və süni intellekt: həqiqətin müdafiəsi uğrunda yeni mübarizə

08:50
29 Avqust

Kayrat Osmonaliyev: "Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir"  

08:40
29 Avqust

ŞƏT-in növbəti sammitində hansı məsələlər müzakirə olunacaq

08:30
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!