28 Avqust 2026 08:00
4398
SİYASƏT
A- A+
Azərbaycan regionun strateji və geoiqtisadi mərkəzinə çevrilib

Azərbaycan regionun strateji və geoiqtisadi mərkəzinə çevrilib


Ölkəmiz Avropa ilə Asiya arasında əməkdaşlığın inkişafına yüksək töhfə verir  


Çağdaş dövrün siyasi və iqtisadi prosesləri Avrasiya qitəsində yeni reallıqlar formalaşdırır. Bu reallıqların mərkəzində Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla sürətlə inkişaf edən Mərkəzi Asiya regionunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyan tərəfdaşlıq münasibətləri dayanır. Son illərdə Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə həyata keçirdiyi yüksəksəviyyəli siyasi dialoq, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, birgə investisiya fondlarının yaradılması və mədəni-humanitar inteqrasiya bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun aparıcı güc mərkəzlərinə çevrilməsinə təkan verir. 

Azərbaycan Mərkəzi Asiya regionunun hər bir ölkəsinin iqtisadi potensialının reallaşmasında, dənizə çıxışı olmayan bu dövlətlərin qlobal bazarlara inteqrasiyasında əhəmiyyətli mövqeyə sahibdir. Coğrafi baxımdan iki müxtəlif regionu bir-birindən ayıran su hövzəsi kimi görünən Xəzər dənizi, əslində, Azərbaycanla Mərkəzi Asiya regionunu birləşdirir. Tarixən Şərqlə Qərb arasında sivilizasiyaların qovuşduğu dəniz yolları müasir logistika və nəqliyyat infrastrukturunun mərkəzi arteriyasına çevrilib. Xəzər dənizi üzərində qurulan müasir bərə keçidləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Qazaxıstanın Aktau, Kurık və Türkmənistanın Türkmənbaşı limanları arasında formalaşan effektiv şəbəkə iki sahili vahid geoiqtisadi məkanda birləşdirir. Bu təbii və strateji körpü Mərkəzi Asiya dövlətlərinin zəngin karbohidrogen resurslarının, kənd təsərrüfatı və sənaye məhsullarının ən qısa, təhlükəsiz və səmərəli yolla dünya bazarlarına çatdırılmasına şərait yaradır. 

Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışında, Şərqlə Qərbi birləşdirən qlobal nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilməsində Azərbaycanın aparıcı rolu və mövqeyi danılmazdır. Ölkəmiz Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və onun əsas komponentləri sayəsində Avropa ilə Mərkəzi Asiya arasında etibarlı körpü rolunu oynayır, tərəfdaşlarına təhlükəsiz və ən səmərəli nəqliyyat dəhlizi imkanları təklif edir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma imkanlarının illik 1 milyon tondan 5 milyon tona çatdırılması istiqamətində tamamlanan genişləndirmə işləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hazırda 15 milyon ton təşkil edən illik yükaşırma gücünün gələcəkdə 25 milyon tona çatdırılmasının nəzərdə tutulması və Xəzərdə ən böyük ticarət donanmasının yaradılması məhz bu strateji məqsədə xidmət edir. 

Bununla yanaşı, Zəngəzur dəhlizinin (TRIPP marşrutu) fəaliyyətə başlaması yönündə atılan ardıcıl tədbirlər Orta dəhlizin iqtisadi potensialını maksimal həddə çatdırmağı hədəfləyir. Zəngəzur dəhlizi (TRIPP) istifadəyə verildikdə bu marşrutun keçid qabiliyyəti daha da artacaq, yükdaşımaların vaxtı və xərcləri kəskin azalacaq. Bu isə Mərkəzi Asiyanın ixracatçı ölkələri üçün əlavə və olduqca cəlbedici alternativ marşrut yaradacaq. 

Şərqlə Qərb arasında yeni iqtisadi imkanlar açan bu qlobal nəqliyyat layihələrinin geostrateji əhəmiyyətini Prezident İlham Əliyev avqustun 21-də Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində xüsusi olaraq vurğulayıb: "Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq". 

Bütün bu layihələr və təşəbbüslər nəticəsində Mərkəzi Asiya və Cənubi Qafqaz regionları Avrasiyanın yeni iqtisadi arxitekturasında tamamilə ön plana çıxır. Əvvəllər yalnız resurs tədarükçüsü kimi baxılan bu coğrafiyalar artıq qlobal təchizat zəncirinin aparıcı qovşağına, Şərqlə Qərb arasında nəqliyyat və enerji axınlarını tənzimləyən əsas strateji mərkəzə çevrilir. Bu proses təkcə tranzit gəlirlərinin artması ilə bitmir, həm də region ölkələrində yeni sənaye zonasının formalaşmasına, birgə istehsal müəssisələrinin qurulmasına geniş zəmin yaradır. 

İqtisadi və logistik tərəfdaşlığın davamı olaraq, Mərkəzi Asiya ilə Azərbaycan arasında getdikcə dərinləşən "yaşıl enerji" və rəqəmsal infrastruktura dair layihələr də gələcək mənzərəni formalaşdıran mühüm amillərdəndir. Xüsusilə Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında imzalanmış bərpaolunan enerjinin Xəzər dənizinin dibi ilə nəqlinə dair strateji razılaşmalar Mərkəzi Asiyanın ekoloji təmiz elektrik enerjisinin Cənubi Qafqaz vasitəsilə Avropaya ixracına yol açır. Eyni zamanda Xəzərin dibi ilə çəkilən optik-lifli kabel xətləri, yəni "Rəqəmsal İpək Yolu" proqramı region ölkələrinin rəqəmsal inteqrasiyasını təmin edərək Asiya ilə Avropa arasında ən qısa və yüksəksürətli məlumat ötürülməsi marşrutunu formalaşdırır. Azərbaycan Mərkəzi Asiya üçün təkcə fiziki yüklərin daşındığı nəqliyyat qovşağı deyil, həm də gələcəyin "yaşıl" və rəqəmsal texnologiyalarını Avropa ilə qovuşduran mərkəz rolunu oynayır. 

Əlbəttə, belə irimiqyaslı geoiqtisadi dəyişikliyi reallaşdırmaq üçün ilk növbədə uzaqgörənlik, siyasi iradə və qətiyyət əsas şərtlərdəndir. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasi kurs ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş statusunu ən yüksək zirvəyə qaldırıb. Dövlətimizin başçısının Mərkəzi Asiya dövlətlərinin rəhbərləri ilə qurduğu şəxsi dostluq, qarşılıqlı etimad və müntəzəm səfərlər iqtisadi-siyasi inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması, bu platformada fəal iştirakı ölkəmizin region üçün nə qədər əhəmiyyət kəsb etdiyinin bariz göstəricisidir. Bu çərçivədə Azərbaycanın Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistanla imzaladığı müttəfiqlik sazişləri, ticarət-iqtisadi işbirliyi haqqında anlaşmalar tərəfdaşlığın hüquqi bazasını təşkil edir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha da möhkəmlənən əlaqələr bu iqtisadi və siyasi platformaya mənəvi ruh qazandırır. 

Bu gün dünyanın ən böyük qlobal iqtisadi gücləri, o cümlədən Avropa İttifaqı ölkələri Azərbaycanla münasibətlərə böyük önəm verir, ölkəmizi Avrasiyanın təhlükəsizlik və nəqliyyat xəritəsində əvəzsiz mərkəz kimi qəbul edirlər. Avropanın enerji təhlükəsizliyində dönüş nöqtəsi olan strateji tərəfdaşlıq sənədləri, eləcə də Avropa İttifaqı liderlərinin, qitənin aparıcı dövlət rəhbərlərinin ölkəmizə intensiv səfərləri və yüksəksəviyyəli görüşlər Azərbaycanın aparıcı mövqeyinin beynəlxalq miqyasda etirafı və təsdiqidir. Avropa dövlətlərinin təmsilçiləri yaxşı anlayırlar ki, Mərkəzi Asiya bazarlarına və resurslarına çıxışın yeganə şaxələndirilmiş, təhlükəsiz və dayanıqlı marşrutu məhz Azərbaycanın formalaşdırdığı geoiqtisadi şəbəkədən keçir.

Beləliklə, Prezident İlham Əliyevin uzaqgörən siyasi kursu və rəhbərliyi altında Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Mərkəzi Asiyanı da əhatə edən böyük bir coğrafiyanın inkişaf, sabitlik və tərəqqi mərkəzinə çevrilməsini təmin edir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında möhkəmlənən tərəfdaşlıq bütövlükdə Avrasiya qitəsinin iqtisadi təhlükəsizliyinə və inkişafına xidmət edir.


İsmayıl QOCAYEV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!