29 Dekabr 2022 02:58
2527
Oxucu məktubları
A- A+
Yaxşı iş hər kəsə örnəkdir

Yaxşı iş hər kəsə örnəkdir

 

Mən Ağcabədi rayonunun Qaraxanlı kəndində yaşayıram. Şəhid Nurlan Quliyevin anasıyam. Oğlum 1995-ci il dekabrın 4-də anadan olub. 
Vətən müharibəsi zamanı o da digər oğullarımız kimi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Füzuli şəhərinin azad edilməsində iştirak edib. Şuşanın azadlığı uğrunda gedən  döyüşlərdə şəhid olub. Prezidentin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə"  ordeni ilə təltif olunub. 
Əlbəttə, bütün analar kimi övlad itkisi mənim də ən böyük ağrılarımdandır. Amma şəhidlərimizə, qazilərimizə göstərilən ehtiram, onların ailələrinin daim diqqət mərkəzində saxlanması bizlər üçün böyük təsəllidir. Ağcabədi rayonunda da şəhid ailələri, qazilər daim qayğıkeşliklə əhatə olunublar. Şəhidlərimizin doğum və anım günləri xüsusi qeyd edilir. Şəhid ailələri, qazilər rayon rəhbərliyi tərəfindən tez-tez ziyarət olunur, problemləri, çətinlikləri öyrənilir və həll edilir.
Amma bu məktubu yazmağımın səbəbi başqadır. Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılma Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz vətəndaşların müraciətlərinə operativ baxılmasını, problemlərinin vaxtında həll olunmasını təmin edir. Buna misal olaraq bir müddət öncə özümün etdiyim müraciəti göstərə bilərəm. Qaraxanlı kənd qəbiristanlığındakı artezian quyusundan suyun çıxarılmasında müəyyən problemlər yaranmışdı. Bu, biz  kənd sakinləri üçün böyük problem idi. Məzarlıqdakı ağacları, çiçəkləri suvarmaqda çətinlik çəkirdik. Mən də digər kənd sakinləri kimi problemin həll olunmasını istəyirdim. Övladımın və digər şəhidlərimizin məzarları da bu qəbiristanlıqdadır. Bir şəhid anası kimi bu, məni incidirdi. Axı biz məhz o məzarların təmiz, ətrafının gül-çiçəkli olması ilə təsəlli tapırıq. Bunun üçün isə su lazım idi. Odur ki, mərkəzə müraciət etdim. Evə çatmamış artıq müraciətimə baxılmış, həlli üçün tapşırıq verilmişdi.   Doğrusu,  məsələnin belə operativ həll olunmasını gözləmirdim. Ona görə də bu məktubu rəsmi dövlət qəzetinə yazıb göndərdim ki, problemimizin həllində zəhməti olan hər kəsə minnətdarlığımı bildirim. Yaxşı iş, yaxşı əməl hər kəsə örnək olmalıdr. 

Zülfiyyə QULİYEVA,
Ağcabədi rayonunun Qaraxanlı kənd sakini, şəhid anası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrandakı məktəblər distant təhsilə keçir

21:14
16 Aprel

Yeni tərcümə texnologiyası təqdim edilib  

21:04
16 Aprel

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

20:53
16 Aprel

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

18:39
16 Aprel

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

18:24
16 Aprel

Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

18:18
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!