29 Avqust 2026 09:10
1834
Elm və texnika
A- A+
Köhnə texnologiya etibarlıdırmı?

Köhnə texnologiya etibarlıdırmı?


Hər gün həyatımızı asanlaşdıran yeni tətbiqlər, sürətli əməliyyat sistemləri və süni intellekt əsaslı yeniliklər ilə rastlaşırıq. Lakin insanlarda belə bir inam var ki, "ən yeni" həm də "ən təhlükəsiz" deməkdir. Kibertəhdidlərin artdığı bu dövrdə mütəxəssislər paradoksal bir həqiqəti ortaya qoyurlar: bəzən köhnə, demək olar ki, unudulmuş texnologiyalar ən müasir qoruma sistemlərindən daha etibarlıdır.

Texnologiya dünyasında buna səbəb olan əsas amil kibercinayətkarların hədəf seçimləridir. Kiberdələduzlar əsasən qazanc əldə etmək üçün kütləvi istifadəçisi olan yeni sistemlərə hücum edirlər. Lakin istifadəçilər yeni alətlərə keçdikcə, köhnə sistemlər sadəcə unudulur.

Məsələn, tanınmış kibertəhlükəsizlik mütəxəssisi Mikko Hipönen illər əvvəl rəsmi dəstəyi dayandırılmış "Eudora" e-poçt proqramından istifadə edib. M.Hipönen kiberdələduzların artıq bu köhnə sistemi nəzərə almadıqlarını anlayaraq bunu "köhnəlmə vasitəsilə təhlükəsizlik" adlandırıb. Eynilə, kompüter alimi Mat Bişop qəsdən 1990-cı illərə aid köhnə proqram versiyasından istifadə edərək hazırladığı tələ sisteminin yeni versiyaya keçdikdən sonra dərhal daha çox hücuma məruz qaldığını aşkar edib. Xakerlər sadəcə olaraq köhnəlmiş sistemlərlə artıq maraqlanmırlar. Hətta kibertəhlükəsizlik mütəxəssisləri qeyd edirlər ki, milyonlarla insanın istifadə etdiyi köhnə əməliyyat sistemləri (məsələn, Windows XP) belə, sırf kiberhücumçuların diqqət mərkəzindən çıxdığı üçün bəzən nisbətən izolyasiya olunmuş mühitlərdə gözlənilməz sabitlik nümayiş etdirə bilir.

Bu, fərdi proqram təminatı ilə yanaşı, qlobal infrastrukturda və hərbi sahədə də özünü büruzə verir. İrlandiya Aviasiya İdarəsi son illərdə peyk əsaslı GPS sistemlərinin tez-tez radio-maneələrə məruz qalması səbəbindən köhnə, lakin sınaqdan keçmiş yerüstü radio naviqasiya mayaklarından istifadəni saxlamaq qərarına gəlib. Bənzər şəkildə, ABŞ Hərbi Dəniz Qüvvələri də elektron müdaxilələrə qarşı həssaslığı azaltmaq məqsədilə bir müddət əvvəl gəmi kapitanlarına ənənəvi kompasdan, yəni ulduzlar vasitəsilə naviqasiya etməyə imkan verən qədim alətlərdən istifadə etməyi yenidən öyrətməyə başlayıb.

Məlumatların qorunması sahəsində də köhnə texnologiyaların üstünlüyü danılmazdır. 1950-ci illərdən mövcud olan maqnit lentləri bu gün də qlobal şirkətlər və dövlət qurumları tərəfindən böyük həcmdə məlumatların saxlanılması üçün fəal şəkildə istifadə olunur. Kibercinayətkarların onlayn olaraq bu lentlərə birbaşa müdaxilə edə bilməməsi onları şirkətlərə qarşı yönələn "şantaj proqramı" hücumlarından qoruyur. Məlumatların saxlanılması üzrə qlobal nəhənglərdən olan "Quantum" şirkətinin rəhbərliyi də təsdiqləyir ki, internet şəbəkəsindən fiziki olaraq tamamilə ayrılan bu lent arxivi sistemləri rəqəmsal şantaj hücumları qarşısında demək olar ki, keçilməz sədd rolunu oynayır.

Mütəxəssislər gündəlik işlərdə ən son və yenilənmiş texnologiyalardan istifadə etməyi tövsiyə etsələr də, rəqəmsal təhlükəsizliyin qızıl qaydası dəyişməz olaraq qalır: "yeni" həmişə "ən yaxşı" demək deyil. Texnoloji tərəqqinin sürəti içində köhnə və ya analoq sistemlərin hansı məqamda və necə xilasedici rol oynaya biləcəyini bilmək rəqəmsal dünyada ən böyük üstünlüklərdən biridir.


T.VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

13:04
21 Sentyabr

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

13:00
21 Sentyabr

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

12:59
21 Sentyabr

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

12:57
21 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

12:39
21 Sentyabr

Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  

12:37
21 Sentyabr

ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib

12:34
21 Sentyabr

Fransanın dövlət borcu rekord həddə çata bilər

12:26
21 Sentyabr

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – QRAFİK

11:51
21 Sentyabr

Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb

11:50
21 Sentyabr

DSMF: Yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə müavinət və təqaüd ödənilib

11:49
21 Sentyabr

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

11:47
21 Sentyabr

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!