16 Aprel 2026 19:01
154
İQTİSADİYYAT
A- A+
Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib


Azərbaycan–Rusiya münasibətləri çox sıx və çoxşaxəlidir. Dövlət başçıları səviyyəsində davamlı təmaslar mövcuddur və hökumətlərarası komissiya çərçivəsində konkret tapşırıqlar icra olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bizim əməkdaşlığımız həqiqətən də hərtərəflidir. Azərbaycan tərəfi Rusiya ilə münasibətlərin inkişafına böyük maraq göstərir”, – deyə o vurğulayıb.

A.Overçuk qeyd edib ki, Zəngilanda keçirilən iclasda aidiyyəti qurumlara ticarət strukturunun təhlili və dövriyyənin artırılması üzrə tapşırıqlar verilib.

“Bu, ölkələrimizdə yeni iş yerlərinin yaradılması və birgə inkişaf üçün vacibdir”, – deyə Overçuk bildirib.

Rusiya rəsmisi, həmçinin regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib. Onun sözlərinə görə, avtomobil yolları şəbəkəsi artıq formalaşıb, həmçinin Ermənistanın Mehri istiqamətinə gedən dəmir yolu xətti də xeyli dərəcədə hazırdır.

“Biz beynəlxalq keçid məntəqəsindəyik və burada həm “Şimal–Cənub”, həm də “Şərq–Qərb” nəqliyyat dəhlizlərinin tərkib hissəsi olan yeni körpünü görürük. Rusiya Federasiyası bu infrastrukturun tezliklə işlək vəziyyətə gətirilməsində maraqlıdır”, – deyə o qeyd edib.

Overçuk əlavə edib ki, yaradılan müasir logistika infrastrukturu gələcəkdə Rusiya, İran, Azərbaycan, Naxçıvan və Türkiyə istiqamətlərində yükdaşımaların daha səmərəli həyata keçirilməsinə imkan verəcək.

“Bu layihə bütün ölkələrimiz üçün birgə fayda yaradacaq”, – deyə o fikrini tamamlayıb.

A.Overçuk əlavə edib ki, Rəşt–Astara dəmir yolunun tikintisinin beynəlxalq “Şimal–Cənub” nəqliyyat dəhlizinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu layihə İran limanlarını Rusiya limanları, o cümlədən Baltik dənizi istiqamətində və Moskva ilə birləşdirən mühüm logistika xəttidir.

“Biz Rəşt–Astara dəmir yolunun çatışmayan hissəsinin tikintisi prosesindəyik. Hesab edirik ki, bu, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılmasının mühüm elementidir. Buna görə də biz bu layihəyə çox böyük maraq göstəririk”, – deyə Overçuk bildirib.

Onun sözlərinə görə, müharibə başlamazdan əvvəl layihə üzrə dəmir yolu üçün torpaq sahələrinin alınması prosesi aktiv şəkildə həyata keçirilib və İran tərəfi ilə əldə edilmiş razılaşmalara uyğun olaraq böyük hissə artıq satın alınıb.

Baş nazirin müavini əlavə edib ki, Rusiya şirkətləri artıq topoqrafik-geodeziya işlərinə başlayıb və faktiki olaraq tikinti üçün geodeziya şəbəkəsi formalaşdırılıb.

“Yəni faktiki tikinti işləri artıq başlamışdı. Şərait imkan verən kimi biz bu işi bərpa edəcəyik”, – deyə o qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

20:53
16 Aprel

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

18:39
16 Aprel

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

18:24
16 Aprel

Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

18:18
16 Aprel

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” qüvvəyə minib  

18:12
16 Aprel

Qazaxıstanın nümayəndə heyəti Azərbaycanın ədliyyə sistemi ilə tanış olur  

18:07
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!