29 Avqust 2026 10:10
807
Mədəniyyət
A- A+
Böyük ədəbiyyat yolunda öz cığırı vardı

Böyük ədəbiyyat yolunda öz cığırı vardı


Yazıçı və şairlər yazdıqları əsərlərdə, rəssamlar çəkdikləri rəsmlərdə, aktyorlar tamaşa və filmlərdə yaratdıqları obrazlarda yaşayırlar. Heç vaxt unudulmur, həmişə xatırlanır və yad edilirlər.

Belələrindən biri də həmişə hörmət və ehtiramla xatırlanan, Azərbaycan ədəbiyyatının, mətbuatının inkişafında əvəzsiz xidmətlər göstərmiş görkəmli yazıçı, publisist, dramaturq, tərcüməçi, yumoristik novellalar, hekayələr müəllifi Seyfəddin (Abbasov) Dağlıdır. Bu ad, bu imza bütün sənət adamları və oxucular üçün çox doğmadır.  

Təəssüflər olsun ki, Seyfəddin Dağlının ömrü elə də uzun olmayıb. Cəmi 62 il yaşayıb. Bütün yaradıcılığını bu illərə sığışdırıb, bu illərdə yazıb-yaradıb. O, mənalı ömür yaşayıb. Dəyərli əsərləri ilə ədəbiyyatımıza da, mədəniyyətimizə böyük töhfələr verib. 

Seyfəddin Dağlı 1921-ci il avqustun 27-də Xızıda dünyaya göz açıb. Yenicə yaşamağa başladığı ömrün 13-cü günü anası Qəməri itirib. Seyfəddinin atası Əlağa Abbasov dövlət qulluqçusu olduğuna görə müxtəlif bölgələrdə işləyib. Buna görə də Seyfəddin ata-babası Bəhlul kişinin ümidinə qalıb. Babası savadsız olsa da, xeyirxahlığı və səxavəti ilə tanınıb. 

Seyfəddin uşaq ikən Bəhlul kişi dünyasını dəyişdi. Beş yaşı olanda Seyfəddinin ailəsi Bakıya köçdü. Orta məktəbi şəhərdə oxudu. Atasının ikinci evlilikdən beş uşağı dünyaya gəldi. Analığı Seyfəddinlə pis rəftar etmirdi. Amma nə qədər yaxşı olsa da, doğma anasının yerini vermirdi.

Seyfəddin Dağlı bədii yaradıcılığa hələ orta məktəb illərində yazdığı şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda təhsil alanda "Kommunist" qəzeti ilə əməkdaşlıq edib. Gələcəyin yazıçısı əmək fəaliyyətinə tələbə ikən başlayıb. "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə işləyib. Dövlət Radio Komitəsində baş redaktor, Bakı Televiziya studiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor olub. 

Müharibə başlayanda Seyfəddin Dağlı ordu sıralarına çağırılıb. Yazıçı ömrünün 15 ilini hərbi xidmətdə keçirib. "Ordu" qəzetinin ədəbi işçisi, "Diviziya" qəzetinin redaktoru vəzifələrində xidmət edib. 1944-1946-cı illərdə keçmiş ittifaq qoşunlarının tərkibində İranda xidmətə göndərilib. Faşizmə qarşı müharibənin davam etdiyi günlərdə yazıçının qələmə aldığı felyetonları və satirik hekayələri "Vətən uğrunda" jurnalında, "Ədəbiyyat", Təbrizdə çıxan "Vətən yolunda" qəzetlərində dərc olunub.

Seyfəddin Dağlı 1952-cı ildə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsində təhsil almağa göndərilib. 1956-cı ildə Moskvada təhsilini başa vurduqdan sonra ordu sıralarından tərxis olunaraq doğma  vətənə qayıdıb. Æurnalist, yazıçı və dramaturq kimi ədəbi fəaliyyətini davam etdirib.

Görkəmli yazıçı 1953-cü ildə Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının qızı Gülarə xanımla ailə həyatı qurub. Nümunəvi ailə başçısı olub. Asudə vaxtlarını övladlarına həsr edib. Böyük oğluna sevimli babasının adını yaşatmaq üçün Bəhlul qoyub. İkinci oğlunun adı Altaydır. Sevimli qızı Qəmərə isə anasının  adını verib. 

Seyfəddin Dağlı 1959-1976-cı illərdə oxucuların böyük maraqla izlədiyi "Kirpi" jurnalının baş redaktoru işləyib. Yazıçının yaradıcılığı həmin illərdə  daha məhsuldar olub. O illərdə "Kirpi" respublikada çox populyar jurnal idi. Bu nəşr haqqı, ədaləti müdafiə edib, cəmiyyətdəki nöqsanları göstərib,  rüşvətxorlara, əliəyrilərə, bürokratlara qarşı mübarizə aparıb. "Kirpi" Seyfəddin Dağlının rəhbərliyi altında bu vəzifələrin öhdəsindən layiqincə gəlib.

Seyfəddin Dağlı bənzərsiz üslubu ilə Azərbaycan ədəbiyyatının satirik məktəbinin görkəmli nümayəndələri Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi böyük söz ustalarının ənənələrini  davam etdirib. Onun satirası, yumoru həm kəskinliyi, həm də sadəliyi və dəqiqliyi ilə seçilib. Ona görə də oxucular yazıçının əsərlərini böyük maraqla izləyib. Bu maraq isə boş yerdən yaranmayıb. Seyfəddin Dağlı jurnalistikaya 1938-ci ildə oxucuları güldürdüyü qədər düşündürən felyetonlarla gəlib. Mövzusu yaşadığı cəmiyyətin həyatından götürülmüş bu felyotonlar elə ilk cümlələrindən oxucuların diqqətini özünə çəkib. Kiçik yaşlarından bədii yaradıcılığa maraq göstərən Seyfəddin Dağlının "Dəniz kəşfiyyatçısı" adlı ilk kitabı 1948-ci ildə nəşr edilib. Yazıçı bu kitabı ilə böyük ədəbiyyata doğru kiçik cığır açıb. Sonrakı illər bu cığırı "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və başqa kitabları ilə daha da genişləndirib. Onun qələmindən çıxan əsərləri oxucular rəğbətlə qarşılayıblar. 

Seyfəddin Dağlının əsərləri bir çox dillərə tərcümə olunmuş, müxtəlif ölkələrdə çap edilmişdi. Yazıçının əsərləri "Karyera Noqtalorova" adı ilə Moskvada "Sovetski pisatel" nəşriyyatında rus dilində nəşr olunmuşdur. "Pravda" nəşriyyatında "Biblioteka Krokodila" seriyasından S.Dağlının hekayə və felyetonları da kütləvi tirajla rus dilində kitabça şəklində buraxılmışdır. 

Ürəyi, qəlbi sözlə döyünən Seyfəddin Dağlı yaradıcılığı boyu dəyərli dram əsərləri, romanlar, povestlər, çoxlu sayda hekayə, novellalar və felyotonlar yazmışdır. Belə zəngin yaradıcılığı ilə yanaşı, yazıçı maraqlı tərcümələr də etmiş, bu sahədə də bacarığını göstərmişdir. 

Dramaturgiya sahəsində də qələmini sınayan S.Dağlı "Aydınlığa doğru" dramını və "Adı sənin, dadı mənim" komediyasını yazmışdır. Pyesləri Akademik Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur. 

Yazıçının xalqımız qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Bu gün Azərbaycan SSR Dövlət mükafatı laureatı Seyfəddin Dağlının adına Bakıda küçə var.

Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişmişdir. Qızı Qəmər atası haqqında xatirələrində deyir: "Nə qədər yaxşı sözlər, yaxşı hisslər varsa, atama aid edirəm. Atam çox dürüst, çox zəhmətkeş, namuslu, öz xalqını istəyən bir insan idi. Kömək lazımdırsa, tanımadığı adama belə, kömək edərdi. Fikirləşirəm, bir dənə mənfi xüsusiyyətini tapa bilmirəm. Zəhmi vardı, amma çox zarafatcıl adam idi".


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

10:27
29 Avqust

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

10:26
29 Avqust

Əsərlərinin mövzusu bu gün də aktualdır

10:20
29 Avqust

Böyük ədəbiyyat yolunda öz cığırı vardı

10:10
29 Avqust

Günay Əfəndiyeva Qazaxıstanın Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

10:01
29 Avqust

AÇG tezliklə sönməyəcək

10:00
29 Avqust

Ağstafalı fermerlər istehsalı məhsuldarlıq hesabına artırırlar

09:50
29 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb

09:47
29 Avqust

İki ölkə, bir yol: Özbəkistandan Azərbaycan üzərindən Avropaya çıxış

09:40
29 Avqust

"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

09:30
29 Avqust

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

09:22
29 Avqust

Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

09:20
29 Avqust

Köhnə texnologiya etibarlıdırmı?

09:10
29 Avqust

ABŞ-də sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı mübarizə sərtləşir

09:00
29 Avqust

Dezinformasiya və süni intellekt: həqiqətin müdafiəsi uğrunda yeni mübarizə

08:50
29 Avqust

Kayrat Osmonaliyev: "Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir"  

08:40
29 Avqust

ŞƏT-in növbəti sammitində hansı məsələlər müzakirə olunacaq

08:30
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!