19 May 2021 01:05
10911
İQTİSADİYYAT
A- A+
Yeni “Həyat yolu”

Yeni “Həyat yolu”

 

Bəzən zamanı real bir mənzərə, tablo kimi divardan asıb əvvəlini və axırını mürəkkəb hadisələrin xəritəsi kimi nəzərdən keçirmək, bənzərlikləri və fərqləri müqayisə etmək mümkündür. Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana may ayının 10-dakı səfəri ilə təxminən bir qərinə əvvəl Ulu Öndərin qayıdışından sonrakı illər  arasında müəyyən paralellər apara bilərik.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri və Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış oldu, Culfa-Ordubad magistral avtomobil yolunun və Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin, Culfa-Ordubad magistral avtomobil yolunun və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılış mərasimlərində iştirak etdi.

Qeyd edək ki, bunlar dövlət başçısının muxtar respublikada iştirak etdiyi tədbirlərin yalnız bir qismidir. 30 ildən artıq blokadada yaşayan Naxçıvan MR Azərbaycanın ayrılmaz bir hissəsi kimi ölkənin bütün regionlarında gedən islahatların önündə olaraq  sürətlə inkişaf edir. Naxçıvanda bütün çətinliklərə baxmayaraq, ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyi təmin edilmiş, ordu quruculuğu ən yüksək səviyyəyə qaldırılmışdır. Muxtar respublikada yeni hərbi obyektlər istifadəyə verilmiş, ordu hissə və birləşmələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir.

 Zamanı təxminən bir qərinə geriyə vərəqləyəndə isə 1992-ci ilin may ayında Naxçıvanda jurnalist kimi keçirdiyimiz ağır blokada günləri yada düşür. Biz, bir neçə jurnalist Ulu Öndərin milli kadrları kimi Naxçıvana gəlmişdik. Ona ilk sualımız bu oldu: “Sizin kimi nəhəng siyasi xadim bu kiçik torpağa necə sığışır?” Sual xoşuna gəldiyi üçün ürəkdən güldü və cavab verdi ki, “bilirsinizmi, Naxçıvan düşündüyünüz qədər də balaca yer deyil, buranı qucaqlamaq üçün məndən də nəhəng insan lazımdır”. O zaman bu sözlər bizə böyük siyasi xadimin müdrik cavabı kimi təsir etmişdi. Amma aradan 30 ilə yaxın vaxt ötdükdən sonra  bu ifadənin arxasında necə dərin mənanın gizləndiyini başa düşmək çətin deyil.

1992-ci ilin may ayında muxtar respublikada hadisələr iki xətlə inkişaf edirdi. Birincisi, “Həyat yolu” adını daşıyan Sədərək körpüsü Naxçıvanı Türkiyə ilə birləşdirməli idi. Burada işlər sürətlə gedirdi. İkincisi, Ermənistan Naxçıvana hücum edirdi, demək olar, hər gün ağır döyüşlər olurdu. Bütün qüvvəsini toplayan düşmən bu “Həyat yolu”nu kəsmək, muxtar respublika ilə  Türkiyə arasındakı sərhəd zolağını işğal etmək üçün dəridən-qabıqdan çıxırdı. Sədərək qəsəbəsi, onun yaxınlığındakı yaşayış məntəqələri ermənilərin aramsız artilleriya atəşlərinə və canlı qıvvəsinin həmlələrinə məruz qalırdı.

Biz Sədərəkin üstündəki dağlarda ən çətin döyüş postlarına qalxaraq naxçıvanlı əsgərlərin burada necə müdafiə qurduğunun, bir addım belə geri çəkilməməsinin şahidi olurduq. Heç yadımızdan çıxmaz: Sədərəkin üstündə dağın zirvəsindəki döyüş postuna qalxarkən bizi başa salırdılar ki, bu yolda sağ qalmaq, snayperə və düşmən mərmisinə tuş gəlməmək üçün üzü dağa dırmansan belə qaçmalısan və dağın zirvəsindəki təbii daş səngərə tullanmalısan. Tullananda ayağım büdrədi və mən zirvədəki postun içinə çırpılanda partlayıb qəlpələri göyə sovrulan mərminin tüstüsünü gördüm. Əgər büdrəyib səngərə çırpılmasaydım, qəlpələr mütləq məni tutmalı idi. Biz həmin zirvəyə birinci dəfə idi ki, qalxırdıq, amma bu ölüm yolunu əsgərlərimiz hər gün gedib gəlirdilər.

May ayının son gününə kimi ermənilərin hücumları bir an belə kəsilmədi. Aramsız hücumlar nəticəsində yaralananlar, ölənlər oldu. Amma heç kim ermənilərdən qorxmurdu. Sədərək camaatı dağın arxasında çadır qurub gecələyir, gündüzlər isə kəndə qayıdaraq iş-güclərindən qalmırdılar. İnsanlar nikbin və həmrəy idilər. O illəri xatırlayanda görürsən ki, Naxçıvan doğrudan da kiçik torpaq yox, bütün Azərbaycan və türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən ən vacib strateji regiondur.

Əgər 1992-ci ildə Ermənistan silahlı qüvvələri Sədərək körpüsünün açılmamısı üçün ölüm-dirim savaşına qalxmışdılarsa, erməni siyasi liderləri indi də fərqli bir tərzdə “Həyat yolu”nun davamının - Zəngilandan dəmir yolunun açılmasının qarşısını almağa çalışırıar.  

Prezidenti İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə muxtar respublikanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərdiyini, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasını və onun ən müasir silah və texnika ilə təchiz edilməsinə şəxsən nəzarət etdiyini diqqətə çatdırmışdır: “Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur”. Dövlət başçısı bu müsahibədə önəmli strateji yüksəkliklərin Ermənistan ordusundan təmizləndiyini, strateji kommunikasiyalara və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edildiyini də diqqətə çatdırdı.

Prezident müsahibəsində vacib bir məqama toxundu: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki açılmalıdır və açılacaqdır”.

İndi “Həyat yolu” daha da uzanaraq Naxçıvandan Zəngəzur üzərindən keçərək Zəngilana səmtlənir. Bu dəhliz haqqında Prezident İlham Əliyev belə demişdir: “Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın”. Sonra da dövlət başçısı bunu belə izah edir ki, Ermənistan dəmir yolları anlayışı yoxdur. Ermənistanın bütün dəmir yollarının sahibi Rusiya olduğu üçün Azərbaycan bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edir: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”. 

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!