25 Avqust 2026 08:05
55
SİYASƏT
A- A+
Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a


Azərbaycan dost, qardaş ölkələrlə, xüsusilə də Mərkəzi Asiya dövlətləri ilə geniş və əhəmiyyətli əməkdaşıq əlaqələrinə malikdir. Bu əlaqələr hər ötən dövr daha geniş və əhatəli xarakter alır. Bunun da səbəbi ölkələrimizin tarixi dostluq əlaqələri, siyasi, milli, mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olmasıdır. 

Azərbaycan Prezidenti, Müzəffər Sərkərdə İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Mərkəzi Asiyanın xalqları bir-birinə daha yaxınlaşıb, strateji müttəfiqlik səviyyəsinə yüksəliblər. Azərbaycanın Şərqlə Qərb arasında mühüm qovşağa çevrilməsi, nəqliyyat-logistika şəbəkəsinin qurulması, Ələt Dəniz Ticarət Limanının inşası, Avropaya yükdaşınmalarının həcminin artırılması Mərkəzi Asiyada yerləşən türk dövlətlərinin və xalqlarının inkişafına, sosial təminatına müsbət təsirini göstərir. Mərkəzi Asiya coğrafiyasının əsas aparıcı dövlətlərindən olan Özbəkistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri nümunəyə, örnəyə çevrilib. Ulu Öndərimiz Heydər Əliyev və Özbəkistanın keçmiş prezidenti İslam Kərimov dövründə formalaşan dostluq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında yaranan səmimi dostluq əlaqələri ilə yeni məzmun qazanaraq strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib.

Hazırda iki dost, qardaş ölkə arasında bütün sahələri əhatə edən yaxın tərəfdaşlıq mövcuddur. Parlamentlər arasında qurulan sıx əlaqələr, xüsusilə də "Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş"in imzalanması, "yol xəritələri"nin həyata keçirilməsi, habelə beynəlxalq parlament strukturlarında davamlı qarşılıqlı dəstək müsbət tendensiyaların mövcudluğunun təsdiqidir. Mütəmadi olaraq Azərbaycan və Özbəkistan qanunverici orqanları rəhbərlərinin və deputatlarının iştirakı ilə tədbirlər keçirilir. 2025-ci ilin iyulun 1-də Özbəkistanın Xivə şəhərində I Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun açılışı oldu. Mərasimdə hər iki ölkənin parlamentlərinin sədrləri və deputatları iştirak etdilər. Milli Məclisin Sədri Sahibə Qafarovanın Özbəkistanın Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva ilə görüşündə dost və qardaş ölkələrimiz arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə edildi. Tərəflər Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək siyasi iradəsi sayəsində münasibətlərin daha da genişləndiyini, strateji tərəfdaşlığın məzmun etibarilə yeni mərhələyə yüksəldiyini və hazırda ölkələrimizin bir çox sahədə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu bildirdilər. 

Ötən il Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar hər iki dövlətin deputatlarının iştirakı ilə onlayn görüş və müzakirələr təşkil edildi. Görüşdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri olaraq mən Özbəkistandan olan həmkarlarımızı təbrik etdim və Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafından bəhs etdim. Diqqətə çatdırdım ki, dövlət başçılarımız arasındakı qardaşlıq münasibətləri və fəal siyasi dialoq sayəsində bu gün əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etməkdədir. Onlayın görüşdə Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun həmsədrləri - senator Odiljon Mamatkarimov və deputat Alişer Kodirov dövlət başçılarının siyasi iradəsi sayəsində möhkəm dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi, bu istiqamətdə parlamentlərin verə biləcəyi töhfələr barədə danışdılar. 

Dostluq, qardaşlıq əlaqələrinin dərinləşdiyini təsdiq edən daha bir amil Özbəkistanın işğaldan azad edilən Azərbaycan ərazilərinin bərpasında yaxından iştirak etməsidir. Tarixi şəhərimiz olan Xankəndidə Azərbaycan-Özbəkistan birgə tikiş fabriki yaradılıb. Fabrikdə kişi, qadın və uşaq geyimləri istehsal olunur. İstehsal gücünün artırılması üçün fabrikə 11 milyon manatdan çox investisiyanın yatırılması planlaşdırılır. Bu müəssisədə gələcəkdə yerli pambıq əsasında parça istehsalının yaradılması da planlaşdırılır. Bu, iki ölkənin kənd təsərrüfatı ilə sənayeni birləşdirmək imkanının göstəricisidir. Özbəkistan işğaldan azad edilən Füzuli rayonunda 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb inşa edib. 

Azərbaycan-Özbəkistan əlaqələri iqtisadi-ticarət, sənaye kooperasiyası, nəqliyyat və investisiya əməkdaşlığı istiqamətlərində də genişlənir. 2025-ci ildə əmtəə mübadiləsi əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. 2025-ci ilin iyulun 2-də iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutan proqram qəbul edilib. 2023-cü ildə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Şirkətin nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Avtomobil istehsalı sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Hacıqabul Sənaye Parkında Azərbaycan və Özbəkistan şirkətlərinin əməkdaşlığı çərçivəsində 10 min 720 "Chevrolet" markalı avtomobil istehsal edilib. Bundan əlavə, "Azərmaş Park" MMC ilə Özbəkistanın "SamAvto" şirkətinin əməkdaşlığı çərçivəsində ISUZU markalı 275 avtobus istehsal olunub. Azərbaycanla Özbəkistan arasında enerji sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Özbəkistanın OZLITINEFTGAZ İnstitutunun və "SOCAR NIPI Nefteqaz"ın bazasında yaradılmış "Neftegaztexnologiya" birgə müəssisəsi 2016-cı ildən neft-qaz sənayesində uğurla fəaliyyət göstərir. Bu əlaqələrin qurulması və inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış yüksək siyasi etimad, ardıcıl qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar mühüm rol oynayıb. Təsadüfi deyil ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib. Bu səfərlər çərçivəsində 2024-cü il avqustun 23-də Daşkənddə "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalanıb. Həmin gün Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də yeni müttəfiqlik formatının institusional əsaslarını möhkəmləndirib. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi isə Bakı-Daşkənd münasibətlərinin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional məna qazandığını göstərib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-24-də Özbəkistana dövlət səfəri isə müttəfiqlik əlaqələrinin daha da genişlənməsində müstəsna rol oynadı. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - "Yeni Daşkənd"lə tanış oldu. Eyni zamanda xalqlar arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verən bir sıra əhəmiyyətli sənədlər imzalandı. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin imzalanması iki dost, qardaş dövlət arasında əlaqələrin ən yüksək səviyyəyə yüksəldiyini göstərir. Əbədi dostluq haqqında müqavilə iki dost, qardaş ölkə arasında münasibətlərin strateji və siyasi baxımdan ən yüksək səviyyəyə yüksəldiyini uzunmüddətli olmaqla nəsilləri əhatə etdiyini təsdiqləyir. Birmənalı olaraq deyə bilərik ki, iki türk dövləti və xalqı arasında münasibətlər "qardaşlıq+strateji tərəfdaşlıq+müttəfiqlik+əbədi dostluq" məntiqi üzrə inkişaf edir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən sonra iki ölkə arasında münasibətlər daha dinamik və geniş xarakter alacaq. Bu da ümumilikdə, Avrasiyanın gələcək geosiyasi və iqtisadi xəritəsinin formalaşmasına mühüm təsir göstərəcək. 


Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, 

Özbəkistanla parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, professor 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB  

16:41
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!