12 Mart 2026 08:40
145
İQTİSADİYYAT
A- A+
İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanmış "The Economic Potential of Islamic Countries" ("İslam ölkələrinin iqtisadi potensialı") adlı ikicildlik tədqiqat əsərinin ikinci cildi Böyük Britaniyanın tanınmış "Emerald" nəşriyyatında çap olunaraq işıq üzü görüb. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının baş redaktorluğu ilə təqdim olunan bu nəşr islam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının geniş və dərin elmi təhlili kimi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, "Emerald" nəşriyyatı dünya miqyasında akademik və elmi nəşrlər üzrə nüfuzlu bir platformadır. O, əsasən, iqtisadiyyat, idarəetmə, sosial elmlər və təhsil sahələrində kitablar, jurnallar çap edir, həmçinin tədqiqatların qlobal səviyyədə tanınması və yayılmasına xidmət edir. "Emerald"ın çap etdiyi nəşrlər geniş elmi bazalarda, o cümlədən "Scopus"da  indeksləşdirilir və bu, onların akademik etibarlılığını, eləcə də elmi əhəmiyyətini daha da artırır. Nüfuzlu nəşriyyat tərəfindən çap edilmiş sözügedən tədqiqat əsəri xüsusi olaraq islam ölkələrinin iqtisadi və sosial inkişaf potensialını əhatəli şəkildə təhlil edir, onların dünya iqtisadiyyatındakı rolunu dəyərləndirir.

Kitabda islam ölkələrinin iqtisadi inkişaf perspektivləri dayanıqlı inkişaf, idarəetmə, enerji transformasiyası və rəqəmsal iqtisadiyyat kimi aktual istiqamətlər çərçivəsində ətraflı təhlil olunur. Qlobal iqtisadi mühitin sürətlə dəyişdiyi, texnoloji irəliləyişlərin, geosiyasi transformasiyaların və iqlim dəyişikliyinin iqtisadi sistemlərə ciddi təsir göstərdiyi bir dövrdə nəşr islam ölkələrinin kollektiv iqtisadi potensialından daha səmərəli istifadə yollarını araşdırır. Eyni zamanda ölkələrin qarşısında duran əsas vəzifələr -  iqtisadiyyatın şaxələndirilməsi, siyasi sabitliyin təmin edilməsi və infrastrukturun gücləndirilməsi də diqqət mərkəzində saxlanılır.

Məlumdur  ki, islam ölkələri Asiya, Afrika, Yaxın Şərqdə yerləşir və dünya iqtisadiyyatında mühüm rol oynayır. Onların iqtisadi potensialı təbii resurslar, əhali və işçi qüvvəsi, sənaye və kənd təsərrüfatı ilə bağlıdır. Təbii resurslar islam ölkələrinin iqtisadi inkişafında əsas rol oynayır. Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri böyük neft-qaz ehtiyatlarına malikdir. Bu resurslar ölkələrə əhəmiyyətli gəlir gətirir və dünya enerji bazarında strateji mövqe tutur. Afrika və Orta Asiya ölkələri isə mineral resurslar, məsələn, fosfat və qızıl baxımından zəngindir. Regionlar üzrə enerji və mineral potensialı fərqlidir. Məsələn, Cənub-Şərqi Asiya ölkələrində enerji resursları məhduddur, lakin insan kapitalı və turizm imkanları güclüdür.

Sənaye və kənd təsərrüfatı islam ölkələrinin iqtisadiyyatını şaxələndirir. Neft sənayesi, kimya və tikinti materialları istehsalı bir çox ölkədə əsas sahə hesab olunur. Sənayenin şaxələndirilməsi təşəbbüsləri  ixracı artırmaq və neftdən asılılığı azaltmaq üçün əhəmiyyətlidir. Kənd təsərrüfatı sahəsində isə buğda, qəhvə, palma yağı və meyvə-tərəvəz istehsalı ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır. Xüsusilə iqtisadi əməkdaşlıq və beynəlxalq ticarət islam ölkələrinin potensialını gücləndirir. İƏT (İslam Əməkdaşlıq Təşkilatı) çərçivəsində ticarət əlaqələri və birgə layihələr həyata keçirilir, xarici sərmayələr  iqtisadiyyatı şaxələndirir.

Sadaladığımız bu iqtisadi imkanlar və əməkdaşlıq perspektivləri İİTKM tərəfindən hazırlanmış  "İslam ölkələrinin iqtisadi potensialı" adlı  tədqiqat əsərində ətraflı şəkildə təhlil olunur. Kitab 20-dən çox islam ölkəsindən nüfuzlu beyin mərkəzlərini təmsil edən 47 müəllifin iştirakı ilə hazırlanıb. Nəşrdə ICESCO və OIC SESRIC kimi beynəlxalq təşkilatların ayrıca fəsillərlə təqdim olunması isə layihənin həm elmi, həm də praktiki əhəmiyyətini artırır, onu islam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının genişmiqyaslı, dərin akademik təhlilinə çevirir.

Layihə "Şuşa şəhərinin 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi" ilə bağlı icra olunub. Ötən il nəşr olunan kitabın birinci cildində iqtisadi əməkdaşlıq, fiskal siyasət və islam maliyyəsi mövzuları ətraflı şəkildə araşdırılıb. Hər iki cild isə İƏT və D-8 ölkələrinin təcrübələrini müqayisəli şəkildə təqdim etməklə yanaşı, Azərbaycanın regional əməkdaşlıq və enerji diplomatiyasında artan rolunu da ön plana çıxarır. Nəticə etibarilə "İslam ölkələrinin iqtisadi potensialı" həm akademik ictimaiyyət, həm də iqtisadi və siyasi sahədə qərar qəbul edənlər üçün qiymətli bir resursdur.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!