29 Yanvar 2025 08:45
311
İDMAN
A- A+
Əsrlərin "Qızıl fit"li futbol hakimi 

Əsrlərin "Qızıl fit"li futbol hakimi 


59 il öncə verdiyi qərarla Tofiq Bəhramov ingilislərin də ürəyində əbədi heykəlini ucaldıb 


Bu gün Azərbaycan futbolçusu, tanınmış futbol hakimi Tofiq Bəhramovun 100 illik yubileyidir. Dünyaca tanınmış futbol hakimi 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın (Bakı) gənclərdən ibarət komandasında çıxış edib. Sonra isə "Neftçi"yə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. 

Müasirlərinin dediyinə görə, Tofiq əsas oyunçu olmasa da, komandanın kapitanı kimi hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. 

Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakimlərdən olub. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün T.Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. İndiki zamanda isə bu, qətiyyən mümkün deyil. O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.

DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adını tarixə əbədi yazdı. Həmin turnirin finalı mundialın bütün tarixi ərzində ən maraqlı və dramatik oyunlardan biri oldu. T.Bəhramov matçın yan xətt hakimi idi. Əsas vaxt heç-heçə (2:2) başa çatdığından qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə olundu. 110-cu dəqiqədə ingilislərin hücumçusu Herst topu almanların qapısına göndərir. Top dirəyə dəyib yerə düşür. Oyunun baş hakimi, isveçrəli Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirir. Lakin dərhal oyunun bütün taleyini üzərinə götürəcək adamı tapır. Dinst özünün yanxətt köməkçisinə işarə edərək son sözü onun deyil, köməkçisi - azərbaycanlı hakim T.Bəhramovun deyəcəyini göstərir. O isə bayrağı yellədərək mərkəzi göstərməklə ingilislərdə sevinc, almanlarda isə qəzəb doğurur. Almanlar onu əhatəyə alaraq bu qərara etiraz edirlər, lakin T.Bəhramov fikrindən dönmür. Oyun davam edir, hakimin əlavə vaxtın bitdiyini bildirən fitinə az qalmış Herst bu oyun ərzində özünün üçüncü qolunu vurur. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatır.

Oyundan sonra İngiltərə Kraliçası T.Bəhramova "Qızıl fit"i (o vaxtadək bu mükafat yalnız meydan hakimlərinə verilirdi) və "Qızıl ilahə"nin kiçik modelini təqdim edir. Bu gün yeni "Uembli" stadionunun muzey vitrinlərinin birində Tofiq Bəhramovun bürüncdən tökülmüş heykəli var.

2004-cü ildə vəfat edən ingilis yazıçısı Artur Hopkraft Azərbaycan arbitrinə özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. Əgər azərbaycanlılar üçün Tofiq Bəhramov o zamandan bəri dünya çempionatının final oyununu idarə edən hakim hesab olunursa, ingilislər üçün Metto Basbi, Alfom Remzi, Bobbi Mur, Bobbi Çarlton kimi futbol simvolları ilə bir sırada durur. Artur Hopkraft kitabında yazır: "Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlayıblar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".

1970-ci ildə Meksikada keçirilən dünya çempionatında da T.Bəhramov 3 oyunda hakimlik edib. Bundan başqa, o, 1968-ci və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin qitələrarası kubokda ədaləti təmin edib. 1972-ci ildə UEFA kubokunun final matçı ("Vulverhempton"-"Tottenhem") da ona tapşırılmışdı.

Məşhur hakimimiz 1975-ci ildə fitlə vidalaşıb. Yenidən "Neftçi"yə qayıdan T.Bəhramov 3 il komandada ikinci məşqçi kimi fəaliyyət göstərib. Bütün dövrlər üçün ən yaxşı hakimimiz olan T.Bəhramov "Neftçi"nin rəisi vəzifəsində çalışıb. O, elmi fəaliyyətlə də məşğul olub. 20 ilə yaxın müddətdə Bədən Tərbiyəsi İnstitutunda və indi Bakı Slavyan Universiteti adlanan təhsil ocağında kafedra müdiri işləyib. T.Bəhramov AFFA yarananda federasiyanın baş katibi də olub.

Mərhum hakimimiz özündən sonrakı nəsillərə bir çox mənəvi sərvətlər qoyub. Onun "Kənddə futbol", "Futbola sevgi", "Hakim mərkəzi göstərir", "1001 matç" kitabları indi də futbolsevərlər tərəfindən böyük maraqla oxunur.

1993-cü ildə üçüncü dəfə infarkt keçirən Tofiq Bəhramov həyatla vidalaşıb. Üç il sonra ölkəmizin ən böyük idman qurğusu - Respublika stadionuna onun adı verilib. 2004-cü ildən isə arenanın önündə Tofiq Bəhramovun heykəli ucalır. 


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən ilin dekabrında bankların kredit portfeli artıb  

11:29
30 Yanvar

Azərbaycan səfiri etimadnaməsini Niderland Kralına təqdim edib  

11:21
30 Yanvar

DİN: Axtarışda olan 37 nəfər saxlanılıb  

10:56
30 Yanvar

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının internet informasiya ehtiyatı istifadəyə verilib  

10:51
30 Yanvar

Azərbaycanın iki universiteti ilk dəfə “Şanxay reytinqi”ndə TOP 500-də yer alıb  

10:48
30 Yanvar

SOCAR Qazaxıstandan hasil edilən xam neftin tranzitinə başlayır  

10:33
30 Yanvar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

10:28
30 Yanvar

Bu gün Azərbaycanda gömrük əməkdaşları peşə bayramını qeyd edir  

10:23
30 Yanvar

Azərbaycan nefti bahalaşıb  

10:18
30 Yanvar

Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək  

10:13
30 Yanvar

Tramp qanunsuz miqrantlar üçün “Quantanamo” həbsxanasında 30 min nəfərlik mərkəz yaradır  

10:08
30 Yanvar

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb  

10:01
30 Yanvar

Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır  

09:56
30 Yanvar

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb  

09:51
30 Yanvar

Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb  

09:46
30 Yanvar

MSK-nın sədri: Seçkilərin nəticələri olaraq 413 bələdiyyə tam formalaşıb

09:41
30 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya heç bir müraciət daxil olmayıb  

09:36
30 Yanvar

Gürcüstan parlament nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb  

09:31
30 Yanvar

Tofiq Bəhramovun xatirəsi yad olunub

09:25
30 Yanvar

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

09:20
30 Yanvar

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!