06 Avqust 2024 09:23
1368
Oxucu məktubları
A- A+

Yolların təmiri mərhələli şəkildə həyata keçiriləcək

 

Qəzetinizin 2 iyul 2024-cü il tarixli sayında dərc olunmuş "Körpüyə və kəndarası yolların təmirinə ehtiyacımız var" sərlövhəli oxucu məktubunda qaldırılmış problemlə bağlı bildiririk ki, Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göstəriş verilmişdir.

Ümumi uzunluğu 16 km olan avtomobil yolunun Qaleybuğurd kəndinin qarşısından keçən Ağsuçaya qədər olan 8,3 km-i asfaltlaşdırılmış və çayın üzərində körpü salınması zərurəti yaranmışdır. Lakin podratçı şirkət tərəfindən işlər natamam dayandırılmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən layihənin natamam qalması və işin davam etdirilməsi ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur.

Həmçinin bildiririk ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində rayonda yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Etibar MURADLI,

Şamaxı RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın

təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video