10 İyun 2026 01:54
942
Fərmanlar
A- A+
Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin vahid əsaslarla səmərəli tətbiqi sahəsində institusional tənzimləmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram: 

1. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond) sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - Cəmiyyət) həvalə edilsin.

2. Bu Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılması, mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond tərəfindən təmin edilsin.

3.  Müəyyən edilsin ki:

3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin mərhələdə pilot layihə kimi 2030-cu il dekabrın 31-dək, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində tətbiq edilir;

3.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri çərçivəsində müvəkkil təşkilatlar tərəfindən sahibkarlıq subyektlərinə təqdim edilən kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 (on üç) faizdir və təqdim edilən kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 (əlli) faizi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır;

3.3. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi "Elektron kredit və zəmanət" informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərini əhatə edənədək həm elektron qaydada, həm də sənədlərinkağız formada qəbulu və icrası yolu ilə həyata keçirilir.

4.  Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

4.1.1. altı ay müddətində sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi mexanizmlərinin tətbiqi təcrübəsi, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası"nın tətbiqi nəticələri nəzərə alınmaqla, həmin mexanizmlərin təkmilləşdirilməsinə dair;

4.1.2. üç ay müddətində,bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı;

4.2. işğaldan azad edilmiş ərazilər istisna olmaqla, bu Fərmanın 3.1-ci bəndi ilə müəyyən edilmiş digər ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə tətbiq olunacaq ümumi kredit portfelinin həcmini və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı mexanizmlərin maliyyələşdirilməsi məqsədilə Cəmiyyətin tələb olunan maliyyə vəsaiti ilə təmin edilməsi üçün bir ay müddətində zəruri tədbirlər görsün; 

4.4. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş öhdəliklərin icra vəziyyətinə nəzarəti həyata keçirsin və onların icrası başa çatdıqdan sonra bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn aidiyyəti məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

6.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" nəzərə alınmaqla, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş mexanizmlərin tətbiq ediləcəyi prioritet sahələri bir ay müddətində müəyyən etsin;

6.2. "Elektron kredit və zəmanət" informasiya sisteminin təkmilləşdirilməsi, o cümlədən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmlərinin həmin sistem üzərindən tam tətbiqinin təmin edilməsi məqsədilə üç ay müddətində zəruri tədbirlər görsün.

7. "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030 (Cild I); 2024, № 2, maddə 159; 2025, № 2, maddə 113, № 8, maddə 761) 3 - 6-cı hissələri ləğv edilsin.

8. "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328 (Cild I); 2024,   № 3, maddə 263, № 10, maddə 1124; 2025, № 4 (I kitab), maddə 333, № 7, maddə 657) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 3.2-ci bənddən "və müvəkkil banklardan manatla aldıqları kreditlərə" və "və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən" sözləri çıxarılsın;

8.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi" üzrə:

8.2.1.  1.1-ci bənddən"və müvəkkil banklardan manatla aldıqları kreditlərə" və "və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən" sözləri çıxarılsın;

8.2.2.  2-ci hissə üzrə:

8.2.2.1.  2.1-ci bənddən "və müvəkkil banklardan manatla aldıqları kreditlərə" və "və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya" sözləri çıxarılsın;

8.2.2.2.  2.2.2-ci yarımbənddən "müvəkkil banklardan manatla aldıqları kreditlərə, habelə" sözləri çıxarılsın;

8.2.2.3.  2.2.3-cü yarımbənd ləğv edilsin.

9. "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 45 (Cild I); 2026, № 1, maddə 26) aşağıdakı dəyişikliklər edilsin:

9.1. adında və 1-ci hissədə "İşğaldan azad edilmiş ərazilərdə" sözləri "Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

9.2. 2-ci hissə üzrə:

9.2.1. 2.1-ci bəndə "olaraq" sözündən sonra "işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən" sözləri əlavə edilsin;

9.2.2. 2.2-ci bənddə "İşğaldan azad edilmiş ərazilərdə" sözləri "Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

9.3. həmin Fərmanla təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası" üzrə:

9.3.1. adında "İşğaldan azad edilmiş ərazilərdə" sözləri "Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

9.3.2. 1-ci hissədə "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli 3037 nömrəli Sərəncamının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və işğaldan azad edilmiş ərazilərdə" sözləri "Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

9.3.3.  2-ci hissə üzrə:

9.3.3.1. 2.1.3-cü yarımbənddə "və işğaldan azad edilmiş ərazilərdə" sözləri "Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

9.3.3.2.  2.1.4-cü yarımbənddə "90 (doxsan)" sözləri "işğaldan azad edilmiş ərazilər üzrə 90 (doxsan) faizədək, digər ərazilər üzrə 50 (əlli)" sözləri ilə əvəz edilsin;

9.3.4.  3-cü hissə üzrə:

9.3.4.1. 3.1-ci bənddən "işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən" sözləri çıxarılsın;

9.3.4.2. 3.3.1-ci yarımbənd ləğv edilsin;

9.3.4.3. 3.3.2-ci yarımbənddə "60 (altmış)" sözləri "30 (otuz)" sözləri ilə əvəz edilsin;

9.3.4.4. 3.6-cı bəndin birinci cümləsində "10 (on) faiz bəndi" sözləri "yarısı" sözü ilə əvəz edilsin və həmin bənddən ikinci cümlə çıxarılsın; 

9.3.5.  4-cü hissə üzrə:

9.3.5.1. 4.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"4.1.1. bir borcalanın bütün müvəkkil təşkilatlar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan, bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil təşkilatlar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği isə 10 000 000 (on milyon) manatdan çox olmamalı;";

9.3.5.2. 4.1.2-ci yarımbənddə "15 (on beş)" sözləri "13 (on üç)" sözləri ilə əvəz edilsin;

9.3.5.3. 4.1.5-ci yarımbənddə "90 (doxsan)" sözləri "işğaldan azad edilmiş ərazilər üzrə 90 (doxsan) faizdən, digər ərazilər üzrə 50 (əlli)" sözləri ilə əvəz edilsin;

9.3.5.4. 4.2-ci bənddə "İşğaldan azad edilmiş ərazilərdə" sözləri "Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

9.3.6.  7-ci hissə üzrə:

9.3.6.1. 7.2-ci bənddə "1" rəqəmi "1,75"rəqəmləri  ilə, "50 faizini" sözləri "yarısını" sözü ilə əvəz edilsin;

9.3.6.2. 7.3-cü bənddə "0,5" rəqəmləri "1 (bir)" sözləri ilə əvəz edilsin;

9.3.7. 8.5-ci bəndin üçüncü cümləsində "birdəfəlik" sözü "bir dəfə" sözləri ilə əvəz edilsin; 

9.3.8. 10-cu hissə üzrə:

9.3.8.1. 10.1-ci bəndin birinci cümləsində və 10.2-ci bənddə "20" rəqəmləri "50 (əlli)" sözləri ilə əvəz edilsin;

9.3.8.2. 10.3-cü və 10.7-ci bəndlər ləğv edilsin;

9.3.9. həmin Qaydaya əlavə - "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi" üzrə:

9.3.9.1. adında "İşğaldan azad edilmiş ərazilərdə" sözləri "Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

9.3.9.2. 1.1-ci bənddə hər iki halda "İşğaldan azad edilmiş ərazilərdə" sözləri "Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

9.3.9.3.  2-ci hissə üzrə:

9.3.9.3.1.  2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.1. Bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilən kredit üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun işğaldan azad edilmiş ərazilər üzrə 90 (doxsan) faizədək, digər ərazilər üzrə 50 (əlli) faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin 3.1.3-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edir.";

9.3.9.3.2.  2.2-ci bəndə "üzrə" sözündən sonra "işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən" sözləri əlavə edilsin;

9.3.9.4.  3.1.3-cü yarımbənddən "sahibkarlıq subyektlərinə ayrılacaq zəmanət məbləğinin 0,5 (sıfır tam onda beş) faizi həcmində" sözləri çıxarılsın;

9.3.9.5.  4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"4.1.  Bu Sazişin 2.1-ci bəndi nəzərə alınmaqla, Zamin Fondun müraciəti əsasında müvəkkil təşkilat tərəfindən sahibkarlıq subyektlərinə ayrılan kredit vəsaiti üzrə öhdəliklərin (əsas borc) yerinə yetirilməsinə dövlət zəmanəti verir.";

9.3.9.6.  6.3-cü bəndin üçüncü cümləsində "birdəfəlik" sözü "bir dəfə" sözləri ilə əvəz edilsin.

10. Bu Fərmanın 7-ci hissəsi Fondun bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan mövcud öhdəlikləri tam icra olunduqdan sonra qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 9 iyun 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tovuzlu fermerlər yeni dövlət proqramını əlavə stimul kimi qəbul edirlər

12:20
28 İyul

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır

12:05
28 İyul

Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə zəlzələ olub

12:00
28 İyul

İnformasiya Texnologiyaları İnstitutu və Hesablama Palatası birgə layihələr reallaşdıracaq

11:54
28 İyul

Bu ilin altı ayında 867 milyon manatdan çox sığorta haqqı yığılıb

11:53
28 İyul

Orta Dəhliz Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir

11:51
28 İyul

Azərbaycan Avrasiyanın ən mühüm tranzit qovşaqlarından birini formalaşdırıb

11:33
28 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

11:32
28 İyul

Türkiyə mediası azərbaycanlı tələbələrin Londonda memarlıq üzrə beynəlxalq təcrübəni öyrənməsi barədə yazıb

11:25
28 İyul

Dünya çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur

11:24
28 İyul

Berlin görüşləri: Azərbaycanın artan geosiyasi çəkisinə Avropanın baxışı

11:23
28 İyul

Donald Tramp: "Türkiyə ordusu möhtəşəmdir"

11:20
28 İyul

İsrail və Livan arasında Romada yeni danışıqlar gözlənilir

11:18
28 İyul

Barselona metrosunda baş verən yanğında 137 nəfər zəhərlənib

11:16
28 İyul

Küləkli hava şəraiti günorta saatlarından etibarən tədricən mülayimləşəcək

10:39
28 İyul

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş Azərbaycan vətəndaşları ilə görüşüblər

10:37
28 İyul

Bu ilin ilk altı ayında proaktiv qaydada 100 minə yaxın pensiya, müavinət və təqaüd təyin edilib

10:36
28 İyul

Qızıl və gümüş ucuzlaşıb

10:34
28 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:34
28 İyul

Zelenski ABŞ-də səfərdədir

10:32
28 İyul

Azərbaycan nefti 95 dollara satılır

10:31
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!