10 İyun 2026 08:00
2917
İQTİSADİYYAT
A- A+
Azərbaycan iqtisadiyyatının gücünü beynəlxalq maliyyə qurumları da etiraf edirlər

Azərbaycan iqtisadiyyatının gücünü beynəlxalq maliyyə qurumları da etiraf edirlər


Azərbaycanda son illər həyata keçirilən iqtisadi islahatlar, neftdənkənar sahənin inkişafına yönəlmiş siyasət və maliyyə sabitliyinin qorunması beynəlxalq maliyyə qurumlarının diqqətindən kənarda qalmır. Dünyanın aparıcı reytinq agentlikləri və beynəlxalq təşkilatları ölkəmizin iqtisadi göstəricilərini müsbət qiymətləndirir, dayanıqlı inkişaf potensialına dair nikbin proqnozlar səsləndirirlər. 

Bu baxımdan beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in son hesabatı xüsusi diqqət çəkir. Agentlik Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defolt reytinqini  BBB səviyyəsində təsdiqləyib, proqnozu isə "sabit" saxlayıb (Qeyd edək ki, "Fitch Ratings"in Azərbaycan iqtisadiyyatına verdiyi  BBB  səviyyəsi kredit reytinqləri şkalasında kredit qabiliyyətinin kifayət qədər səviyyəli olduğu deməkdir). Hesabatda ölkəmizin güclü xarici maliyyə mövqeyi, aşağı dövlət borcu səviyyəsi və Dövlət Neft Fondunun əhəmiyyətli aktivləri sayəsində formalaşan yüksək maliyyə çevikliyi əsas üstünlüklər kimi qeyd olunub.

Agentlik hazırda qlobal maliyyə bazarlarının ən etibarlı informasiya mənbələrindən biri kimi tanınır. Bu gün "Fitch Ratings" yalnız reytinq fəaliyyəti ilə məhdudlaşmır. Qurum maliyyə bazarlarının təhlili, risklərin idarə olunması, kredit araşdırmaları və peşəkar təlim xidmətləri istiqamətlərində də fəaliyyət göstərir. Elə buna görə də onun Azərbaycan iqtisadiyyatı ilə bağlı verdiyi hər bir rəy və proqnoz ölkənin investisiya cəlbediciliyinin, maliyyə dayanıqlılığının və beynəlxalq etimad səviyyəsinin mühüm göstəricilərindən biri hesab olunur.

Agentliyin qiymətləndirməsində Azərbaycanın güclü maliyyə dayanıqlılığını şərtləndirən əsas amillərdən biri kimi ölkənin xarici valyuta ehtiyatları xüsusi vurğulanır. Qurumun proqnozlarına görə, yaxın illərdə də bu istiqamətdə müsbət dinamika davam edəcək. Agentlik Azərbaycanın suveren valyuta aktivlərinin 2026-cı ildə 93 milyard dollara yüksələcəyini proqnozlaşdırır. Bu məbləğin ölkənin həmin il üçün proqnozlaşdırılan ümumi daxili məhsulunun 117 faizinə bərabər olacağı bildirilir. "Fitch Ratings"  hesab edir ki, valyuta aktivlərinin artımında əsas rolu enerji sektorundan əldə olunan gəlirlər oynayacaq. Xüsusilə Yaxın Şərqdə müşahidə olunan geosiyasi gərginlik fonunda neft və qaz qiymətlərinin yüksəlməsi Azərbaycanın ixrac gəlirlərinin artmasına əlavə imkanlar yaradır. Hesabatda qeyd olunur ki, ölkənin suveren valyuta aktivlərinin böyük hissəsi, yəni təxminən 84 faizi Dövlət Neft Fondunda cəmləşəcək. Qalan hissə isə Mərkəzi Bankın  beynəlxalq valyuta ehtiyatları şəklində saxlanılacaq. Bu amil Azərbaycanın strateji maliyyə ehtiyatlarının etibarlı şəkildə idarə olunduğunu və uzunmüddətli makroiqtisadi sabitliyin qorunmasına xidmət etdiyini göstərir.

Agentliyin  hesabatında diqqətçəkən məqamlardan biri də Azərbaycanın xarici maliyyə mövqeyinin möhkəmliyinə verilən yüksək qiymətdir. Bu mənada  "Fitch Ratings"in proqnozlarına görə, ölkənin xalis suveren xarici aktivləri yaxın illərdə ÜDM-in 73 faizi səviyyəsinə çatacaq. Bu da Azərbaycanın BBB reytinq kateqoriyasına daxil olan dövlətlər arasında ən yüksək göstəricilərdən birinə sahib olacağı deməkdir. Təsadüfi deyi ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki, ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2 faizə çatıb: "Bu, 2024-cü illə müqayisədə 2,8 faiz bəndi çoxdur və 2029-cu ilə bizim hədəfimiz 69-70 faizə çatmaqdır. İcmal büdcənin qeyri-neft-qaz gəlirlərinin qeyri-neft-qaz ÜDM-nə nisbəti 28,7 faizə çatıb və icmal büdcənin qeyri-neft-qaz baza kəsiri qeyri-neft-qaz ÜDM-in cəmi 18,6 faizinə bərabər olub. Bu da çox önəmli bir göstəricidir. Bizim büdcəmiz bütün ölkələrdə olduğu kimi, kəsirlə proqnozlaşdırılır və bizim kəsrimiz adətən ümumi büdcə seqmentində proqnoz olaraq 2,2-2,5 faiz ətrafında olur".

Nazir həmçinin bildirib ki, dövlət büdcəsi ilə bağlı ikinci göstərici də müəyyən edilib: "Bu, qeyri-neft baza kəsiridir, yəni büdcənin qeyri-neft-qaz gəlirlərinin qeyri-neft-qaz xərclərinə nisbətdə göstəricisidir. Qeyri-neft-qaz baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq. Düşünürük ki, bu rəqəmin aşağı düşməsi Azərbaycan dövlət büdcəsinin makroiqtisadi, fiskal çərçivələrinin sağlamlaşması üçün daha da sağlam, daha da dayanıqlı olması üçün çox önəmli göstəricidir və keçən ilin icrasında bu göstərici ÜDM-in cəmi 18,6 faizinə bərabər olub. Hədəf göstəricisi 22 faiz idi. Hədəf göstəricidən 3,5 faiz bəndi daha aşağı nəticə əldə etmişik. Əlbəttə, növbəti dövrdə bu rəqəmin daha da aşağı salınması planlaşdırılır. Təsdiq olunmuş ortamüddətli xərclər çərçivəsində 2029-cu ilə bu rəqəmin 13 faizə qədər azaldılmasını planlaşdırırıq".

Agentliyin proqnozlarına əsasən, enerji daşıyıcılarının dünya bazarlarında yüksək qiymətlərinin qorunub saxlanılması və idxalın nisbətən məhdud artımı Azərbaycanın xarici ticarət balansına da müsbət təsir göstərəcək. Nəticədə tədiyə balansının cari əməliyyatlar hesabı üzrə profisitin 2026-cı ildə ÜDM-in 9 faizinə yüksələcəyi gözlənilir. Halbuki bu göstərici 2025-ci ildə 4,6 faiz səviyyəsində qiymətləndirilirdi. "Fitch Ratings" in  ekspertləri hesab edirlər ki, 2027-ci ildə neft və qaz qiymətlərində müəyyən enmə tendensiyası müşahidə olunsa belə Azərbaycanın cari əməliyyatlar hesabı üzrə profisiti eyni reytinq qrupuna daxil olan ölkələrin orta göstəricilərini üstələməyə davam edəcək. Bu isə öz növbəsində ölkənin valyuta ehtiyatlarının artımına, makroiqtisadi sabitliyin möhkəmlənməsinə və maliyyə dayanıqlılığının qorunmasına əlavə dəstək verəcək.

Hesabatda büdcə idarəçiliyi sahəsində aparılan islahatlar da yüksək qiymətləndirilir. Qeyd olunur ki, 2027-2030-cu illəri əhatə edən strategiya çərçivəsində qeyri-neft büdcə kəsirinin mərhələli şəkildə azaldılması fiskal dayanıqlığın güclənməsinə xidmət edəcək. Agentliyin fikrincə, büdcə qaydalarının təkmilləşdirilməsi və Dövlət Neft Fondundan transferlərin tədricən azaldılması maliyyə siyasətinin daha sabit və proqnozlaşdırılan olmasına, eyni zamanda ölkənin xarici aktivlərinin artmasına əlavə dəstək verəcək.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qlobal iqtisadi çağırışların davam etdiyi bir şəraitdə də öz maliyyə dayanıqlılığını qoruyub saxlamağı bacarır. Beynəlxalq reytinq agentliklərinin müsbət qiymətləndirmələri ölkədə həyata keçirilən iqtisadi siyasətin düzgün istiqamətdə olduğunu göstərməklə yanaşı, gələcək inkişaf perspektivlərinə olan inamı da gücləndirir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!