01 May 2026 00:47
1381
Fərmanlar
A- A+
"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 

"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 


Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 aprel 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özbəkistan iqtisadiyyatında yeni investisiya hədəfləri açıqlanıb

13:34
17 İyun

Abşeron çimərliklərində hava necə olacaq?

13:29
17 İyun

Kolumbiya səfiri: Sürücülük vəsiqəmi "ASAN xidmət" mərkəzindən aldım

13:21
17 İyun

AZPROMO: Azərbaycan enerji və nəqliyyat sahəsində strateji mərkəz kimi öz mövqeyini möhkəmləndirib

13:17
17 İyun

Şavkat Mirziyoyev: Biz Xəzər dənizindən keçən Orta Dəhliz nəqliyyat marşrutunu inkişaf etdiririk  

13:08
17 İyun

Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək

12:51
17 İyun

Mərkəz: Ölkədə epidemioloji vəziyyət sabitdir və nəzarət altında saxlanılır

12:48
17 İyun

Malayziya Mərkəzi Bankı: İslam maliyyəsinin uzunmüddətli iqtisadi inkişafın təmin olunmasına xidmət etməsini hədəfləyirik  

12:38
17 İyun

BƏƏ səhralaşmaya qarşı mübarizəni gücləndirir

12:16
17 İyun

Xəzər dənizində zəlzələ qeydə alınıb

12:09
17 İyun

“Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər

12:03
17 İyun

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib  

11:58
17 İyun

İran xam neft ixracına başlayıb

11:49
17 İyun

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

11:43
17 İyun

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb  

11:40
17 İyun

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

11:37
17 İyun

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

11:36
17 İyun

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

11:35
17 İyun

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

11:21
17 İyun

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır  

11:16
17 İyun

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

11:07
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!