16 Aprel 2026 19:01
156
İQTİSADİYYAT
A- A+
Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır


Bu gün Azərbaycan ilə Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq imkanlarının təhlil etdik və tərəflərin geniş potensialının mövcudluğu ilə bağlı ortaq mövqedə olduğumuz müəyyənləşdi.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlaması zamanı Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.

Baş nazirin müavininin sözlərinə görə, əməkdaşlığın daha da genişləndirilməsi üçün bütün imkanlar nəzərdən keçirilib, Rusiya şirkətləri ilə sıx əməkdaşlığın davam etdirilməsinə qərar verilib.

“Ölkəmizlə Rusiya arasında bütün sahələri təhlil etdik, potensialı üzə çıxardıq və hər iki tərəfin fikrincə, əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Biz bu imkanlardan istifadə edəcəyik. Rusiya şirkətləri müxtəlif sahələrdə əməkdaşlığa dəvət olunub və Azərbaycanın yaratdığı imkanlar barədə məlumatlandırılıb. Sabah Bakı şəhərində keçiriləcək Azərbaycan–Rusiya İşgüzar Şurasının iclasında sahibkarlıq subyektlərinin iştirakı ilə təqdimatlar olacaq, Azərbaycanda yaradılan imkanlar geniş şəkildə təqdim ediləcək və biznes dairələri əməkdaşlığa dəvət olunacaq”, – deyə o qeyd edib.

Şahin Mustafayev Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamətlərdən birinin nəqliyyat-logistika sahəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan həm “Şimal–Cənub”, həm də “Şərq–Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir: “Bu gün biz “Şimal–Cənub” nəqliyyat dəhlizinin yeni həlqəsi hesab etdiyimiz Ağbənd körpüsünün və sərhəd-keçid məntəqəsinin yerləşdiyi ərazidəyik. Rusiya tərəfi də bu infrastrukturla tanış olub. Ağbənd körpüsü Şimaldan Cənuba – Rusiyanın şimalından Azərbaycan və İran üzərindən Körfəzə yükdaşımalar üçün strateji əhəmiyyət daşıyır. Həmçinin Azərbaycan–İran–Naxçıvan–Türkiyə istiqamətində bağlantı yaradır. Bu, böyük potensial deməkdir və Rusiya nümayəndə heyətinin bu sahəyə marağı mühüm göstəricidir”.

Şahin Mustafayev qeyd edib ki, İran ərazisində Azərbaycan terminalı vasitəsilə daşımalar həyata keçirilir və regiondakı vəziyyətə baxmayaraq, “Şimal–Cənub” dəhlizi fəaliyyətini davam etdirib ki, bu da dəhlizin dayanıqlığını və etibarlılığını göstərib.

Həmçinin Baş nazirin müavini Ermənistan istiqamətində tranzit daşımalar üçün Azərbaycan ərazisindən istifadə imkanlarının yaradıldığını xatırladıb və bunun regional əməkdaşlıq üçün mühüm addım olduğunu vurğulayıb.

“Bu qərardan sonra təxminən 26 min ton yük Azərbaycan ərazisindən daşınıb”, – deyə Ş.Mustafayev əlavə edib.

Baş nazirin müavini Ağbənd körpüsü və sərhəd-keçid məntəqəsinin qısa müddətdə tam istifadəyə veriləcəyinə əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

20:53
16 Aprel

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

18:39
16 Aprel

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

18:24
16 Aprel

Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

18:18
16 Aprel

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” qüvvəyə minib  

18:12
16 Aprel

Qazaxıstanın nümayəndə heyəti Azərbaycanın ədliyyə sistemi ilə tanış olur  

18:07
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!