25 Avqust 2026 08:30
76
SİYASƏT
A- A+
Dövlətə və xalqa xidmət amalının təcəssümü

Dövlətə və xalqa xidmət amalının təcəssümü


Həyatda elə nümunəvi işlər, elə gözəl əməllər var ki, onların əhəmiyyəti yalnız bu günlə məhdudlaşmayaraq, gələcək nəsillər üçün də örnəyə çevrilir. Məhz belə işlər və əməllər insanın cəmiyyət qarşısındakı məsuliyyətini, vətənə bağlılığını və dövlətə xidmət amalını nümayiş etdirir. Onların nəticələri isə ayrı-ayrı insanların deyil, bütövlükdə cəmiyyətin inkişafında, ölkənin tərəqqisində və xalqın daha firavan gələcəyinin təmin olunmasında özünü göstərir. Dövlət və xalq qarşısında göstərilən xidmətlər, həyata keçirilən mühüm təşəbbüslər və görülən məqsədyönlü işlər nümunəyə çevrilərək ictimai yaddaşda özünəməxsus iz qoyur.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri, möhtərəm Prezident İlham Əliyevin siyasi silahdaşı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də məhz belə bir məzmun daşıyır. Təsadüfi deyil ki, onun adı Azərbaycanın ictimai-siyasi, humanitar və mədəni həyatının mühüm hadisələri ilə qoşa çəkilir.


İnsan amili, milli maraqlar və dövlətçilik mənafeləri


Mehriban Əliyevanın fəaliyyətinə nəzər salarkən, ilk növbədə, bir məqam diqqəti cəlb edir: o, gördüyü hər bir işdə insan amilini, milli maraqları və dövlətçilik mənafelərini ön plana çəkir. Təhsil və səhiyyədən mədəniyyətə, xeyriyyəçilikdən beynəlxalq humanitar əməkdaşlığa, parlament fəaliyyətindən ali dövlət idarəçiliyinə qədər keçdiyi yol onun Azərbaycan dövlətinə və xalqına xidmət missiyasının müxtəlif istiqamətlərini əks etdirir. Bu fəaliyyətin arxasında isə Vətənə bağlılıq, milli dəyərlərə sədaqət, Azərbaycan xalqına sonsuz məhəbbət və dövlətçilik ideallarına dərin inam dayanır.

Mehriban Əliyevanın ictimai fəaliyyətinin mahiyyətini anlamaq üçün onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə xüsusi nəzər salmaq lazımdır. 2004-cü ildə yaradılan və Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan fond Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, azərbaycançılıq fəlsəfəsinin və milli dövlətçilik ideyalarının yaşadılması və yeni nəsillərə çatdırılması məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirir. Fondun əsas missiyalarından biri Ulu Öndərin ideyalarını gələcək nəsillərə aşılamaqdır. 

Bu mənada Heydər Əliyev Fondu sadəcə xeyriyyəçilik və humanitar layihələr həyata keçirən bir qurum deyil. Fond illər ərzində Ulu Öndərin müəyyən etdiyi dövlətçilik yolunun, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərə bağlılığın və insan amilinə əsaslanan siyasətin ictimai həyatda davamlılığını təmin edən mühüm institutlardan birinə çevrilib. Mehriban Əliyevanın rəhbərliyi ilə fondun gördüyü işlər Heydər Əliyev ideyalarının sadəcə xatırlanmadığını, onların real həyatımızda yaşadıldığını və yeni məzmunla zənginləşdirildiyini göstərir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı deyib: "Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda bildirmək istəyirəm ki, fond Ulu Öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür".

Ulu Öndərin "dövlətə və xalqa layiqli xidmət" fəlsəfəsi Heydər Əliyev Fondunun fəaliyyətində konkret əməli işlərdə öz ifadəsini tapır. Bir məktəbin tikintisində, xəstə uşağa göstərilən qayğıda, tarixi abidənin bərpasında, muğam sənətinin yaşadılmasında, işğaldan azad edilmiş torpaqlarda yeni həyatın qurulmasına verilən dəstəkdə eyni amal - dövlətə və xalqa xidmət amalı aydın görünür. 

Fondun fəaliyyətinin miqyası Azərbaycanla məhdudlaşmır. Müxtəlif ölkələrdə reallaşdırılan mədəni və humanitar layihələr Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin və tolerantlıq ənənələrinin beynəlxalq aləmdə tanıdılmasına imkan yaradır. Bu təşəbbüslər ölkəmizin dünya ictimaiyyətinə daha yaxından təqdim olunması ilə yanaşı, Azərbaycanla bağlı obyektiv və müsbət ictimai rəyin formalaşmasına da xidmət edir.


Geniş xeyriyyəçilik missiyası və sosial layihələr


Heydər Əliyev Fondunun fəaliyyətində təhsil və səhiyyə layihələri, bu sahələrdə həyata keçirilən müxtəlif proqramlar xüsusi yer tutur. "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" kimi layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni məktəblər, uşaq və körpələr evləri tikilib, mövcud təhsil müəssisələri əsaslı təmir olunub, onların maddi-texniki bazası yenilənib. On minlərlə azərbaycanlı şagird, xüsusilə də ucqar kəndlərdə yaşayan uşaqlar müasir tələblərə cavab verən, beynəlxalq standartlar əsasında inşa olunmuş, qış aylarında istilik sistemi ilə təmin edilən və kompüterlər də daxil olmaqla zəruri avadanlıqlarla təchiz olunan yeni məktəblərdə təhsil almaq imkanı qazanıblar. Bu mühüm layihələrin həyata keçirilməsində göstərdiyi diqqət və qayğıya görə onlar Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını ifadə edirlər.

2004-cü ildən indiyədək fondun dəstəyi ilə yüzlərlə məktəb və məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu rəqəmin arxasında isə daha böyük bir məna var. Uzaq kənddə yeni məktəb binasının istifadəyə verilməsi bir tikilinin ərsəyə gəlməsi deyil, həmin kəndin uşaqlarının gələcəyinə sərmayə qoyulmasıdır. Bir xəstəxananın yenidən qurulması yalnız səhiyyə infrastrukturunun yenilənməsi deyil, insanların sağlamlığına və həyatına verilən dəyərin ifadəsidir.

Səhiyyə sahəsində həyata keçirilən "Talassemiyasız həyat naminə", "Diabetli uşaqlara ən yüksək qayğı" və digər layihələr, müasir tibb müəssisələrinin yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya imkanlarının genişləndirilməsi Heydər Əliyev Fondunun humanizm missiyasının konkret təzahürləridir. Talassemiya Mərkəzinin yaradılması, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, müxtəlif səhiyyə müəssisələrinin inşası və yenidən qurulması Heydər Əliyev Fondunun genişmiqyaslı sosial fəaliyyətinin konkret nəticələridir və bütün bunlar ölkədə həyata keçirilən sosial siyasətə böyük töhfə verir. 

Bu sahədə həyata keçirilən layihə və proqramlarda qayğıya ehtiyacı olan insan heç zaman statistik göstəriciyə çevrilmir. Çünki hər bir insanın taleyi ayrıca dəyər daşıyır.

Məhz buna görə Mehriban Əliyevanın adı Azərbaycan cəmiyyətində mərhəmət, xeyirxahlıq və insanlara qayğı anlayışları ilə sıx bağlıdır. Onun müxtəlif sosial layihələr zamanı uşaqlarla, xəstələrlə, ahıllarla, xüsusi qayğıya ehtiyacı olan insanlarla birbaşa ünsiyyəti də bu münasibətin formal deyil, səmimi xarakter daşıdığını göstərir.


Milli-mədəni irsimizin qorunması və təbliği


Heydər Əliyev Fondunun Azərbaycan naminə gördüyü işlərin mühüm istiqamətlərindən biri milli-mədəni irsimizin qorunması və dünyada tanıdılmasıdır. Fond yarandığı vaxtdan Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğinə xüsusi diqqət yetirib. 

Azərbaycan muğamının qorunması və inkişaf etdirilməsi bu fəaliyyətin ən parlaq istiqamətlərindəndir. Muğamın yalnız keçmişin yadigarı kimi qorunması deyil, onun canlı sənət kimi gələcək nəsillərə ötürülməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Beynəlxalq Muğam Mərkəzinin yaradılması, beynəlxalq muğam festivallarının və müsabiqələrinin keçirilməsi, gənc ifaçıların dəstəklənməsi Azərbaycan muğamının dünyaya təqdimatını yeni mərhələyə yüksəldib.

Azərbaycanın muğam, aşıq sənəti, xalçaçılıq, kəlağayı sənəti, tar ifaçılığı və Novruz ənənələri kimi milli-mədəni irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer alması ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm nəticələrdir. Bu uğurlar Azərbaycan mədəniyyətinin yalnız milli sərvət deyil, bəşəri mədəniyyətin ayrılmaz hissəsi olduğunu dünyaya nümayiş etdirir.

Mehriban Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti Azərbaycan xalqının yaddaşını qorumaq missiyasıdır. Çünki milli mədəniyyətə sahib çıxmaq, əslində, milli kimliyə sahib çıxmaq deməkdir. Muğamın səsinin dünyaya çatdırılması, xalçanın naxışlarında yaşadılan tariximizin qorunması, qədim sənətlərin gələcək nəsillərə ötürülməsi bir xalqın öz ruhunu qorumasıdır. 

Milli-mənəvi irsin qorunması, dini-mədəni abidələrin yaşadılması və ibadət məkanlarının bərpası istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda multikultural dəyərlərin qorunması, inkişaf etdirilməsi və cəmiyyət həyatında daha da möhkəmləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirir. Fondun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində dini ocaqların bərpası, əsaslı təmiri və yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür. Bu təşəbbüslər Azərbaycanın zəngin dini-mədəni irsinin qorunmasına, tarixi abidələrin gələcək nəsillərə çatdırılmasına və ölkəmizdə tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Ölkəmizdə mövcud olan tolerant və multikultural mühit müxtəlif xalqların, etnik qrupların və dini konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşamasına, eyni zamanda öz milli-mədəni və dini kimliklərini qoruyub saxlamalarına geniş imkan yaradır. Azərbaycan bu siyasət sayəsində müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan kimi öz mövqeyini daha da möhkəmləndirir, xalqlar və dinlər arasında qarşılıqlı anlaşmanın təşviqinə, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verir.


Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında prinsipial mövqe


Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyəti Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Ərazilərimizin ermənilər tərəfindən işğalı dövründə bu sahədə həyata keçirilən fəaliyyət İrəvanın təcavüzkar siyasətinin və dünya erməniliyinin məzlum obrazının beynəlxalq səviyyədə ifşa olunmasında böyük rol oynamışdır. Bu sırada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasını xüsusi qeyd etməliyik. Məhz bu kampaniya çərçivəsində Xocalı faciəsi bir sıra dövlətlər və ABŞ-nin 20-dən artıq ştatı tərəfindən soyqırımı kimi tanınmışdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində tarixi-mədəni irsimizə vurulmuş zərərin beynəlxalq ictimaiyyətə təqdim olunması, işğal edilmiş ərazilərimizdə dağıdılmış məscidlər, məbədlər, qəbiristanlıqlar, muzeylər və digər mədəniyyət abidələri haqqında faktların sənədləşdirilməsi də fondun bu sahədəki fəaliyyətinin mühüm istiqamətlərindən olub.

Beləliklə, mədəniyyət diplomatiyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının mühüm vasitəsinə çevrilib. Azərbaycanın haqq səsi dünyanın nüfuzlu mədəniyyət və humanitar platformalarında daha aydın eşidilib, erməni yalanlarının və saxta tarixi iddialarının faktlarla ifşa olunmasına mühüm töhfələr verilib.

Bu, Mehriban Əliyevanın vətənpərvərliyinin başqa bir təzahürüdür. Vətənpərvərlik onun üçün Azərbaycanın haqq səsini dünyanın hər yerinə çatdırmaq, milli irsimizi qorumaq, tariximizi gələcək nəsillərə çatdırmaq və xalqımızın həqiqətlərini beynəlxalq ictimaiyyətə olduğu kimi təqdim etməkdir.

Heydər Əliyev Fondunun fəaliyyətinin mühüm göstəricilərindən biri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələrin Azərbaycanın sərhədlərini aşmasıdır. Fondun müxtəlif ölkələrdə reallaşdırdığı sosial və humanitar layihələr, mədəni proqramlar, xeyriyyə aksiyaları və digər təşəbbüslər eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin və humanizm dəyərlərinin dünyada daha geniş tanıdılmasına mühüm töhfə verir.

Bu baxımdan, fondun dost və qardaş Pakistan, Vatikan, İtaliya və digər ölkələrdə həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. Həmin təşəbbüslər bir tərəfdən bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən tarixi-mədəni irs nümunələrinin qorunmasına və bərpasına xidmət edir, digər tərəfdən isə Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin daha da möhkəmlənməsinə şərait yaradır. Mədəniyyətlər və xalqlar arasında qarşılıqlı anlaşmanın, həmrəyliyin və humanitar əməkdaşlığın təşviqinə yönələn bu fəaliyyət Azərbaycanın dünyaya açıq, humanist və tolerant ölkə kimi təqdim olunmasında mühüm rol oynayır.

Mehriban Əliyevanın beynəlxalq miqyasda həyata keçirdiyi bu məqsədyönlü və ardıcıl fəaliyyət həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmiş, onun humanitar, mədəni və xeyriyyəçilik sahəsindəki xidmətləri çoxsaylı beynəlxalq mükafat və fəxri adlarla təltif olunmuşdur.


Zəfərdən quruculuğa


Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, burada həyatın bərpası və Böyük qayıdışın təmin edilməsidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu tarixi prosesdə də öz layiqli yerini tutur.

2020-ci il dekabrın 8-də Mehriban Əliyeva müraciətində bu barədə demişdi: "Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm".

Aradan ötən illərdə Heydər Əliyev Fondunun xətti ilə Şuşada və işğaldan azad edilmiş digər ərazilərdə qürurdoğuran bərpa və yenidənqurma layihələri həyata keçirilib. Hər bir layihə mədəni və mənəvi irsimizin dirçəldilməsinə xidmət edib. Lakin Qarabağ və Şərqi Zəngəzurda Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrə yalnız tikinti və bərpa işləri kimi yanaşmaq doğru olmaz. Bu layihələr həm də Azərbaycanın öz tarixi torpaqlarına qayıdışının, milli irsin bərpasının və həmin ərazilərdə həyatın yenidən canlandırılmasının mənəvi ifadəsidir.

Şuşada tarixi və dini abidələrin bərpası, mədəni irs nümunələrinin yenidən həyata qaytarılması, Ağdam, Zəngilanda bərpa və yenidənqurma işlərinə verilən dəstək fondun Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsindəki xüsusi rolunu nümayiş etdirir.

Mehriban Əliyevanın Vətən sevgisini xüsusi vurğulamaq lazımdır. Qarabağın dağıdılmış məscidlərinin, tarixi abidələrinin, mədəniyyət ocaqlarının bərpasına göstərilən diqqət sıradan bir məsələ deyil. Bu, xalqımızın yaddaşına, tarixinə və azad olunmuş torpaqlarımızın dirçəldilməsinə münasibətin ifadəsidir. İşğal illərində düşmənin dağıtdığı maddi irsin bərpası ilə yanaşı, həmin torpaqlarda Azərbaycan ruhunun yenidən dirçəldilməsi də bu baxımdan qarşıya qoyulan aydın məqsəddir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi fondun bu prosesdə iştirakı bir daha göstərir ki, Zəfər yalnız döyüş meydanında qazanılmış qələbə ilə tamamlanmır. Zəfərin təntənəsi həm də azad edilmiş torpaqlarda yeni məktəblərin, mədəniyyət ocaqlarının, tarixi abidələrin, yaşayış məkanlarının yaradılması, insanlarımızın doğma yurdlarına qayıtması, Böyük qayıdışın uğurla həyata keçirilməsidir. Bu böyük quruculuq prosesinə töhfə vermək isə Vətənə xidmətin ən müqəddəs formalarından biridir.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi onun fəaliyyətində tamamilə yeni mərhələnin başlanğıcı oldu. Ötən dövrün reallıqları göstərir ki, Mehriban Əliyeva bu vəzifəni uğurla icra etməklə, dövlətə və xalqa layiqli xidmətin yeni nümunələrini yaradıb. Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətində sosial müdafiə məsələləri, vətəndaşların problemlərinə həssas münasibət, səhiyyə, təhsil,  uşaqlara və ailələrə qayğı əsas istiqamətlərdən biri olaraq qalır. Ən əsası bu fəaliyyətdə dövlət idarəçiliyi ilə insanlara xidmət məqamı bir-birini uğurla tamamlayır.

Mehriban Əliyevanın adı Azərbaycan dövlətinin inkişafı, xalqımızın rifahı, milli mədəniyyətimizin qorunması və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi ilə bağlı ən mühüm proseslərin sırasında çəkilir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti isə Ulu Öndərin ideyalarının yeni layihələrdə, yeni quruculuq işlərində, yeni humanitar təşəbbüslərdə yaşadılmasının parlaq nümunəsidir.


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

Bakı və Daşkəndin strateji inteqrasiyası: türk dünyasında yeni regional güc mərkəzi

08:20
25 Avqust

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!