02 Iyul 2024 17:46
86
SİYASƏT
A- A+

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

 

İyulun 2-də Azərbaycan Respublikasının iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti Deni Sassu-Nqessoya təqdim edib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Keniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Konqo Prezidenti Deni Sassu-Nqesso salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. O, səfirə yeni fəaliyyətində uğurlar arzulayıb.

Səfir öz növbəsində, Azərbaycan Prezidentinin Konqo Prezidentinə və xalqına salamlarını, xoş arzularını çatdırıb. Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Konqo Prezidenti bu ilin aprelində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə keçirdiyi görüşü yüksək təəssüratla xatırlayaraq ölkələrimiz arasında mövcud dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində dinamik işbirliyindən məmnuniyyətini diqqətə çatdırıb.

Səfir bildirib ki, Azərbaycan Respublikası 2024-cü il iyulun 2-5-də Brazzavil şəhərində keçirilən Meşələrin Qorunması üzrə Birinci Beynəlxalq Konfransında ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunur. O, Prezident İlham Əliyevin konfransın gələcək nəsillər üçün planetimizin meşə örtüyünün mühafizəsi və artırılması məsələlərinin həlli yollarını tapmaq, ekoloji təmiz və dayanıqlı gələcəyə nail olmaq məqsədlərinə töhfə verəcəyinə inamını çatdırıb.

Həmçinin məlumat verilib ki, Azərbaycan COP29-un ev sahibi olmaqla bərabər, 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) də ev sahibliyi edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video