02 Iyul 2024 17:45
85
CƏMİYYƏT
A- A+

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” təqaüd proqramı çərçivəsində Zəngilan, Laçın və Füzuli rayonlarında “Ümid dolu sabahlar” adlı birgə layihəyə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihədə əsas məqsəd işğaldan azad olunan ərazilərimizdə əhalinin informasiya texnologiyaları (İT) sahəsində bilik və bacarıqlara yiyələnmələrinin dəstəklənməsi, həmin texnologiyalarla işləmək vərdişlərinin yaxşılaşdırılması, qlobal internet şəbəkəsinə çıxış imkanlarının inkişaf etdirilməsidir.

Layihənin Zəngilan, Laçın və Füzuli rayonlarına köçürülən sakinlərdən 12-65 yaş arası 60 nəfəri əhatə etməsi nəzərdə tutulub.

Dərs otağı mühiti yaradılan səyyar konteynerlərdə iştirakçılara informatika anlayışı və ilkin kompüter bilikləri üzrə təlimlər keçiriləcək. Onlara xidmət və məhsulların beynəlxalq əmək bazarına çıxarılması və informasiya texnologiyalarının düzgün tətbiqi üzrə dərslər keçiriləcək. Təlimlərin yekununda iştirakçılara sertifikatlar veriləcək.

Layihə çərçivəsində təlimləri uğurla bitirənlər üçün əlavə olaraq xüsusi proqramlaşdırma və İT kurslarının təşkili nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video