02 Aprel 2025 08:35
216
SİYASƏT
A- A+
Fransa siyasətində növbəti qalmaqal

Fransa siyasətində növbəti qalmaqal


Marin Le Pen Avropa Parlamentinin vəsaitlərini mənimsəyibmiş


Fransa məhkəməsi ifrat sağçı "Milli Birlik" Partiyasının parlament fraksiyasının lideri Marin Le Peni Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib. O, dörd il həbs cəzasına məhkum edilib və onlardan iki ili şərti, qalanı real məhbusluqdur. Məlumat üçün qeyd edək ki, Fransa qanunları cəza müddəti iki ildən azdırsa, real həbs müddətini ev dustaqlığı ilə əvəz etməyə icazə verir.

Hökm həmçinin Marin Le Peni 5 il müddətinə seçkilərdə iştirak etməkdən məhrum edib. Qərar dərhal qüvvəyə minib. Beləliklə, ifrat sağçıların lideri 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.  O həm də 100 min avro cərimə ödəməli olacaq. Onunla yanaşı, "Milli Birlik"dən olan Avropa Parlamentinin daha səkkiz üzvü də təqsirli bilinib. Parlamentin 12 köməkçisi qanunsuz gəlirləri gizlətməkdə ittiham olunub. Marin Le Pen bu ssenarini "siyasi ölüm" adlandırıb və məhkəmə zamanı deyib: "Mən ən kiçik pozuntuya, ən kiçik qanunsuz addıma yol verdiyimə qətiyyən inanmıram".

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər partiyanın işini maliyyələşdirmək üçün Avropa büdcəsindən istifadə edərək Avropa Parlamentində özlərinə qondarma köməkçilər tutublar. Məhkəmə onların əməllərindən dəyən ümumi zərəri 2,9 milyon avro qiymətləndirib. Əvvəllər həmin məbləğin  7 milyona yaxın olduğu bildirilirdi.

Xatırladaq ki, ötən ilin noyabrında məhkəmə prosesi başa çatdıqdan sonra dövlət ittihamçısı həmçinin Le Penin 300 min avro cərimələnməsini, 10 ilə qədər həbs edilməsini və  5 il müddətinə dövlət vəzifəsində işləməkdən məhrum edilməsini istəmişdi.

Son məlumata görə, Marin Le Penin vəkili hökmdən apellyasiya şikayəti verəcəyini bildirib. Bununla belə apellyasiya prosesi hökmün Fransa prezidentliyinə namizədliyini irəli sürməyə qadağa ilə bağlı hissəsinə təsir etməyəcək. Belə ki, onun seçilmək hüququndan məhrum edilməsi ilə bağlı məhkəmənin qərarı dərhal qüvvəyə minib. 

Məhkəmə iclasından sonra "Milli Birlik" öz qərargahında fövqəladə iclas keçirib. Partiyanın 29 yaşlı lideri Jordan Bardellanın prezidentliyə namizəd kimi irəli sürüləcəyi gözlənilir. Qeyd edək ki, Bardella Le Penin cəzasını "Fransa demokratiyasının edamı" adlandırıb. 


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

16:10
06 Aprel

Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb

16:08
06 Aprel

Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb

16:05
06 Aprel

Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb

15:52
06 Aprel

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ

15:51
06 Aprel

Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb

15:50
06 Aprel

“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır

15:46
06 Aprel

Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb

15:32
06 Aprel

Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq  

15:27
06 Aprel

Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

15:19
06 Aprel

Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər  

15:18
06 Aprel

Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq

14:03
06 Aprel

Ağdam rayonunda mina hadisəsi baş verib

13:22
06 Aprel

Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır

13:09
06 Aprel

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib  

13:01
06 Aprel

ANAMA-nın əməkdaşı minaya düşüb

12:41
06 Aprel

Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbələr endirib

11:35
06 Aprel

“Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanan memorandum Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

11:01
06 Aprel

Almaniyanın ən məşhur gölü quruyur

10:37
06 Aprel

HƏMAS özlərini israilli girov kimi təqdim edən şəxslərin videosunu yayıb  

10:19
06 Aprel

Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur

10:13
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!