20 Sentyabr 2024 09:00
474
İQTİSADİYYAT
A- A+
50 il buruqlar arasında 

50 il buruqlar arasında 


72 yaşlı təcrübəli neftçi-geoloq Ələmdar Useynov bu gün gənc həmkarlarının ən yaxın məsləhətçisidir


İnsanın xoşbəxtliyi nə tutduğu mövqedən, nə də yaşının az və ya çox olmasından asılıdır. İnsan xoşbəxtliyini o zaman dərk edir ki, illər onun taleyində gərəkli iz buraxır və o özündən sonra bu həyatda xoş xatirələr qoya bilir. Bunu bacarmaq böyük xoşbəxtlikdir, baxmayaraq ki, bu, elə çətin bir iş də deyil, sadəcə, belə doğulmaq lazımdır, 72 yaşlı həmsöhbətim Ələmdar Useynov kimi. 

Ələmdar Useynovla söhbət edərkən anladım ki, o, nəinki seçdiyi geoloq sənətinə mükəmməl yiyələnib, həm də bu peşəni ən uca zirvəyə daşıyanlarla çiyin-çiyinə olub. Dənizin dibi və ən uca zirvənin sön nöqtəsi... əks istqamətlərdən boylansa da  buradakı  fiziki qanunauyğunluq -  "əksliklərin vəhdəti" qanunu xoş bir ahəng yaradaraq taleyinə işıq tutub. O, bu işığın başlanğıc nöqtəsinin böyük bacısından gəldiyini söyləyir:

- Bacım ixtisasca geoloq idi. Elmlər Akademiyasında işləyirdi. Onun peşəsi məndə maraq yaratmışdı, o üzdən işi-peşəsi ilə bağlı hərdən soruşur,  bilik əldə etməyə çalışırdım. O da mənə çox həvəslə geologiyanın sirlərindən danışırdı. Beləliklə, məndə  bu sənətə çox böyük maraq və sevgi yarandı.  Ədəbiyyat müəllimiz "Kim olmaq istəyirsən?" mövzusunda inşa tapşıranda düşünmədən həmin sevginin əlindən tutub "geoloq olacam" yazdım. Onda Bakıdakı  172 saylı məktəbdə oxuyurdum. 1969-cu ildə məktəbi bitirib ovaxtkı M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsinə qəbul olundum. Və o gün  bu gün "qara qızıl"ın - dəniz neftinin içindəyəm. 

Doğrusu, "qara qızıl" sözü bizdə qəribə nostalji ovqat yaratdı. Onun nə olduğunu gəncliyimizdən bilirdik. Sovet mətbuatında "neft" ən çox "qara qızıl"  kimi təqdim olunurdu və təbii ki, jurnalist olaraq biz də bu bənzətmədən istifadə edirdik. Həmsöhbətimiz də bunu duymuş kimi həmin mövzuda maraqlı bir əhvalat danışdı:

- I Pyotr 1722-ci ildə Bakıya yolladığı hərbi ekspedisiyanın rəisi general Matuşkinə xüsusi tapşırıq verib ki, əbədi və müqəddəs odun-alovun əsası olan qara neftdən mümkün qədər Peterburqa çox göndərin,  neft işi ilə məşğul olan bir neçə usta və mütəxəssisi də ora ezam edin. Çarın məqsədi Xəzərsahili vilayətlərdən, xüsusən də Bakıdan yerli əhalini - azərbaycanlıları köçürüb, onların torpaqlarında erməni, gürcü və rusları yerləşdirərək özünə xristianlardan ibarət istinadgah yaratmaq imiş. İş elə gətirib ki, ölüm çarın  bu arzusunu ürəyində qoyub. İllər sonra Bakı qubernatoru 1840-cı ildə Peterburq Elmlər Akademiyasına göndərdiyi Bakı neft nümunələrini yoxlayandan sonra "alim"lər ona ibrət dərsi vermək üçün belə cavab yazıblar:"Bu üfunətli maddə ancaq araba çarxlarını yağlamağa yaraya bilər". Amma  həmin "üfunətli maddə" sonradan "qara qızıl" adını alaraq  bütün dünyanın marağında oldu. Elə həmin dövrlərdən "qara qızıl" diyarı olan Bakının şöhrəti bütün dünyaya yayıldı. Varlanmaq üçün dünyanın məşhur mühəndisləri, memarları, alimləri, kimyaçıları, texnoloqları, inşaatçıları Bakıya axışaraq mənsəb və dövlət sahibi oldular.

Ələmdar Useynov deyir ki, arzusu ali təhsilini başa vurandan sonra Sibir yataqlarında Fərman Salmanovun yanında işləmək olub, Tümenin neft quyularında iz qoymaq istəyib. Hətta IV kursda diplom işi yazmaq üçün Surqut yaxınlığındakı Nefteyuqansk şəhərində 3 aylıq təcrübə keçib. Həmin vaxt orda qalıb işləmək arzusunu bildirsə də, ona müsbət cavab verilməyib: "3 il Azərbaycanda işləyəndən sonra gəlib burda çalışa bilərsən". Beləcə, gənc Ələmdarın Tümenneftdə işləmək istəyi arzu olaraq qalıb. 

Amma onun gəncliyinin başqa bir qəribə xatirəsi də var. O da diplom rəhbəri - həmin vaxtın tanınmış geoloqu Baxış Sultanovla bağlıdır. Ə.Useynov:

- 1937-ci ildə Baxış Sultanovun Bibiheybət yatağında qazdığı quyudan neft çıxmayıb. Bu M.Bağırovun qəzəbinə səbəb olub və onun həbs olunmasına göstəriş verib. Lakin Baxış Sultanov həbsdə olanda həmin quyudan neft fontan vurub. Bunu eşidən Mircəfər Bağırov geoloqu həbsdən azad edib, ona ev və avtomobil verib.

1974-cü ildən taleyini "qara qızıl"a bağlayan Ələmdar Useynov deyir ki, 50 ildir "neft qoxusu" verir: "Mənim üçün neft qoxusu  dünyanın ən bahalı ətirindən üstündür" deyir təcrübəli neftçi. Çünki Xəzərin tufanı, qasırğası, küləyin şiddəti, şahə qalxan dalğanın nəriltisi onu heç vaxt qorxutmayıb, əksinə, bərkidib, peşəsinə daha sıx bağlayıb. Neftçi geoloq üçün dəniz ana kimidir. Nə qədər qəzəbli olsa da sakit vaxtları insana laylay deyir. 

Hələ II kursda oxuyanda  Almaniyanın Frayberq şəhərindəki Dağ-Mədən Akademiyasında, sonra keçmiş S.Orconikidze adına Neftqazçıxarma  İdarəsində təcrübə keçən və təyinatla keçmiş Serebrovski adına Neftqazçıxarma İdarəsində operator kimi işə başlayan Ələmdar Useynov yaxın zamanlarda Xəzərdə neftin bitəcəyini ehtimal edənlərin fikirlərini qəbul etmir: 

- Xəzərin nefti tükənməzdir, sonsuz sərvətdir. Götürək Hövsan-Zığ yatağını. 1996-cı ilə qədər bu yataq sutkada 2-3 ton neft verirdi. Artıq müasir texnologiyalarla  qazılan yeni quyulardan gündə 300 tona qədər neft hasil olunur. Onu da deyim ki, Xəzərdə hələ də kəşf olunmamış yataqlar çoxdur. 500-1000 metr dərinlikdə olan həmin yataqlar seysmik kəşfiyyat işi aparmaqla kəşf edilir. 

Həmsöhbətimiz Xəzər nefti haqqında xeyli danışdı. Xəzər dənizində ilk dəfə kəşfiyyat quyusunu Mixail Kaveroçkinin rəhbərlik etdiyi briqadanın qazdırdığını dedi, məşhur qazma ustası  Ağa Nemətullanı xatırladı. Söylədi ki, 1952-ci ildə 5 nömrəli quyuda axtarış aparan, bu ərazidə nefti kəşf edən Ağa Nemətulla olub. Həmin kəşfdən sonra - 1955-ci ildə Qumdəniz yatağında Neft-qazçıxarma İdarəsi yaradılıb. İndi bu idarə "Bahar Enerji" LTD adlanır. 

"Fəxri neftçi" Ələmdar Useynov işdən yorulmur, təqaüddə olsa da, təcrübəli geoloq kimi elə keçmişini xatırladığı "Bahar Enerji" LTD-dən peşəsini gənclərə öyrətmək üçün tez-tez dəvət alır.  


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!