28 İyul 2026 11:20
158
DÜNYA
A- A+
Donald Tramp: "Türkiyə ordusu möhtəşəmdir"

Donald Tramp: "Türkiyə ordusu möhtəşəmdir"


Rəcəb Tayyib Ərdoğan: "Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışı məsələsində müsbət mövqe tutub"


ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcı təyyarələrinin mümkün satışına etirazlarını rədd edib. O, "Air Force One" təyyarəsində jurnalistlərə bildirib: "Heç kim mənə nə satmalı olduğumuzu deməyəcək".

D.Tramp Türkiyəni "böyük müttəfiq" adlandırıb və Prezident Rəcəb Tayyib Ərdoğanı Suriya da daxil olmaqla regional məsələlərdə "çox yaxşı iş görən dost" kimi  gördüyünü açıqlayıb. Ankaranın İsrail və ya Netanyahunun "böyük fanatı olmadığını" etiraf edərkən ABŞ Prezidenti Vaşinqton və Ankara arasında ikitərəfli tərəfdaşlığın güclü olaraq qaldığını vurğulayıb. Tramp həmçinin qeyd edib ki, Türkiyə ordusu möhtəşəmdir: "Çox böyük bir ordu. Çox güclü bir ölkə".

İyul ayında Türkiyədə keçirilən NATO sammitində Tramp Ankaraya çatdırılmaların bərpasını mütləq nəzərdən keçirəcəyini bildirib və Türkiyəni "digər ölkələrdən daha sadiq" adlandırıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın dediyinə görə, Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışı məsələsində müsbət mövqe tutub. Xatırladaq ki, 2019-cu ildə – Trampın birinci prezidentliyi dövründə ABŞ Ankaranın Rusiya S-400 hava hücumundan müdafiə sistemlərini almasına qarşı çıxmış, Türkiyəni F-35 proqramında iştirakdan kənarlaşdırmışdı. Vaşinqton iki sistemin birgə istismarının Rusiyanın Amerika təyyarələrinin xüsusiyyətləri və aşkarlama üsulları haqqında məlumat əldə etməsinə imkan verəcəyindən ehtiyatlanırdı. Türkiyə isə dəfələrlə iki sistem arasında heç bir ziddiyyət olmadığını bildirmiş və məsələni araşdırmaq üçün komissiya yaratmağı təklif etmişdi. Ankara həmçinin F-35 proqramı çərçivəsində öhdəliklərini yerinə yetirdiyini və proqramda iştirakın dayandırılmasının qaydaların pozulması olduğunu iddia edərək qırıcıların təkcə Türkiyəni deyil, həm də NATO-nu gücləndirəcəyini vurğulamışdı.


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu ilin altı ayında 867 milyon manatdan çox sığorta haqqı yığılıb

11:53
28 İyul

Orta Dəhliz Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir

11:51
28 İyul

Azərbaycan Avrasiyanın ən mühüm tranzit qovşaqlarından birini formalaşdırıb

11:33
28 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

11:32
28 İyul

Türkiyə mediası azərbaycanlı tələbələrin Londonda memarlıq üzrə beynəlxalq təcrübəni öyrənməsi barədə yazıb

11:25
28 İyul

Dünya çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulur

11:24
28 İyul

Berlin görüşləri: Azərbaycanın artan geosiyasi çəkisinə Avropanın baxışı

11:23
28 İyul

Donald Tramp: "Türkiyə ordusu möhtəşəmdir"

11:20
28 İyul

İsrail və Livan arasında Romada yeni danışıqlar gözlənilir

11:18
28 İyul

Barselona metrosunda baş verən yanğında 137 nəfər zəhərlənib

11:16
28 İyul

Küləkli hava şəraiti günorta saatlarından etibarən tədricən mülayimləşəcək

10:39
28 İyul

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş Azərbaycan vətəndaşları ilə görüşüblər

10:37
28 İyul

Bu ilin ilk altı ayında proaktiv qaydada 100 minə yaxın pensiya, müavinət və təqaüd təyin edilib

10:36
28 İyul

Qızıl və gümüş ucuzlaşıb

10:34
28 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:34
28 İyul

Zelenski ABŞ-də səfərdədir

10:32
28 İyul

Azərbaycan nefti 95 dollara satılır

10:31
28 İyul

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

10:30
28 İyul

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

10:29
28 İyul

CNN: ABŞ Ukrayna münaqişəsinə son qoymağın vaxtının çatdığını düşünür

10:28
28 İyul

Tramp: ABŞ olmadan İsrail mövcud ola bilməzdi

10:27
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!