06 İyun 2026 08:00
2862
SİYASƏT
A- A+
Azərbaycanın enerji və inkişaf modeli

Azərbaycanın enerji və inkişaf modeli


Prezident İlham Əliyevin milli maraqlara əsaslanan strategiyası dünyada böyük maraq yaradıb


"Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik... ...Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı... ...Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər".

Prezident İlham Əliyevin iyunun 1-də "Bakı Enerji Həftəsi"nin açılış mərasimində etdiyi tarixi və dərinməzmunlu çıxışı müasir Azərbaycanın keçdiyi inkişaf yolunun, onun qlobal enerji təhlükəsizliyindəki rolunun və gələcəyə yönəlmiş strateji baxışının mükəmməl xülasəsi idi. Prezidentin bu nitqi həm də Azərbaycanın unikal inkişaf modelinin bir daha dünyaya dolğun təqdimatı oldu. 


Təbii sərvətlərdən düzgün istifadə 


Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ağır iqtisadi böhran, torpaqlarımızın işğalı və humanitar fəlakət şəraitində xilas yolu məhz təbii sərvətlərdən düzgün istifadə edilməsindən keçirdi. Ulu Öndər Heydər Əliyevin sayəsində 1994-cü ildə "Əsrin müqaviləsi"nin timsalında əsası qoyulan müdrik neft siyasəti ölkəmizin müstəqil dövlət kimi yaşamasının və qlobal gücə çevrilməsinin bünövrəsi oldu. Bu gün "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan (BTC), "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr qlobal enerji təhlükəsizliyini təmin edir. Digər tərəfdən, milli maraqlara əsaslanan enerji siyasəti ölkəmizi gücləndirir, dünyada nüfuzumuzu artırır. Bu da xarici təsirlərin qarşısını almağa imkan yaradır. 

Azərbaycanın ən böyük uğuru təbii sərvətlərdən əldə olunan gəlirlərin effektiv idarə edilməsidir. Enerji resurslarından gələn qazanc rifaha, inkişafa, sosial infrastruktura, təhsilə, səhiyyəyə və güclü ordunun qurulmasına yönəldilib. Məhz neft və qaz kapitalının insan və hərbi kapitala çevrilməsi strategiyası 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizi təmin edən ən mühüm amillərdən biri oldu.

Uğurlu enerji siyasəti həyata keçirən Azərbaycanın inkişaf yolunu "Bakı Enerji Həftəsi"nin açılış mərasimində diqqətə çatdıran Prezident İlham Əliyev söylədi ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq və cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub edərək kapitulyasiya aktını imzalamağa məcbur etdik: "Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər".

Xüsusilə son illərdə qlobal geosiyasi böhranlar fonunda Avropanın alternativ və etibarlı qaz mənbələrinə ehtiyacı pik həddə çatıb. Ölkəmiz bu kritik məqamda qitənin enerji təhlükəsizliyinin sütununa çevrilib. Azərbaycan qazını idxal edən ölkələrin sayının qısa müddətdə 12-dən 16-ya yüksəlməsi və onların 10-nun Avropa İttifaqı üzvü olması, Bakının vəd etdiyi strateji tərəfdaşlığının Avropa üçün əvəzolunmaz olduğunu nümayiş etdirir.

Onu da vurğulayaq ki, dövlətimizin rəhbərinin "Bu gün Avropa enerji bazarının "Cənub qaz dəhlizi" olmadan necə olacağını təsəvvür etmək çətindir" fikri reallığa əsaslanan ən obyektiv qənaətdir.


Resursların alternativ enerjiyə yönəldilməsi 


Prezident İlham Əliyev öz nitqində qlobal müstəvidə neft və qaz hasil edən ölkələrə qarşı aparılan qarayaxma kampaniyalarına və əsassız təzyiqlərə qarşı kəskin, praqmatik mövqe nümayiş etdirdi və haqlı olaraq vurğuladı ki, ölkələr torpaqlarında neft və qazın olmasına görə günahlandırılmamalıdır: "...Ölkələr neftin olub-olmaması ilə deyil, gəlir-lərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, "yaşıl gündəlik" məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir". 

Azərbaycanın yüksək imici onun ənənəvi enerjidən qazandığı vəsaitləri "yaşıl enerji" yatırmasından da aydın görünür. Ölkəmizin növbəti yüz il üçün həm öz, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək qaz ehtiyatı olsa da, dövlət daxili və xarici investorlarla birlikdə bərpaolunan enerji mənbələrini sürətlə inkişaf etdirir. 

Gələn ilin sonunadək günəş və külək enerjisi gücünün 2 qiqavata, 2032-ci ilə qədər isə 8 qiqavata çatdırılması hədəflənir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji potensialı işə salınıb.

"Qara dəniz Enerji Kabeli" və Mərkəzi Asiyadan uzanacaq "yaşıl enerji" dəhlizləri ilə Azərbaycan gələcəkdə həm də "yaşıl enerji" ixracatçısına çevrilir.

Yeri gəlmişkən, bildirək ki, ABŞ Prezidenti Donald Tramp "Bakı Enerji Həftəsi"nə ünvanladığı məktubunda, "31-ci "Bakı Enerji Həftəsi"ni keçirdiyiniz vaxtda Sizə və Azərbaycan xalqına öz təbriklərimi çatdırıram. Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur", - deyə xüsusi vurğulayıb. 

ABŞ kimi dünyanın siyasi və iqtisadi nəhəngi olan bir ölkənin liderinin sözügedən məktubunda ifadə olunan yüksək qiymət bir daha sübut edir ki, Azərbaycanın tətbiq etdiyi enerji modeli təkcə regional deyil, qlobal miqyasda nümunəvi xarakter daşıyır.

Resursların idarə edilməsində şəffaflıq, xarici investisiyalara açıqlıq, daxili sabitlik və qonşularla qurulan düzgün diplomatik münasibətlər, dənizə birbaşa çıxışı olmayan ölkə üçün unikal nailiyyətdir. Bu mənada Azərbaycanın inkişaf modelini xüsusilə post-münaqişə və keçid dövrü yaşayan digər dövlətlər üçün ən real və uğurlu örnək saymaq olar. 

Vurğulandığı kimi, Azərbaycan təbii resurslarını düzgün və səmərəli idarə edən və bütöv bir qitənin enerji təhlükəsizliyində xüsusi rol oynayan qlobal oyunçudur. Otuz il əvvəl xarici kapital və investor asılılığında olan Azərbaycan bu gün artıq qlobal kapital bazarlarında özü şərtləri diktə edən gücə çevrilib. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!