25 İyul 2026 09:15
1605
Mədəniyyət
A- A+
"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 


Xəzər dənizi sahilindəki "Sea Breeze Resort"da "DREAM FEST-2026" III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Ölkənin ən yaxşı yay musiqi məkanlarından biri dörd gün ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış ifaçıları və minlərlə müasir estrada pərəstişkarını bir araya gətirəcək.

AZƏRTAC xəbər verir ki, festival Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMIN), Endryu Donalds, Çeb Xaled, Stas Mixaylov, Alsu, Yeqor Krid, Ani Lorak, Tomas Neverqrin, Brendon Stoun, Basta Rayms, Barbara Berta, Zülfiyyə Xanbabayeva, Roza Zərgərli, "Rozovıe rozı" qrupu və digər ifaçıların iştirakı ilə keçirilən möhtəşəm qala-konsertlə başlayıb.

İlk musiqi axşamının aparıcıları qismində Reqina Todorenko və Murad Dadaşov çıxış ediblər.

Musiqi marafonunu "Bakıya qaçaq" mahnısı ilə Emin Ağalarov açıb. Tamaşaçılar artıq ilk akkordlardan onlara tanış olan melodiyanı zümzümə edərək bütün axşama xoş ovqat qatıblar. Sonradan artistə Endryu Donalds qoşulub və onlar ikilikdə "About Love" kompozisiyasını ifa ediblər. Mahnını təqdim edən EMIN bildirib ki, onun müəllifi Maksim Fadeyevdir.

Proqram EMIN-in solo kompozisiyaları ilə davam edib, bundan sonra Rusiyanın Əməkdar artisti Alsu səhnəyə çıxıb. Onların "Raznıe" dueti Alsunun "Vçera", "Çujaya" və "İnoqda" hitlərinin axıcı şəkildə solo ifasına çevrilib.

Gecənin ən yaddaqalan məqamlarından biri əfsanəvi Əlcəzair müğənnisi Çeb Xaledin çıxışı olub. Müğənni məşhur "Aicha" mahnısını ifa edərkən tamaşaçılar da ona qoşulublar və bir neçə dəqiqə ərzində konsert məkanı nəhəng açıq hava rəqs meydançasına çevrilib. Brendon Stoun proqrama yeni bir dinamika qatıb. Onun Azərbaycanın Xalq artisti Eyyub Yaqubovun "Moskva-Bakı təyyarəsi" mahnısına verdiyi interpretasiya tamaşaçılarda böyük əks-səda doğurub və ayaq üstə alqışlara səbəb olub.

Endryu Donalds səhnəyə əfsanəvi "Enigma" və "Mishale" kompozisiyaları ilə qayıdaraq tamaşaçılara nostalji hisslər və xatirələr bəxş edib.

Xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları festivalın ilk axşamına fərqli milli kolorit əlavə edib. Ölkənin zəngin mədəni irsindən ilhamlanan canlı xoreoqrafik nömrələr konsert proqramını mükəmməl şəkildə tamamlayıb və tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Roza Zərgərli Azərbaycan musiqisini parlaq şəkildə təmsil ediblər. Roza Zərgərli "İstədim" hitini oxuyub, Zülfiyyə Xanbabayeva isə ən məşhur mahnılarından ibarət kompozisiyanı təqdim edib. Tamaşaçılar müğənni ilə birlikdə oxuduqları "Hərdən" mahnısını böyük həvəslə qarşılayıblar.

"DREAM FEST"də ilk dəfə çıxış edən Belarusun "Rozovıe rozı" qrupunun və isveçrəli müğənni Barbara Bertanın ifaları da tamaşaçı auditoriyası tərəfindən hərarətlə qarşılanıb.

Stas Mixaylov tamaşaçılara "Privet, qostepriimnaya zemlya!" ("Salam, qonaqpərvər diyar!") sözləri ilə müraciət edib. Onun konserti tamaşaçıların birgə müşayiəti ilə davam edib və ən yaddaqalan anlardan biri Roza Zərgərlinin onunla birlikdə "Ya pyu tebya do dna" mahnısını ifa etməsi olub.

Ani Lorak, Tomas Neverqrin və festivalın digər iştirakçıları da öz proqramlarını təqdim ediblər.

Yeqor Kridin çıxışı gənc tamaşaçıların diqqətini cəlb edib. Müğənninin konsert proqramı tamaşaçıların da onunla birlikdə oxuduqları möhtəşəm setlə başa çatıb.

"DREAM FEST-2026" festivalının ilk gününün son akkordu Xəzər dənizi sahili üzərində gecə səmasını işıqlandıran və tədbirin açılışını parlaq şəkildə başa vuran ənənəvi bayram atəşfəşanlığı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!