11 İyun 2026 08:30
1691
SİYASƏT
A- A+
Qarabağda bərqərar olan ədalət

Qarabağda bərqərar olan ədalət


Tarix bəzən xalqları uzunmüddətli sınaqlar, ədalətszliklər və ağır itkilərlə dolu keşməkeşli yollarla sınağa çəkir. Lakin onun ən dəyişməz qanunu budur ki, gec-tez haqq yerini tapır, tarixi ədalət bərpa olunur. Azərbaycan xalqının son ikiəsrlik tarixi, xüsusilə də ötən əsrin sonlarında üzləşdiyi Qarabağ düyünü və bu düyünün polad iradə ilə açılması məhz bu bəşəri qanunun ən parlaq nümunəsidir.

Bu gün Azərbaycan xalqı 2020-ci ilin noyabrında qazanılan tarixi Zəfərin qürurunu yaşayır. 44 günlük Vətən müharibəsi və ardınca gələn antiterror tədbirləri ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin olunub, Konstitusiyamız bütün ərazilərimizdə hüquqi qüvvəyə minib. Üçrəngli bayrağımızın Xankəndidə, Şuşada, Xocalıda və digər azad olunmuş torpaqlarımızda qürurla dalğalanması dövlətimizin hərbi və diplomatik qüdrətinin ən bariz sübutudur. İndi isə Qarabağ və Şərqi Zəngəzur nəhəng quruculuq meydanına çevrilərək Böyük qayıdışla öz doğma sakinlərinə qucaq açır. 

Bir sözlə, Cənubi Qafqazda Azərbaycanın səyləri ilə tamamilə yeni, ədalətli reallıq bərqərar olub.


Kütləvi qırğınlar, deportasiyalar, işğal...


Ancaq Azərbaycanı bugünkü qüdrətli günlərinə yetirmək üçün xalqımız çox ağrı-acılı dönəmlərdən keçib. 

Hər şey sovet hakimiyyətinin ilk illərində, heç bir coğrafi, tarixi və siyasi əsası olmayan qərarla başladı. 1923-cü ildə Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması sözün əsl mənasında regiona saatlı bomba yerləşdirmək kimi bir şey idi. O dövrdə mərkəzi Xankəndi olan bu bölgədə ermənilərin sayı süni şəkildə artırıldı, yerli idarəetməyə rəhbərlik onlara tapşırıldı və  azərbaycanlıların öz doğma yurdlarından sıxışdırılmasına başlanıldı.

Onilliklər boyu gizli-gizli alovlandırılan bu separatizm ocağı, ötən əsrin 80-ci illərinin sonunda yenidən aktivləşdi. Erməni şovinistləri regionun guya sosial-iqtisadi baxımdan geridə qaldığı yalanını ortaya ataraq DQMV-nin Ermənistana birləşdirilməsi iddiasını qaldırdılar. 

20 fevral 1988-ci ildə erməni millətçiləri DQMV-nin İcraiyyə Komitəsinin sessiyasını çağıraraq qərar qəbul etmişdilər ki, bu vilayət Azərbaycanın tərkibindən çıxır və Ermənistana birləşdirilir. Separatçıların qəbul etdiyi bədnam "birləşmə" qərarına etiraz edən dinc Əsgəran və Ağdam sakinlərinə atəş açılması, iki azərbaycanlı gəncin qətlə yetirilməsi ilə proses kütləvi qırğınlar, deportasiyalar və açıq işğal mərhələsinə qədəm qoydu.

Münaqişənin alovlandığı illərdə Azərbaycanın ozamankı siyasi rəhbərliyinin qətiyyətsizliyi, milli təəssübkeşlikdən uzaq olması, siyasi iradə nümayiş etdirə bilməməsi, eyni zamanda bütün ümidlərini sovet rəhbərliyinə bağlaması hadisələrin gedişatını daha da ağırlaşdırırdı. 

1990-cı il iyunun 11-də Azərbaycan SSR Ali Soveti Ermənistanla sərhəd xətti boyu fövqəladə vəziyyət elan etdi. Sərhədlər mühəndis qurğuları ilə möhkəmləndirildi, xüsusi milis dəstələri yaradıldı.  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının "Odlar Yurdu Azərbaycan" elektron toplusunda bu barədə yer alan məlumatda bildirilir ki, bu zaman SSRİ silahlı qüvvələri SSRİ-nin saxlanmasına münasibət haqqında 17 mart ümumittifaq referendumunda iştirak etməyən Ermənistana "dərs vermək", habelə Azərbaycandakı kommunist rejimini dəstəkləmək üçün erməni silahlı dəstələrinə köməyi xeyli azaltdı. 1991-ci il mayın əvvəllərində Çaykənd və Martunaşendə pasport rejimi yoxlanıldı və hərbiləşdirilmiş erməni birləşmələri tərk-silah edildi. İyulun əvvəllərində Goranboy rayonunun Azadkənd, Sarısu, Manaşid, Erkeç və Buzluq kəndlərində erməni silahlı quldurlarının dayaq məntəqələri dağıdıldı. Erməni əhali öz razılığı ilə bu bölgələrdən köçüb getdi. Lakin ermənilər sərhəd zonalarındakı Azərbaycan kəndlərinə basqınlardan əl çəkmirdilər. 

Qeyd olunur ki, 1991-ci il avqustun 18-22-də erməni hərbi hissələri rusların köməyi ilə, vertolyotlar və ağır texnikadan istifadə etməklə Qazax rayonuna hücuma keçdi. Bağanıs-Ayrım kəndi dağıdıldı, dinc əhaliyə işgəncələr verildi. Erməni hərbi hissələrinin Zəngilan, Qubadlı və Laçın rayonu kəndlərinə də hücumları ara vermirdi. Bu vaxt Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə erməni quldurları basqın etmişdilər. Əhali mərdliklə müqavimət göstərmiş, 20 erməni qulduru məhv edilmişdi. Burada olan sovet ordusu dəstəsi, demək olar ki, seyrçi mövqe tutmuşdu. Təkcə ukraynalı Oleq Babak əliyalın azərbaycanlılara kömək etmiş və qəhrəmanlıqla həlak olmuşdu. Ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

"Can üstündə olan imperiya milli münaqişəni daha da dərinləşdirdi. Lakin onun iflası gündən-günə yaxınlaşırdı. İmperiyanın pəncəsindən xilas olmağa çalışan xalqın tələbi ilə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyanatın qəbul olunması ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsi daha da kəskinləşdi. Bu münaqişə Ermənistanın əli ilə Azərbaycana qarşı aparılan açıq-aşkar təcavüzkar müharibəyə çevrildi", - deyə, məlumat verilir.

Bir sözlə, Ali Sovetin 11 iyun qərarı bəzi kəndlərdə erməni quldurlarının tərk-silah edilməsi ilə nəticələnsə də, Moskvanın birmənalı şəkildə  Ermənistanı müdafiə etməsi, həmçinin respublikamızın siyasi rəhbərliyinin qətiyyətsizliyi səbəbindən kağız üzərində qalır. 

Vəziyyət isə getdikcə daha da pisləşir, iqtidara gələn AXC-Müsavat cütlüyü ölkəni çıxılmaz böhrana sürükləyir. Bir yandan işğal faktı ilə üz-üzə qalan Azərbaycan digər yandan daxili çəkişmələrin, hakimiyyət davasının aparıldığı, qardaş qanının axıdıldığı  meydana çevrilirdi. Faktiki olaraq vətəndaş müharibəsinin astanasında olan Azərbaycanın dövlətçiliyi sual altına düşürdü. 

O illərdə buraxılan səhvlər, göstərilən qətiyyətsizliklər torpaqlarımızın 20 faizinin işğalı və 1 milyon soydaşımızın qaçqın-köçkün həyatı yaşaması ilə nəticələnmişdi.


Xilaskarlıq missiyası gələcək qələbələrin təməlini qoydu


Xalqla iqtidarın bir ola bilmədiyi, vətəndaş müharibəsinin qapını kəsdiyi  məqamda xalqın harayına səs verən Ulu Öndər Heydər Əliyev ölkəni xilaskarlıq missiyası ilə böyük bir fəlakətdən qurtardı və gələcək qələbələrin təməlini qoydu.

Ümummilli Lider Heydər Əliyev kağız üzərindəki müstəqilliyi real dövlətçiliyə çevirərək, sarsılmış cəmiyyətdə milli birlik hissini bərpa etdi. O çətin dövrdə daxili xaosun cilovlanmasından tutmuş qlobal neft strategiyasına qədər atılan hər bir addım parçalanma təhlükəsi yaşayan bir ölkənin qurtuluşu oldu. 

Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edərək gücünə-güc qatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il Vətən müharibəsində ərazilərimizi işğaldan azad etdi. 2023-cü ildə həyata keçirilən və cəmi 23 saat çəkən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam təmin olundu . 

Nümayiş etdirilən siyasi iradə və qətiyyətin nəticəsi olaraq 24 may 2024-cü ildə Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. 

Tarixin bəxtimizə yazdığı acı səhifələr, xalqımızın çəkdiyi müsibətlər artıq geridə qalıb. Azərbaycanın tarixə, haqqa və ədalətə dayanan böyük Zəfəri erməni şovinizminin planlarını alt-üst etdi. Sərhədlərini addım-addım bərpa edən, bayrağını vətənin hər bir guşəsində dalğalandıran Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, xalq-dövlət-ordu birliyi ədaləti əbədi bərpa etməyə qadirdir.  Azərbaycanın bərpa etdiyi ədalət həm də regionun əbədi sülh təminatıdır. 

 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada “Sözün həsrəti –Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

20:14
19 İyul

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq

15:37
19 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb

14:03
19 İyul

Azərbaycan nümayəndə heyəti BMT tədbirlərinə qatılıb

13:58
19 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
19 İyul

Azərbaycan Cənubi Qafqazda ən sürətli internetə malikdir

13:19
19 İyul

Rusiyanın Stavropol diyarında dron hücumundan sonra fövqəladə vəziyyət elan edilib

12:52
19 İyul

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

12:49
19 İyul

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

11:38
19 İyul

Fransa-İngiltərə oyunu çempionat tarixində üçüncü yer uğrunda ən çox qol vurulan matç olub

10:43
19 İyul

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

09:13
19 İyul

Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb - Hadisə yerindən FOTOREPORTAJ YENİLƏNİB

08:03
19 İyul

İngiltərə Fransaya qalib gələrək dünya üçüncüsü olub

07:31
19 İyul

Almaniya Kansleri Fridrix Merts istefaya çağırıldı

23:45
18 İyul

Vaqif Poeziya Günlərində “Sözün gülüşü – Şuşa hekayələri” adlı tamaşa təqdim edilib

23:43
18 İyul

Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı" təşkil edilib

20:49
18 İyul

XİN: Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb

19:37
18 İyul

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!