Kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz bu ölkə tərəfindən törədilib
"Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib".
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. O, Bakı Təşəbbüs Qrupunun yaradılmasının da bu məqsədə xidmət etdiyini bildirib. Deputat xatırladıb ki, BTQ Qoşulmama Hərəkatının 2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə, eləcə də xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı silsilə beynəlxalq konfrans təşkil edib. Növbəti beynəlxalq konfrans isə martın 29-da Bakıda "Kolonializm: dini-milli kimliyin silinməsi" mövzusunda keçirilib. Konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən - Qvadelupa, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndə heyətləri, siyasi məhbus ailələri iştirak ediblər.
S.Fətəliyevanın sözlərinə görə, kolonializm siyasətinin fəsadlarını müxtəlif aspektlərdən nəzərdən keçirmək olar: "Mənfi nəticələr yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar. Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur".
Deputat qeyd edib ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla insan bu ölkənin qul siyasətinin qurbanı olub. Xüsusilə, Fransa öz əsarətində saxladığı xalqların suverenliyinin məhdudlaşması, yeraltı və yerüstü sərvətlərinin talanması ilə yanaşı, fundamental insan hüquqlarının tapdanmasını ən ağır təzahürlər kimi adiləşdirərək dövlət siyasətinə çevirib. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində, o cümlədən, Afrikada yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Fransız imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. "Azərbaycan Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara siyasi və mənəvi dəstək verir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfranslar rəsmi Parisin müstəmləkə siyasətinin dünyada ifşa olunması baxımından böyük əhəmiyyət kəsb edir. Beynəlxalq ictimaiyyət də həmin xalqların azadlıq mübarizəsinə dəstək verməli, Fransanın beynəlxalq hüququ heçə sayan siyasətinə qarşı səssiz qalmamalıdır", - deyə siyasətçi əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb
Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır
Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb
Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq
Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər
Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq
Ağdam rayonunda mina hadisəsi baş verib
Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib
ANAMA-nın əməkdaşı minaya düşüb
Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbələr endirib
“Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanan memorandum Gürcüstan mətbuatının diqqət mərkəzində olub
Almaniyanın ən məşhur gölü quruyur
HƏMAS özlərini israilli girov kimi təqdim edən şəxslərin videosunu yayıb
Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!