Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilir
Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq, Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilir.
Müdafiə Nazirliyindən "Azərbaycan" qəzetinə bildirilib ki, əvvəlcə kursantlara gəmidə davranış və təhlükəsizlik qaydaları barədə məlumat verilib, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti izah edilib.
Məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin “səfərə” və “döyüşə” hazır vəziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, semafor bayraqları ilə siqnal rabitəsinin təşkili üzrə tapşırıqlar yerinə yetirilib.
Sonra Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçirilən praktiki məşğələlərdə idarəetmənin təhlükəsizliyi və gəminin maşın bölməsində hərəkətvericilərin istismarı qaydaları izah olunub.
Məşğələlərin əsas məqsədi kursantların tədris müddətində yiyələndikləri nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qırğızıstan Azərbaycanın qabaqcıl məhkəmə təcrübəsini öyrənməkdə maraqlıdır
25 Iyul
Ermənistanda gənclər hərbi xidmətə getmək istəmirlər
25 Iyul
“Paris-2024”: Azərbaycan təmsilçisi 1/32 finala vəsiqə qazanıb
25 Iyul
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan təxribatları dayandırmadığı təqdirdə lazımi cavab tədbirlər...
25 Iyul
Ay süxurlarında su aşkarlanıb
25 Iyul
Nəhəng “külək divarı” hazırlanır
25 Iyul
MN: Ermənistan kvadrokopteri Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçir...
25 Iyul
Paris-2024: Yaylagül Ramazanova Çin idmançısı ilə qarşılaşacaq
25 Iyul
İstanbul hava limanı Avropanın ən işlək aeroportu seçilib
25 Iyul
Xarici işlər naziri diplomatik xidmət orqanlarında əmək fəaliyyətinə yeni başlayan gənc diplomatlarl...
25 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!