25 Iyul 2024 18:39
150
DÜNYA
A- A+

Nəhəng “külək divarı” hazırlanır

 

Şirkətlər müxtəlif üsullardan istifadə edərək ən səmərəli şəkildə elektrik enerjisi istehsal etməyə çalışırlar. Bu kontekstdə Norveçin “Wind Catching Systems” (WCS) şirkəti çox turbinli dizayn əsasında üzən külək elektrik stansiyası kimi təyin etdiyi “Windcatcher” sistemini inkişaf etdirir. “WCS”-in icraedici direktoru Ole Heggheimin açıqlamasına görə, şirkət ənənəvi 3 qanadlı külək turbinlərindən fərqli olaraq çoxsaylı turbinlərdən ibarət külək divarı hazırlamağı planlaşdırır. O, təxminən 300 metr yüksəklikdə və 350 metr enində olacaq. Bu səbəbdən nəhəng platformada 126 ədəd 1 MW-lıq turbin olacaq.

Məlumata görə, bu kiçik turbinlər, ənənəvi 3 qanadlı turbin dizaynı ilə müqayisədə külək axınının hər kvadrat metri üçün 2.5 dəfə çox enerji tuta bilir. Hər bir qurğu elektrik enerjisini şəbəkəyə ötürən mərkəzi yarımstansiyaya qoşulur. Bu platformanın yaşıl hidrogen istehsalı potensialı da qiymətləndirilir. “WCS” hazırda Norveçin İqlim və Ətraf Mühit Nazirliyinin Enova fondundan 2023-cü ilin fevralında təhvil verilmiş 900 min dollarlıq investisiyanın köməyi ilə “Windcatcher” dizaynının prototipini qurur.

Şirkətin sərmayəçiləri arasında “General Motors” və “GM Ventures” var. Daha səmərəli istehsalla yanaşı, “Windcatcher” sistemi üzən külək enerjisinin dəyərini hər MVt üçün 43-65 dollara endirməyi hədəfləyir. Sabit dizayn əvəzinə üzən dizayndan istifadə etmək sistemin daha dərin sularda quraşdırıla biləcəyi deməkdir. Digər tərəfdən, sistemin nəhəng strukturu dəniz quşları üçün risk yaradır. Şirkət bunun üçün bəzi çəkindirmə sistemləri üzərində işləyir.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video