25 İyul 2026 01:09
1042
Fərmanlar
A- A+
"Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

"Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.18-ci və 15-27-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 15-27-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;  

1.3. həmin Qanunun 1.1.18-ci maddəsində "orqan (qurum)" dedikdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "İcbari tibbi sığorta" altsistemi yaradılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-21.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə yaradılan altsistemin formalaşdırılmasını 2027-ci il yanvarın 1-dək təmin etsin.

5. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92 (Cild I); 2024, № 12 (II kitab), maddə 1361; 2025, № 11, maddə 1021, № 12 (I kitab), maddə 1154) 6-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 6.1-ci bəndə "1.1.14-cü," sözlərindən sonra "1.1.18-ci," sözləri əlavə olunsun, həmin bənddən "15-13.1-ci" sözləri çıxarılsın və həmin bənddə "15-27.1-ci, 15-27.2-ci" sözləri "15-27-ci" sözləri ilə əvəz edilsin;

5.2. 6.3-cü bənddən "15-27.2-ci," sözləri çıxarılsın;

5.3. 6.4-cü bənddə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin" sözləri "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin" sözləri ilə əvəz edilsin;

5.4. 6.5-ci bəndə "Qanunun" sözündən sonra "15-27-ci maddəsində və" sözləri əlavə olunsun və həmin bənddə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin;

5.5. 6.6-cı bənddə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin;

5.6. 6.7-ci bənddə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin" sözləri "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin" sözləri ilə əvəz edilsin;

5.7. 6.12-ci bəndə "1.1.13-1-ci," sözlərindən sonra "1.1.18-ci," sözləri əlavə olunsun, həmin bənddən "15-13.1-ci," və "15-27.1-ci," sözləri çıxarılsın və həmin bənddə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin;

5.8. 6.15-ci bənddə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri ilə əvəz edilsin;

5.9. 6.17.1-ci və 6.17.2-ci yarımbəndlərin 2-ci abzaslarında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin" sözləri "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin" sözləri ilə, "Agentliyin" sözü "Nazirliyin" sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); 2024, № 4, maddə 385, № 6 (I kitab), maddə 654, № 8, maddə 943, № 10, maddə 1140, № 12 (II kitab), maddə 1383; 2025, № 6, maddə 541, № 11, maddə 1022, № 12 (I kitab), maddə 1154; 2026, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 iyul tarixli 711 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2-ci hissə üzrə:

6.1.1. aşağıdakı məzmunda 2.1.6-2-ci və 2.3.6-2-ci yarımbəndlər əlavə edilsin:

"2.1.6-2. "İcbari tibbi sığorta" altsistemi;";

"2.3.6-2. "İcbari tibbi sığorta" altsistemi vasitəsilə icbari tibbi sığorta sahəsində xidmətlərin elektronlaşdırılması, sənədlər üzrə məlumatların toplanılması və sistemləşdirilməsi;";

6.1.2. 2.7-2-ci bənddə "Tibbi-Sosial Ekspertiza və Reabilitasiya" sözləri "Tibbi Sığorta və Ekspertiza" sözləri ilə əvəz edilsin;

6.2. 4.1.16-1-ci yarımbənd ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!