02 Iyul 2024 17:20
90
CƏMİYYƏT
A- A+

Lənkəranda PolisgGünü” qeyd olunub

 

Polis günü ilə bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində tədbir keçirilib. İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər.

Tədbirin rəsmi hissəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə təbrik məktubu oxunub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov rəhbərlik etdiyi şəxsi heyəti təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, daxili işlər orqanlarının əməkdaşları cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsini həyata keçirməyə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericliklə müəyyənləşdirilmiş digər vəzifələrin layiqincə yerinə yetirməyə tam qadirdirlər.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov polisin keçdiyi şərəfli tarixi yol barədə danışıb. Qeyd olunub ki, polis orqanı yarandığı ilk gündən dövlətin milli maraqlarının müdafiəsində böyük vətənpərvərlik göstərib. Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir deyən T.Qaraşov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin qətiyyəti, müdrikliyi, xalqın ona olan inamı və polis orqanlarının fəaliyyəti ölkədə bu sabitliyi yarada bilmişdir. Bu gün ölkəmiz dünya miqyasında ən sabit ölkələrdəndir. O, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin böyük təcrübəyə sahib olduğunu, xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərə önəm verdiklərini, məhz bu kimi peşəkar fəaliyyəti ilə rayon ərazisində təşkil olunan beynəlxalq səviyyəli və ölkə miqyaslı tədbirlərin tam təhlükəsiz həyata keçirilməsinə nail olunduğunu söyləyib.

Tədbirdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin qərargah rəisi Ceyhun Minayev, Lənkəran rayon polis işçiləri Veteranlar Şurasının sədri Bəxtiyar Məmmədov, Vətən müharibəsi iştirakçısı, polis nəfəri Əkbər Əkbərli çıxış etdikdən sonra videoçarx nümayiş olunub.

Sonda Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin bir qrup üzvünə fəxri fərmanlar, təşəkkürnamə və mükafatlar təqdim edilib.

 

Seyran CAVADOV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video