18 İyul 2025 08:15
984
Mədəniyyət
A- A+
Göz xəstəliklərinə dair fundamental əsər

Göz xəstəliklərinə dair fundamental əsər


Akademik Zərifə Əliyevanın "Oftalmologiyanın aktual problemləri” kitabı ingilis dilində nəşr edilib 


Müasir elmin çağırışlarına uyğun olaraq beynəlxalq elm ictimaiyyətinin və dünyada nüfuzlu tibb universitetlərinin tələbə-müəllim heyətinə təqdim edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin təşəbbüsü, AMEA prezidenti akademik İsa Həbibbəylinin ön söz müəllifliyi ilə Zərifə xanım Əliyevanın həmmüəllifi olduğu "Oftalmologiyanın aktual problemləri” adlı elmi əsaslı kitabı ilk dəfə ingilis dilinə tərcümə olunaraq nəşr olunmuşdur. 

Kitab göz xəstəlikləri, onların diaqnostikası və müalicəsinə dair fundamental əsərdir. Bu gün də aktuallığını qoruyan və mütəxəssislərin, xüsusən də gənc oftalmoloqların geniş istifadə etdiyi bu kitab ilk dəfə 1983-cü ildə görkəmli oftalmoloq alimlər - akademik Zərifə Əziz qızı Əliyeva, professor Nina Borisovna Şulpina və akademik Larisa Konstantinovna Moşetovanın həmmüəlliflikləri ilə rus dilində nəşr edilmişdir. Monoqrafiyanın hazırlanmasında məqsəd oftalmologiya elminin əsas nailiyyətlərini toplamaq, ümumiləşdirərək təhlil və şərh etmək, bununla da həkimlərin biliklərini artırmaq ehtiyacını ödəmək idi.

Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Zərifə xanım Əliyeva oftalmologiya sahəsində yeni istiqamətlər üzrə tədqiqatlar aparmış, bununla bağlı görülən müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Zərifə xanım Əliyevanın tədqiqatlarında müasir müalicə üsulları ilə bağlı ümumiləşdirilmiş nəzəri prinsiplər və mülahizələr əvvəllər mövcud olan elmi modellərə deyil, praktiki təcrübədən və real həyatda aparılan müşahidələrdən əldə edilən nəticələrə əsaslanırdı. 

Zərifə xanım Əliyevanın həmmüəllifi olduğu "Oftalmologiyanın aktual problemləri” adlı kitab beş bölmədən ibarətdir. Birinci bölmə həkim deontologiyası, tibbi etika və əxlaq məsələlərinə həsr olunmuşdur. İkinci bölmədə gözün biomikroskopiyasının müasir aspektləri əks olunmuşdur. Bu bölmədə gözün optik mühit və qişalarının biomikroskopiya üsulları, kataraktanın biomikroskopiyasının klinik əhəmiyyəti və s. haqqında geniş məlumat qeyd olunmuşdur. Üçüncü - oftalmovirusologiyanın əsasları bölməsində kəskin virus konyunktivitləri və gözün herpetik xəstəlikləri əks olunmuşdur. Dördüncü bölmə gözün zədələnmələrinə həsr edilmişdir. Bu bölmədə göz almasına nüfuz edən zədələr, gözün kontuziyası, gözün mexaniki zədələnmələri zamanı təxirəsalınmaz yardım və müalicə tədbirləri, müxtəlif istehsal sahələrində gözün toksiki-kimyəvi zədələnmələri barədə ətraflı məlumat verilmişdir. Beşinci bölmə də oftalmologiyanın aktual problemlərindən biri olan gözün mikrocərrahiyyəsinin propedevtikasına aid olub, bu bölmədə mikrocərrahi blokun təchizatı, mikrocərrahi müdaxilənin əsas prinsipləri, qlaukomanın, gözün kontuziyasının və zədələnmələrinin mikrocərrahi üsullarla müalicəsi geniş təsvir edilmişdir. 

Zərifə xanım Əliyevanın həmmüəllifi olduğu "Oftalmologiyanın aktual problemləri” adlı vəsait oftalmoloqlar və bu sahə üzrə ixtisaslaşan həkim rezidentlər üçün əhəmiyyətli olub, ingilis dilinə tərcüməsi geniş oxucu kütləsinin qazanılmasına şərait yaradacaqdır.

Akademik Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində, peşəkar həkim-oftalmoloqların, yüksəkixtisaslı elmi kadrların yetişməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır. Onun fədakar zəhməti sayəsində ərsəyə gəlmiş dərs vəsaitləri, dərsliklər, monoqrafiyalar bu gün də təkcə Azərbaycanda deyil, ümumən dünyada oftalmologiya elminin inkişafına xidmət edir, gənc ixtisaslı həkimlərin və bu sahədə tədqiqatlar aparan alimlərin yetişməsinə kömək göstərir. 

Zərifə xanım Əliyevanın qələmə aldığı orijinal monoqrafiyalarında, monumental kitablarında, çoxsaylı elmi və elmi-kütləvi əsərlərində, ən əsası da hələ sağlığında el məhəbbəti qazandığı, özünün heykəlini ucaltdığı insanların qəlbində daim yaşayır və yaşayacaqdır. Akademik Zərifə Əliyeva irsi həm bu günümüz, həm də gələcəyimiz üçün tükənməz, təkrar bir örnəkdir.


Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət Mükafatı Laureatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə 1,3 milyon ton neft nəql edib  

09:49
16 Yanvar

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın ötən ilin yekunlarına dair iclası keçirilib  

09:49
16 Yanvar

Tramp: Maçadonun Nobel Sülh Mükafatını təqdim etməsi hörmət əlamətidir  

09:48
16 Yanvar

Vikipediya tarixin ən populyar sorğularını açıqlayıb  

09:46
16 Yanvar

Aİ İrana qarşı sanksiyaları sərtləşdirə bilər  

09:43
16 Yanvar

Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib  

09:42
16 Yanvar

BMT TŞ-də İranla bağlı fövqəladə iclas keçirilib  

09:40
16 Yanvar

Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır  

09:39
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı işinə başlayıb  

09:37
16 Yanvar

ABŞ Prezidenti Qəzza sülh planının ikinci mərhələsinə keçidi elan edib  

09:18
16 Yanvar

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri aparılır

09:05
16 Yanvar

Oğul belə olar

09:00
16 Yanvar

Qəhrəmanların ömür və döyüş yolu gənc nəsillər üçün örnəkdir

08:55
16 Yanvar

Tolerantlıq və mədəni müxtəlifliyin Azərbaycan modeli

08:50
16 Yanvar

Tarixi zənginlik və strateji perspektivlər

08:45
16 Yanvar

Ermənistanda seçki gərginliyi: sülh və müharibə partiyalarının qarşıdurması güclənir

08:40
16 Yanvar

2026-cı il sülh ili ola bilər

08:35
16 Yanvar

Yeni ildə ilk sifariş Amerikadan gəldi

08:33
16 Yanvar

Qadın sahibkarlara dəstək davam edir

08:30
16 Yanvar

Su təhlükəsizliyinin qarantı

08:25
16 Yanvar

Doğma torpaqlara qayıdış davam edir

08:20
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!