11 Mart 2026 22:27
2273
Səfərlər
A- A+
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  


Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olundu. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunuldu və bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulandı.

Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu, 10 Avropa ölkəsinə qaz ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi.

Görüşdə, həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı bildirildi. Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına toxunuldu.

Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparıldı.

Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər xüsusi qeyd edildi, Avropa İttifaqının da sülh gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır olduğu bildirildi.

Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Görüşün sonunda Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı qəbul edildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstanda yeni siyasi mərhələ

17:36
13 Aprel

Türk politoloq: Azərbaycan-Türkiyə əməkdaşlığı yeni geosiyasi nizamın mühüm istiqamətlərindəndir  

17:35
13 Aprel

Birinci rübdə ölkədə 29,7 milyard manatlıq ÜDM istehsal olunub

17:21
13 Aprel

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub  

17:12
13 Aprel

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

17:03
13 Aprel

Komitə: Ölkədə orta aylıq əməkhaqqı 5,3 faiz artıb

16:52
13 Aprel

Azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün institusional dəstək mexanizmləri gücləndirilib  

16:43
13 Aprel

Baş prokuror Çində səfərdədir

16:37
13 Aprel

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” toplusunun yeni nömrəsi çapdan çıxıb  

16:32
13 Aprel

Türk ekspert: Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib

16:23
13 Aprel

Yaxın Şərqdəki gərginlik fonunda BVF və Dünya Bankının yaz görüşləri başlayır

16:16
13 Aprel

“Xocalı” gəmisi Yaponiyadan Avstraliyaya səfərini uğurla tamamlayıb

16:11
13 Aprel

Süni intellekt: Qlobal rəqabət və Azərbaycan

16:07
13 Aprel

“Şaxtyor”un oyunu hava hücumu xəbərdarlığına görə dayandırılıb

16:01
13 Aprel

Britaniyanı Aİ-yə daha çox yaxınlaşdıracaq qanunvericilik aktı hazırlanacaq

16:00
13 Aprel

2026-cı il Dünya Kuboku qlobal iqtisadiyyata 80 milyard dollardan çox fayda gətirəcək  

15:44
13 Aprel

Macarıstanda seçkilərdə müxalifətdəki “Tisza” partiyası qalib gəlib

15:32
13 Aprel

COVID-19-un yeni variantı: narahatlığa əsas varmı?

15:27
13 Aprel

Avropada təbii qaz qiymətləri yenidən artır

15:26
13 Aprel

Ukrayna Prezidenti yeni təhlükəsizlik müqavilələrinin anonsunu verib  

15:14
13 Aprel

Enerji bazarlarında müvəqqəti "sakitlik" bitdi

15:12
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!