24 Iyul 2024 16:55
229
SİYASƏT
A- A+

YAP Sədrinin müavini ilə MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri arasında görüş keçirilib

 

İyulun 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla MDB PA Şurası Katibliyinin rəhbərinin müavini, MDB PA yanında Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) direktoru İvan Muşket və 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MDB PA-nın uzunmüddətli müşahidə missiyasının digər üzvləri arasında onlayn formatda görüş keçirilib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, görüşdə İvan Muşket MDB PA-nın uzunmüddətli müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib, missiyanın işini dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama, obyektivlik və qərəzsizlik prinsipləri, həmçinin MDB-yə üzv dövlətlərdə demokratik seçkilərin standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiya əsasında qurduğunu deyib.

O, müşahidə missiyasına rəhbərliyin Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinə həvalə olunduğunu və fəaliyyətlərinin seçkilərin keçirildiyi ölkənin müvafiq dövlət qurumları, siyasi partiyaları, namizədlərin seçki qərargahları və media qurumları ilə əlaqəli şəkildə həyata keçiriləcəyini vurğulayıb. Seçki prosesinin iştirakçıları ilə ilk görüşün YAP-ın nümayəndələri ilə keçirildiyini söyləyən İ.Muşket diqqətə çatdırıb ki, məqsəd Azərbaycanda seçkiqabağı vəziyyət və YAP-ın seçkilərə hazırlığı barədə məlumat əldə etməkdir.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn parlament seçkilərinin də ədalətli, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin təmin edildiyini bildirib.

Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı fəaliyyətini ölkənin seçki qanunvericiliyi və partiyanın İdarə Heyətinin 2024-cü il iyulun 3-də baş tutan iclasında qəbul etdiyi Tədbirlər Planı əsasında ardıcıl və sistemli şəkildə həyata keçirdiyini bildirib.

Tahir Budaqov Tədbirlər Planı əsasında görülmüş və nəzərdə tutulan işlər barədə də məlumat verib. O qeyd edib ki, YAP-ın ölkənin bütün seçki dairələri üzrə irəli sürdüyü deputatlığa namizədləri sırasında Milli Məclisin üzvü kimi aktiv fəaliyyəti ilə seçicilərin etimadını doğrultmuş təcrübəli deputatlarla yanaşı, yeni simalar, o cümlədən yüksək potensiala malik gənclər də vardır.

Daha sonra YAP Sədrinin müavini müşahidə missiyası üzvlərinin ölkədəki seçki mühiti, partiyanın seçkilərə hazırlıq tədbirləri və bir sıra digər məsələlər barədə suallarını cavablandırıb, missiyanın fəaliyyətinə uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video